Bakıda və Abşeron yarımadasında aprelin 4-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 5-8° isti, gündüz 13-16° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz …
Read More »Bu gün Ukrayna-NATO komissiyasının iclası keçiriləcək
Bu gün Belçikanın paytaxtı Brüssel şəhərində Ukrayna-NATO komissiyasının iclası başlayır. Boyukmillet.com “RBK Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyindən (XİN) bildirilib. Məlumata görə, Ukraynanın xarici işlər naziri Dmitro Kuleba toplantıda iştirak etmək üçün bu gün Brüsselə gedir. Bu, 2017-ci ildən bəri komissiyanın Ukraynanın iştirakı və xarici işlər nazirləri səviyyəsində keçirilən ilk iclası olacaq. Toplantıda iyulda Litvanın …
Read More »İrəvanda Nikol Paşinyanın oğluna hücum olub
Ermənistanın paytaxtı İrəvanda ölkənin Baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyana hücum olub. Boyukmillet.com “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu parlamentin sədri Alen Simonyan bildirib. O, hadisənin təfərrüatlarını açıqlamayıb. A.Simonyan qeyd edib ki, bu, dövlət məmurlarına və onların yaxınlarına qarşı törədilən silsilə təxribatlardan biridir. O, oxşar hadisələrin əvvəllər də baş verdiyini söyləyib.
Read More »QHT-lər beynəlxalq təşkilatları Ermənistanın mina terrorunu pisləməyə çağırıblar
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində Beynəlxalq Mina Xəbərdarlığı və Mina Fəaliyyətinə Yardım Günü ilə bağlı “Ermənistanın törətdiyi mina terroru” adlı tədbir keçirilib. Boyukmillet.com-un xəbərinə görə, tədbir iştirakçıları beynəlxalq təşkilatları Ermənistanın mina terrorunu pisləməyə çağırıblar. Agentliyin Müşahidə Şurasının üzvü Azər Allahverənov xatırladıb ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan torpaqları işğaldan azad …
Read More »İlham Əliyev İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavinini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çiriellini qəbul edib. Boyukmillet.com xəbər verir ki, dövlət başçısı Azərbaycan-İtaliya ikitərəfli münasibətlərinin uğurla inkişaf etdiyini deyərək, bu baxımdan qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb və cari ilin əvvəlindən indiyədək İtaliyanın 3 nazirinin, həmçinin bu gün nazir müavinin ölkəmizə səfərinin əlaqələrimizin çox yüksək səviyyədə olmasının göstəricisi …
Read More »Günəş partlayışları dəmir yolu qəzalarına səbəb ola bilər
“Amerika Geofizika İttifaqı”nın alimləri müəyyən ediblər ki, kosmik fırtınalar qatar siqnallarını tərsinə çevirə bilir. Boyukmillet.com xəbər verir ki, bu barədə “Space Weather” araşdırmanın nəticələrinə istinadən məlumat yayıb. Belə ki, 1982-ci ilin iyulunda İsveçdə qatar siqnalları yaşıl rəngdə olmalı halda qırmızıya çevrilib. Buna səbəb 150 milyon kilometr məsafədə – Günəşdə başlayan kosmik fırtına idi. Məsələ burasındadır ki, ulduzların alışması Yerin maqnit …
Read More »Ekoaksiya: Xankəndi-Laçın yolunda etirazlar 113 gündür davam edir
Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 113 gündür davam edir. “Report”un hazırda ərazidə olan əməkdaşı xəbər verir ki, aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər. Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da heç bir insident baş verməyib. Həmişə olduğu kimi, etirazçılar bu səhəri də …
Read More »Ərdoğan: “ABŞ səfiri üçün qapılar bağlıdır”
“Cozef Baydenin səfiri Kamal bəylə görüşüb. Ayıb olsun, başınızla düşünün. Siz səfirsiniz. Buradakı həmsöhbətiniz Prezidentdir”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib. “O zaman hansı üzlə durub Prezidentlə görüş istəyəcəksən? Qapılarımız onun üzünə bağlıdır, daha içəri girə bilməyəcək. Fleyk öz yerini bilməlidir. Diplomat səfirin necə işləməli olduğunu bilməlidir. Bunu bilməsə, bu qapıdan girə bilməyəcək”-deyə, o …
Read More »İsrail Hərbi Hava Qüvvələri naməlum uçan aparatı vurub
İsrail Hərbi Hava Qüvvələri Suriyadan ölkənin hava məkanına daxil olan naməlum uçan aparatı vurub. Bu barədə “Report” İsrail ordusunun mətbuat xidmətinə istinadən xəbər verir. “Naməlum uçan aparat açıq ərazidə vurulub və heç bir mərhələdə təhlükə yaratmayıb”, – məlumatda deyilir.
Read More »Çin və Yaponiyanın xarici işlər nazirləri son üç ildə ilk dəfə görüşüblər
Yaponiyanın xarici işlər naziri Yosimasa Hayaşi son üç ildə ilk dəfə çinli həmkarı Çin Qan ilə görüşüb. Yosimasa Hayaşi bu yaxınlarda Çində Yaponiya vətəndaşının həbs edilməsi ilə bağlı etirazını bildirib və qeyd edib ki, həmin şəxs dərhal azad edilməlidir. Lakin çinli nazir cavab verib ki, məhkəmə işə qanun çərçivəsində baxacaq. Yaponiya Xarici İşlər Nazirliyinin məlumatına görə, indiyədək Çində beş yapon …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar