Ali Məhkəmənin yeni sədri İnam Kərimov kollektivə təqdim olunub, vəzifəsinin icrasına başlayıb. Boyukmillet.com-un məlumatına görə, yeni sədri kollektivə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov təqdim edib. Qeyd edək ki, Prezident İlham Əliyev aprelin 4-də İnam Kərimovun Ali Məhkəmənin sədri təyin olunması ilə bağlı sərəncam imzalayıb
Read More »NATO Baş katibi: “Putin daha böyük müharibəyə hazırlaşır”
“Rusiya Prezidenti Vladimir Putin sülhə yox, daha böyük müharibəyə hazırlaşır”. Boyukmillet.com xarici KİV-ə istinadən xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Alyansın xarici işlər nazirlərinin Belçikanın paytaxtı Brüsseldə keçirilən iclasının ikinci günündə etdiyi çıxışı zamanı deyib. O bildirib ki, NATO öz təhlükəsizlik imkanlarını gücləndirməyə, Ukraynaya yardım göstərməyə və Rusiyanın təzyiqi altında olan digər tərəfdaşlarına dəstək verməyə davam edəcək: …
Read More »Bərdədə məktəbdəki qanunsuzluqlarla bağlı cinayət işi başlanıb
Bərdədə məktəbdəki qanunsuzluqlarla bağlı cinayət işi başlanıb. Bu barədə Bərdə Rayon Prokurorluğundan məlumat verilib. Bərdə rayon Güloğlular kənd ümumi orta məktəbinin direktoru Tinatin Rzayevanın qanunsuz əməlləri barədə daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb. Araşdırma zamanı qeyd edilən təhsil müəssisəsində 2015-2023-cü illər ərzində xeyli miqdarda dövlət əmlakının mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 (qulluq …
Read More »Azərbaycanla Qazaxıstanın imzaladığı müqavilələrin ümumi dəyəri açıqlanıb
Qazaxıstan istehsalçılarının ticarət-iqtisadi missiyasının Bakıda keçirilən iclasının yekunlarına dair iki ölkə arasında imzalanmış müqavilələrin ümumi dəyəri 52 milyon ABŞ dolları təşkil edir. Boyukmillet.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qazaxıstanın ticarət və inteqrasiya nazirinin müavini Kairat Torebayev bildirib. “Yaxın iki gündə bu rəqəmin artacağını gözləyirik”, – o əlavə edib. Xatırladaq ki, bu gün Bakıda Qazaxıstandan Azərbaycana metal məhsullarının və təbəqə poladın, …
Read More »İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
Aprelin 4-ü Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb. Bu barədə DSX-nin mətbuat mərkəzindən məlumat verilib. Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 16 kiloqram narkotik vasitə marixuana və 1300 ədəd Metadon M-40 psixotrop tərkibli həbləri aşkar olunaraq götürülüb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Read More »Türkiyənin müdafiə naziri: “ATƏT-in Minsk Qrupunun 30 illik fəaliyyətsizliyi erməniləri daha da təhrik edib”
“ATƏT-in Minsk Qrupunun 30 illik fəaliyyətsizliyi erməniləri daha da təhrik edib” Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar erməni hadisələri ilə bağlı seminardakı çıxışında deyib. Onun sözlərinə görə, Türkiyənin Ermənistanla əlaqələrinin bir hissəsi Ermənistan-Azərbaycan münasibətləri ilə bağlıdır: “Ermənistan 30 il əvvəl Azərbaycan torpaqlarının 20 faizini işğal edib. Nəticədə bir milyona yaxın insan qaçqın düşüb. Həmçinin Xocalı …
Read More »Prezident İlham Əliyev Düşənbədə İsmoili Somoni abidəsini ziyarət edib
Aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Düşənbənin “Dusti” meydanındakı “Tacikistanın milli həmrəyliyi və dirçəlişi” xatirə kompleksində İsmoili Somoni abidəsini ziyarət edib. Boyukmillet.com xəbər verir ki, dövlət başçısının şərəfinə burada fəxri qarovul dəstəsi düzülüb.Prezident İlham Əliyev abidənin önünə əklil qoyub.
Read More »Qazaxıstan rəsmisi: “Azərbaycanla ticari əməkdaşlığın inkişafında maraqlıyıq”
“Qazaxıstan Azərbaycanla ticarət sahəsində əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır”. Boyukmillet.com xəbər verir ki, bunu Qazaxıstanın ticarət və inteqrasiya nazirinin müavini Kairat Torebayev Bakıda Qazaxıstan istehsalçılarının ticarət-iqtisadi missiyasının iclasında deyib. Onun sözlərinə görə, hər il iki ölkənin şirkətləri arasında azı 30 milyon ABŞ dolları məbləğində müqavilələr imzalanır. K.Torebayev ötən il iki ölkə arasında ticarət dövriyyəsinin dəyərinin 262 milyon ABŞ dollarına çatdığını da əlavə edib.
Read More »Respublika Psixiatriya Xəstəxanasına yeni baş həkim təyin edilib
Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasına baş həkim təyin edilib. Əmrə əsasən Orxan Rasim oğlu Cəfərov xəstəxananın baş həkimi vəzifəsinə təyinat alıb. Qeyd edək ki, O.Cəfərov bu təyinata qədər Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin baş direktoru vəzifəsində çalışıb. Xatırladaq ki, bu gün 1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulovun yaş həddi ilə əlaqədar əmək müqaviləsinə xitam verilib.
Read More »Türkiyədəki zəlzələdə ölənlərin sayı 50 399 nəfərə çatıb
Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin sayı artıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib. Onun sözlərinə görə, həlak olanların sayı 50 min 399-a çatıb. Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar