İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirinin müavini Edmondo Çirielli Azərbaycana səfəri çərçivəsində ADA Universitetində rektor Hafiz Paşayevlə görüşüb. Boyukmillet.com xəbər verir ki, rektor İtaliya-Azərbaycan Universiteti layihəsinin təsis edilməsi sahəsində görülmüş işlər və gələcək planlar barədə məlumat vermiş, müxtəlif sahələr üzrə yüksəkixtisaslı mütəxəssislərin yetişdirilməsində tərəfdaş italyan universitetləri ilə birgə fəaliyyətindən söhbət açıb. Nazir müavini Edmondo Çirielli bu layihənin, ümumilikdə mədəniyyət və …
Read More »Azərbaycanın təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları Şurasında qətnamə qəbul edilib
Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 52-ci sessiyası çərçivəsində Azərbaycanın təşəbbüsü ilə “Dövlət xidmətlərinin şəffaf, məsuliyyətli və səmərəli çatdırılması vasitəsilə insan hüquqlarının və Davamlı İnkişaf Məqsədlərinin təşviqi” adlı qətnamə yekdilliklə qəbul edilib. Bu barədə “Report”a Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib. Sözügedən qətnaməyə 65 dövlət, o cümlədən ABŞ, Çin, Yaponiya, Avropa İttifaqı üzv dövlətləri, Avstraliya, Kanada, eləcə də Afrika, Asiya və Amerika qitələrini …
Read More »Göy üzündən gələn səs … – Əbülfət MƏDƏTOĞLU yazır
Bu gün dostum, əziz şair qardaşım Əli bəyin 60 yaşı tamam olur! bu əziz gündə qardaşımla etdiyim bir söhbəti təzələyirəm! Dünyamıza xoş gəldin, Əli Hacı ! Çox qəribədi, indi adamlar yaşlarından, başlarından asılı olmayaraq dünyadan yorulmuş, bezmiş kimidilər. Kimi dindirirsən, kimdən hal-əhval tutursan mütləq köçməkdən, getməkdən, tərki-dünyalıqdan söz salır. Bu, əhval-ruhiyyə xüsusilə söz, ruh adamlarında ən yüksək çəkidə, ölçüdə, tutumdadı. …
Read More »XİN: “İran Azərbaycanın xoş niyyətli addımlarına lazımi qarşılıq vermir”
Azərbaycan Xarici İşlər Nazirliyi İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvidən İran rəsmilərinin həqiqətdən uzaq bəyanat və çıxışlarına son qoymasını tələb edib. Bu barədə Azərbaycan XİN-dən məlumat verilib. İranın Azərbaycandakı səfirinə bildirilib ki, İran mediasında mütəmadi olaraq Azərbaycan Respublikası, onun dövlət və hökumət rəsmiləri haqqında yayılan təhqir dolu, yalan, böhtan və qərəzli məlumatlar, eləcə də İranın tanınmış ictimai-siyasi xadimlərinin həqiqətdən uzaq bəyanat …
Read More »İran səfiri Azərbaycan XİN-ə çağırılıb, cavab notası verilib
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin Xarici İşlər Nazirliyinə (XİN) ünvanlanmış qeyd edilən notası 3 aprel tarixində daxil olub. Qeyd edilən məsələ ilə əlaqədar eyni gündə İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə çağırılıb. İran tərəfinə cavab notası təqdim olunub. Boyukmillet.com-un xəbərinə görə, bunu Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadə İranın Azərbaycana notasına …
Read More »Gənc sahibkarlığın inkişafını dəstəkləyən yeni layihəyə start verilib
Gənc sahibkarlığın inkişafını Azərbaycan Respublikası Gənclər Fondunun və “PAŞA Bank”ın dəstəyi, Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP), Junior Achievement Azerbaijan (JAA – Azərbaycan Gənclərinin Nailiyyəti İB) təşkilatının birgə təşkilatçılığı ilə xaricdə təhsil alan və təhsilni başa vurmuş gənclərin də iştirakı etdiyi yeni bir layihə start götürüb. Layihənin birinci hissəsi olan “İdeyanı dizayn et” adlı “boot-camp” üç gün müddətində keçirilib.Açılış mərasimində …
Read More »Zelenski Rusiya qoşunlarına xəbərdarlıq edib: “Ukrayna müdafiəçiləri əks-hücuma hazırlaşır”
“Ukrayna müdafiəçiləri əks-hücuma və işğal olunmuş ərazilərini azad etməyə hazırlaşır” Boyukmillet.com “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, düşmən Ukraynanı tərk etməsə, məhv olacaq. Zelenski ehtimal olunan əks-hücum əməliyyatlarının təfərrüatlarını açıqlamayıb. Xatırladaq ki, daha əvvəl Ukraynanın müdafiə naziri Oliksiy Reznikov ölkəsinin aprel-may aylarında əks-hücum əməliyyatına başlayacağını söyləmişdi. Qeyd edək ki, …
Read More »Zakir Həsənov Selçuk Bayraktarı medalla təltif edib
Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar ilə görüşüb, onu “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif edib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Müdafiə naziri qonağı salamlayaraq onu ölkəmizdə görməkdən məmnun olduğunu bildirib.Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edən nazir bu əlaqələrin zaman …
Read More »Milli Məclisin sabahkı iclasının gündəliyinə dəyişiklik qəbul edilib
Milli Məclisin aprelin 4-də keçiriləcək plenar iclasının gündəliyinə dəyişiklik edilib. Boyukmillet.com xəbər verir ki, iclasın gündəliyinə daxil edilən məsələlər azaldılaraq 29-dan 20-yə endirilib. Gündəliyə İnam Kərimovun Azərbaycan Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında məsələsi də əlavə edilib. Gündəlikdə yer alan məsələlər aşağıdakılardır: 1. Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı. 2. “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə …
Read More »Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru işdən çıxarılıb – EKSKLÜZİV
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru, əməkdar incəsənət xadimi Akif Məlikov işdən çıxarılıb. Boyukmillet.com Report”a istinadən xəbər verir ki, məlumata görə bununla bağlı müvafiq əmr imzalanıb. A.Məlikovla imzalanan müqavilənin müddəti qurtarıb. Yaş həddinə görə onunla yeni əmək müqaviləsi imzalanmayıb. Qeyd edək ki, A.Məlikov 1950-ci ildə Bakı şəhərində anadan olub. O, 1987-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar