“Ulu Öndər mənə dedi ki, insanda ən vacib keyfiyyət sədaqətdir”. Boyukmillet.com xəbər verir ki, bunu müdafiə sənayesi naziri Mədət Quliyev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təşkil olunmuş “Tarixin dərsləri” adlı görüşdə Ümummilli Lider Heydər Əliyevlə bağlı xatirələrini danışarkən deyib. O, Heydər Əliyevlə ilk görüşünü xatırlayıb: “İlk dəfə Ulu Öndərlə görüşəndə mənə baxaraq dedi ki, Mədət sənsən? Dedi mən elə …
Read More »Səfir: “Britaniya BMT-nin Universal Dövri İcmal mexanizmi üzrə Azərbaycanın tövsiyələrini dəstəkləyir”
Böyük Britaniya BMT-nin İnsan Hüquqları Şurasının 4-cü Universal Dövri İcmal (UDİ) mexanizmi üzrə Azərbaycanın bütün tövsiyələrini dəstəkləyir. Boyukmillet.com xəbər verir ki, bunu Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld tviterdə yazıb. O bildirib ki, BMT-nin İnsan Hüquqları Şurasının Universal Dövri İcmalı bütün üzv dövlətlərə insan hüquqlarının səviyyəsini nəzərdən keçirmək imkanı verir.
Read More »Bakıda valideynlərdən pul yığan lisey direktoruna şiddətli töhmət verilib, müavini işdən çıxarılıb
Bakıda valideynlərdən pul yığan lisey direktoruna şiddətli töhmət verilib. Boyukmillet.com xəbər verir ki, 49 nömrəli “İntellekt” məktəb-liseyində valideynlərdən vəsait tələb olunması ilə bağlı müvafiq araşdırma aparılıb. Araşdırmanın nəticələrinə uyğun olaraq məktəb-liseyin direktoruna Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. Belə hallara təkrar yol verildiyi halda daha ciddi tədbirlər görüləcəyi bildirilib. Məktəb-liseyin təlim-tərbiyə işləri …
Read More »“İran Fazil Mustafanı güllələməklə Azərbaycanı qorxu içində saxlamaq istəyir” – Güneyli şairdən hadisəyə REAKSİYA
Xəbər verdiyimiz kimi, martın 29-u axşam saatlarında Milli Məclisin deputatı Fazil Mustafa qarşı sui-qəsd olub. O, evinin yaxınlığında ayaq və çiyin nahiyəsindən güllələnib. Hazırda deputatın səhhətində həyati təhülkə yoxdur. Hətta millət vəkili ilk açıqlamasını da verib. Sosial şəbəkələrdə Fazil Mustafaya qarşı edilən sui-qəsddi İran tərəfindən təxribat kimi qiymətləndirilir. İddialara görə bununla da SEPAH Azərbaycanda müxtəlif təxribatılar törətməyə, sui-qəsdlərə start verib. …
Read More »Dövlət Vergi Xidməti kod-paroldan istifadəni məhdudlaşdıracaq
Gələn il yanvarın 1-dən Azərbaycanda vergi ödəyicilərinin vergi orqanının verdiyi kod-parolla elektron kabinetə daxil olmaq imkanları məhdudlaşdırılacaq. Boyukmillet.com xəbər verir ki bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib. Məlumata görə, vergi ödəyiciləri yalnız gücləndirilmiş elektron imza vasitələrindən istifadə etməklə bu imkandan yararlana biləcəklər. “Gücləndirilmiş elektron imza vergi ödəyiciləri üçün daha geniş imkanlar yaradır. Belə ki, elektron imza vasitəsilə …
Read More »Baş Narkotiklərlə Mübarizə İdarəsində yeni təyinat olub
Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsində yeni kadr təyinatı olub. Boyukmillet.com xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, polis mayoru Nadir Məmmədov DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsində baş əməliyyat müvəkkili vəzifəsindən azad edilib. Nazirin digər əmri ilə o, həmin İdarədə şöbə rəisi təyin olunub.
Read More »Azərbaycan-İsrail Hökumətlərarası Komissiyasının iclasının keçiriləcəyi tarix məlum olub
“Azərbaycan-İsrail Hökumətlərarası Komissiyasının növbəti iclası aprelin 19-da keçiriləcək”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün israilli həmkarı Eli Kohen ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib. C.Bayramov İsrailin xarici işlər naziri ilə Bakıda görüşməyi səbirsizliklə gözlədiyini vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanla İsrail böyük potensiala malik olan iqtisadiyyat sahəsində ikitərəfli əməkdaşlığı daha da dərinləşdirməyə çalışır. Nazir …
Read More »İsrailin XİN rəhbəri Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib
İsrailin xarici işlər naziri Eli Kohen Təl-Əvivdə səfirliyin açılması ilə bağlı tarixi qərara görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib. Boyukmillet.com xəbər verir ki, bunu İsrailin XİN başçısı Eli Kohen bu gün azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşündən sonra deyib. O xatırladıb ki, bir neçə gün əvvəl Azərbaycan səfiri etimadnaməsini İsrail Prezidentinə təqdim edib: “Əminəm ki, səfir Muxtar Məmmədovun rəhbərlik etdiyi …
Read More »İsrailin xarici işlər naziri apreldə Azərbaycana səfər edəcək
İsrailin xarici işlər naziri Eli Kohen apreldə Azərbaycana səfər edəcək. Boyukmillet.com xəbər verir ki, bunu E.Kohen martın 29-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib. “Nümayəndə heyətimiz ölkələrimiz arasında ticarət əlaqələrini yaxşılaşdırmaq üçün Azərbaycana səfər edəcək”, – İsrailin XİN başçısı bildirib. O, İsraillə Azərbaycan arasında əlaqələrin inkişafı üçün potensialın böyük olduğunu vurğulayıb: “İsrail Azərbaycanla …
Read More »Hökumət yeni sənəd hazırlayır, dərmanların ölkəyə gətirilməsi sadələşdiriləcək
Hökumət yeni sənəd hazırlayır, dərmanların ölkəyə gətirilməsi sadələşdiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov məlumat verib. Onun sözlərinə görə, ölkədə müşahidə olunan dərman qıtlığı ilə bağlı məsələnin həlli vacibdir: “Müvafiq qurumlarla danışıqlar aparılan zaman Nazirlər Kabinetində dərman vasitələri haqqında yeni sənədin hazırlandığı bildirilir. Hətta Baş nazir Əli Əsədov parlamentdə çıxışı zamanı həmin sənədin …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar