Çərşənbə , 8 Aprel 2026

autor

Rusiya və İran XİN rəhbərləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcəklər

Bu gün Moskva şəhərində Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə İranın xarici işlər naziri Hüseyn Əmir Abddulahian arasında görüş baş tutacaq. Bu barədə Boyukmillet.com “TASS”a istinadən xəbər verir. Qeyd olunub ki, artıq İranın xarici siyasət idarəsinin rəhbəri Moskvadadır. Nazirlər İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) bərpası məsələlərindən tutmuş Cənubi Qafqazdakı vəziyyəti və digər mövzuları müzakirə edəcəklər. …

Read More »

DTX: Milli Məclisin deputatı Fazil Mustafaya qarşı terror aktı törədilib

28 mart 2023-cü il tarixdə saat 21:51-də Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında – Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məlumat yayıb. Qeyd olunub ki, terror aktı …

Read More »

Fazil Mustafa Kliniki Tibbi Mərkəzə gətirilib, hazırda əməliyyat olunur

Bakının Sabunçu rayonunda yaşadığı evin qarşısında odlu silahdan açılmış atəş nəticəsində xəsarət alan Milli Məclisin deputatı Fazil Mustafa TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzə (KTM) gətirilib. Boyukmillet.com xəbər verir ki, Fazil Mustafaya sağ çiynin, sağ budun yuxarı üçdə birinin güllə yarası diaqnozu qoyulub. Hazırda Kliniki Tibbi Mərkəzin qarşısında Milli Məclisin deputatları və ictimaiyyət nümayəndələri toplaşıb.

Read More »

Qənirə Paşayeva: “Fazil Mustafaya qarşı silahlı hücumu qəti şəkildə qınayırıq”

“Fazil Mustafaya qarşı silahlı hücumu qəti şəkildə qınayırıq. Dəhşətli bir cinayətdir. Əminəm ki, hüquq-mühafizə orqanları qısa zamanda bu hücumu sifariş edənləri və törədənləri aşkara çıxaracaq”. Boyukmillet.com xəbər verir ki, bu sözləri “Report”a Milli Məclisin deputatı Qənirə Paşayeva Fazil Mustafaya qarşı silahlı hücuma münasibət bildirərkən deyib.

Read More »

Fazil Mustafaya qarşı baş verən silahlı hücumla bağlı cinayət işi başlanılıb

Millət vəkili Fazil Mustafaya qarşı baş verən silahlı hücumla bağlı cinayət işi başlanılıb. Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov məlumat verib. O, bildirib ki, polis və prokurorluq əməkdaşları tərəfindən hazırda zəruri istintaq və əməliyyat axtarış tədbirləri həyata keçirilir.

Read More »

Baş prokurorun birinci müavini və Bakı şəhər prokuroru Fazil Mustafanın güllələndiyi yerə gedib

Milli Məclisin deputatı Fazil Mustafanın paytaxtın Sabunçu rayonunda yaşadığı evin qarşısında odlu silahdan açılmış atəş nəticəsində xəsarət alması faktı ilə bağlı cinayət işi başlanılıb. Hazırda Baş prokurorun birinci müavini, III dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədov, Bakı şəhər prokuroru Elşən Abbasov və istintaq-əməliyyat qrupu hadisə yerindədir. Media nümayəndələrindən rəsmi qurumla dəqiqləşdirmədən hadisə barədə məlumatların yayılmaması xahiş olunur.

Read More »

Xarici KİV-lər: Yunanıstanda İranın terror şəbəkəsi ifşa edilib

İsrailin “Mossad” təşkilatı bəyan edib ki, onun kəşfiyyat məlumatlarının köməyi ilə Yunanıstanın təhlükəsizlik xidməti bu ölkədə İrana məxsus şəbəkənin terror aktının qarşısını almağa müvəffəq olub. Boyukmillet.com xəbər verir ki, Yunanıstan Baş nazirinin ofisi “Mossad”ın köməyi ilə İranın terror şəbəkəsinin ifşa edildiyi barədə məlumat yayıb. İsrailin kəşfiyyat agentliyi yunanıstanlı həmkarlarına İranın əməliyyat planlarını təhlil etmək, terror təşkilatının əsas metodlarını aşkarlamaq sahəsində …

Read More »

Çində soyuducu anbarda baş verən yanğında 11 nəfər ölüb

Çinin Hebey vilayətində fəaliyyətini dayandırmış soyuducu anbarda baş vermiş yanğın nəticəsində azı 11 nəfər ölüb. Boyukmillet.com xəbər verir ki, hadisə martın 27-də günortadan sonra Çancou şəhərinin Çansian rayonunda baş verib. Anbarda söküntü işləri aparılarkən meydana gələn yanğının söndürülməsinə təxminən 8 saat vaxt gedib. Ərazidən 11 nəfərin meyiti aşkarlanıb. Hazırda axtarış işləri davam edir.

Read More »

Sabirabadda 8 yaşlı uşağın meyiti tapılıb

Sabirabadda 8 yaşlı uşağın meyiti tapılıb. Boyukmillet.com xəbər verir ki, hadisə rayonun Məmişlər kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 2015-ci il təvəllüdlü Cəfərov Siyasət Əlisəfa oğlunun meyiti yol kənarında aşkar edilib. Azyaşlının naməlum avtomobil tərəfindən vurulduğu ehtimal edilir. Faktla bağlı araşdırma aparılır.

Read More »

İranda müəssisədə baş verən partlayışda 3 nəfər ölüb

İranın şimalındakı Mazandaran əyalətindəki müəssisədə baş verən partlayış nəticəsində 3 nəfər ölüb, 3 nəfər yaralanıb. Boyukmillet.com xəbər verir ki, qəza Babol şəhərinin şərq hissəsində qeydə alınıb. İlkin məlumata görə, hadisəyə səbəb müəssisədə çalışan işçilərin təhlükəsizlik qaydalarına əməl etməməsi olub. Zərərçəkənlərin hamısı xəstəxanaya yerləşdirilib, onların vəziyyətləri həkimlər tərəfindən qənaətbəxş qiymətləndirilir. Partlayış nəticəsində yanğın olub və o, müəssisənin ərazisinin təxminən yarısını məhv …

Read More »