Prezident İlham Əliyev “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” 7 fevral 2008-ci il tarixli sərəncamında dəyişiklik edib. Boyukmillet.com xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni sərəncam imzalayıb. Sərəncama əsasən, Komissiyanın həmsədri vəzifəsi kənd təsərrüfatı nazirindən alınaraq ekologiya və təbii sərvətlər nazirinə verilib.
Read More »FHN-in Cənub Regional Mərkəzi tərəfindən mülki müdafiə kursu keçirilib
Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzində “2023-cü il üçün Mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planları”na əsasən “Rabitə manqalarının komandirləri” kateqoriyası üzrə mülki müdafiə kursu keçirilib. Boyukmillet.com xəbər verir ki, kursun keçirilməsində əsas məqsəd fövqəladə hadisələrdən mühafizə sahəsində maarifləndirmə işinin aparılması, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə qaydalarının, eləcə də yerli özünüidarəetmə orqanları rəhbərlərinin mülki müdafiə qüvvə və vasitələrinin idarə …
Read More »Azərbaycan və Filippin XİN-ləri arasında ilk dəfə siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Filippinə səfər edib, iki ölkənin Xarici İşlər nazirlikləri arasında ilk dəfə olaraq siyasi məsləhətləşmələr keçirilib. Səfəri çərçivəsində aprelin 3-də nazir müavini Elnur Məmmədovun Filippinin xarici işlər katibi (naziri) Enrike Manalo ilə görüşü baş tutub. Görüşdə ikitərəfli əlaqələrin hazırkı durumu və inkişafı perspektivlərindən söhbət açılıb, bu istiqamətdə əməli nəticələrin əldə edilməsi üçün birgə səylərin …
Read More »Azərbaycan və Malayziya liderləri arasında məktub mübadiləsi olub
Azərbaycan və Malayziya liderləri arasında məktub mübadiləsi olub. Boyukmillet.com xəbər verir ki, Malayziyanın Kralı Əlahəzrət əl-Sultan Abdullah Riayatuddin əl-Mustafa Billah Şah ibni Almarhum Sultan Hacı Əhməd Şah əl-Mustain Billahın Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubda deyilir: “Zati-aliləri, 1993-cü il aprelin 5-də Malayziya ilə Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 30-cü ildönümü münasibətilə Kraliça ilə birlikdə Sizə ən səmimi təbriklərimizi və xoş …
Read More »Ukrayna Prezidenti Polşaya gedib
Ukrayna Prezidenti Volodimir Zelenski Polşaya rəsmi səfərə gedib. Boyukmillet.com xəbər verir ki, o, həmkarı Andjey Duda və digər rəsmi şəxslərlə görüşəcək. Bu, genişmiqyaslı müharibə başlayandan bəri Zelenskinin Polşaya ilk rəsmi səfəridir. Liderlərin Ukraynadakı son durumu, həmçinin hərbi dəstəyi müzakirə edəcəkləri gözlənilir.
Read More »Respublika Psixiatriya Xəstəxanasının baş həkimi işdən çıxarılıb
1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulov işdən çıxarılıb. Boyukmillet.com xəbər verir ki, bununla bağlı səhiyyə naziri Teymur Musayev müvafiq əmr imzalayıb. Səhiyyə Nazirliyindən bildirilib ki, A.Rəsulovun yaş həddi ilə əlaqədar əmək müqaviləsinə xitam verilib.
Read More »Goranboyda qəbiristanlıqda 4 dəfə atəş açılıb, saxlanılan var
Goranboyda odlu silahdan atəş açan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Report”a bildirilib ki, Goranboy Rayon Polis Şöbəsinə rayonun Rəhimli kənd qəbiristanlığında atəş səsləri eşidilməsi barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları həmin ünvana gələrək müvafiq tədbirlər həyata keçirib və atəş açan şəxs tərkisilah edilib. İlkin araşdırmalar nəticəsində Rəhimli kənd sakini, əvvəllər məhkum olunmuş Qədir Şirinzadə …
Read More »QHT-lər tərəfindən xidmətlərin göstərilməsi haqqında müqavilələrin qeydiyyatı asanlaşdırılıb
QHT-lər tərəfindən xidmətlərin göstərilməsi haqqında müqavilələrin qeydiyyatı asanlaşdırılıb. Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planının 4.5-ci bəndi ilə Dövlət Xidmətlərinin Elektron Reyestrinə daxil edilmiş xidmətlərin “ASAN xidmət” indeksi qiymətləndirilməsinin nəticələri əsasında dövlət xidmətlərinin təkmilləşdirilməsi mexanizminin yaradılması tapşırılıb. Qərar dövlət xidmətlərinin göstərilməsi zamanı dövlət informasiya ehtiyatları və sistemlərində olan sənədlərin (məlumatların) vətəndaşlardan tələb edilmədən həmin informasiya ehtiyatları və …
Read More »Azərbaycanda rəqəmsal transformasiyanı sürətləndiririk – “BULUTISTAN”
“BULUTISTAN” AZƏRBAYCANIN BİRİNCİ İLK TÜRK ÇOXMƏQSƏDLİ BULUD XİDMƏT TƏMİNATÇISI OLMAĞA BAŞLAYIR Türkiyənin ilk və aparıcı yerli bulud xidməti provayderi “Bulutistan” 2015-ci ildən bəri inkişaf etdiyi məhsul və xidmətlərlə Türkiyədə və 60-dan çox ölkədə bulud xidmətlərini təklif edir. Qloballaşma məqsədi ilə öz beynəlxalq şəbəkəsini genişləndirməyə davam edən “Bulutistan” özünün mükafatlı innovativ həlləri ilə Azərbaycanda ilk çoxməqsədli bulud xidmətlərinin təminatçısı oldu. 2020-ci …
Read More »Britaniya səfiri Azərbaycan Ombudsmanı ilə əməkdaşlıq məsələlərini müzakirə edib
Britaniyanın ölkəmizdəki səfiri Fergus Auld Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, səfir bu barədə tviterdə yazıb. “Ombudsman Səbinə Əliyeva ilə görüşüb, qarşılıqlı maraq doğuran məsələləri müzakirə etdik. Görüşdə həmçinin gələcək əməkdaşlıq prespektivlərindən də danışmaq imkanımız oldu”, – diplomat bildirib.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar