Çərşənbə , 8 Aprel 2026

autor

1988-1992-ci illərdə 250 mindən artıq Qərbi azərbaycanlı deportasiyaya və təqibə məruz qalıb – RƏSMİ

1988-1992-ci illər ərzində qeyd olunan cinayətlər planlı şəkildə davam etdirilib, Ermənistan hökuməti, “Qarabağ” və “Krunk” komitələri tərəfindən Qərbi Azərbaycanın 185 yaşayış məntəqəsindən 250 mindən artıq azərbaycanlı öz doğma torpaqlarından, ev-eşiyindən zorla qovulmaqla deportasiyaya və təqibə, 216 azərbaycanlı erməni silahlı qüvvələri tərəfindən xüsusi amansızlıqla qəsdən öldürülməklə soyqırıma məruz qoyulub. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Baş Prokurorluğunun yaydığı məlumatda əksini …

Read More »

Dövlət qulluğuna test imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 30 aprel 2023-cü il tarixində dövlət qulluğu vəzifələrinin B növünə aid olan BA və BB altqruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçiriləcək. Boyukmillet.com xəbər verir ki, imtahanda iştirak etmək üçün qeydiyyat 30 mart saat 11:00-dan 20 aprel saat 10:00-dək aparılacaq. İmtahan Bakı şəhərində keçiriləcək və namizədlər üçün 2000 yer ayrılıb. İmtahan yeri (binası) barədə …

Read More »

Azərbaycan və Özbəkistan arasında kino sahəsində əməkdaşlığa dair yol xəritəsi hazırlanacaq

Azərbaycan və Özbəkistan arasında kino sahəsində əməkdaşlığa dair yol xəritəsi hazırlanacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyevin Özbəkistan Kinematoqrafiya Agentliyinin rəhbəri Firdavs Abduhalikovla görüşündə bildirilib. Görüş zamanı Azərbaycan və Özbəkistan kino sahəsində əməkdaşlıq, iki ölkə kinematoqrafçılarının birgə film layihəsinin reallaşdırılması, təcrübə mübadiləsi, hər il Özbəkistanda keçirilən ənənəvi “İpək yolunun incisi” adlı Daşkənd Beynəlxalq Kino Festivalında Azərbaycan …

Read More »

Dəniz və Liman Agentliyi və ASCO hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Dövlət Dəniz və Liman Agentliyi (ADLA) Xəzərdə üzən gəmilərinə xəbərdarlıq göndərib. ASCO-dan gəmilərə küləkli hava şəraiti ilə əlaqədar qabaqlayıcı təhlükəsizlik tədbirlərin görülməsi tapşırılıb. Gəmilərin qeyd edilən tarixdə təhlükəsiz sığınacaqlarına getməsi təmin olunmalıdır. Həmçinin səfərə çıxacaq və dənizdə hərəkətdə olan gəmilər gözlənilən hava şəraitini nəzərə alaraq sığınacaqlara …

Read More »

Azərbaycanda uyğunluq sertifikatlarının qanunsuz verilməsi halları aşkarlanıb

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin apardığı araşdırmalar nəticəsində sertifikatlaşdırma fəaliyyəti ilə məşğul olan bir sıra qurumların uyğunluq sertifikatlarını qanunsuz verməsi halları aşkar olunub. Boyukmillet.com xəbər verir ki, malın (xidmətin, işin) sertifikatlaşdırılması fəaliyyətini həyata keçirən “Azunisert” MMC-in müxtəlif təsərrüfat subyektlərinə verdiyi 26 sayda, “Aqrosert” MMC-nin verdiyi 4 sayda, “Az-Quality Cert” MMC-nin verdiyi 10 sayda və “Certus” MMC-nin verdiyi 11 sayda uyğunluq sertifikatında akkreditasiya sahəsindən …

Read More »

Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar növbəti ağacəkmə aksiyası keçirilib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə növbəti ağacəkmə aksiyası keçirilib. Boyukmillet.com xəbər verir ki, aksiyada Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirlikləri, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin, Dövlət İmtahan Mərkəzinin rəhbər şəxsləri və əməkdaşları iştirak ediblər. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə baş tutan aksiya çərçivəsində Müşfiqabad qəsəbəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları …

Read More »

İcma: “Aİ missiyası təxribatçı bəyanatlar vermək əvəzinə Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz qayıdışı ilə məşğul olmalıdır”

“Avropa İttifaqının Ermənistanda Missiyanın rəhbəri Markus Ritter bu günlərdə bəyanat verərək, Azərbaycanın Ermənistana xəyali hücumunun qarşısını almaqdan dəm vurmuşdur. Ritter bununla da tarixçəsi Azərbaycana qarşı hərbi təcavüz, işğal, etnik təmizləmə, insanlıq əleyhinə cinayətlərlə dolu olan və hazırda da Azərbaycanın ərazi bütövlüyünə qarşı əməllərini davam etdirən Ermənistanı qurban kimi, Ermənistanın bütün bu cinayətlərinin qurbanı olmuş Azərbaycanı isə mənfi ruhda verməyə cəhd …

Read More »

Xankəndi-Laçın yolunda sülhməramlıların avtomobili maneəsiz keçib

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb. Boyukmillet.com xəbər verir ki, toplanış yerində nəqliyyat vasitəsinin maneəsiz hərəkəti təmin olunub. Belə ki, həmin minik avtomobili Xankəndidən Laçın istiqamətinə maneəsiz hərəkət edib Bu isə bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır. Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz …

Read More »

Azərbaycan gimnastları beynəlxalq turnirlərə yollanıblar

Gimnastika üzrə Azərbaycan yığmaları beynəlxalq turnirdə iştirak etmək üçün Bosniya və Hersoqovina, həmçinin, Slovakiyaya gediblər. Bədii gimnastlar Leyli Ağazadə, Alina Məmmədova və Mədinə Dəmirova 31 mart – 3 aprel tarixlərində Sarayevodakı “Suada Dilberoviç” beynəlxalq turnirinə qatılacaqlar. Aerobika gimnastikası üzrə yığmanın üzvləri Leyla Bejanova, Arzu Ağayeva və Xədicə Quliyeva isə martın 31-dən aprelin 2-dək Bratislavada baş tutacaq 24-cü Slovakiya Açıq Beynəlxalq …

Read More »

Bakıda saxlanılan şəxsdə silah-sursat aşkarlanıb

Bakıda saxlanılan şəxsdə silah-sursat aşkarlanıb. Boyukmillet.com xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsi və 42-ci Polis Bölməsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinən Nardaran qəsəbə sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Əbdüləli Əbdülov saxlanılıb. Araşdırmalarla onun odlu silahı torpağa basdıraraq gizlətdiyi müəyyən olunub. Davam etdirilən tədbirlərlə …

Read More »