Sumqayıt şəhərində yaşayan, nitq qüsurlu və eşitmə qabiliyyəti olmayan 13 yaşlı Ömər Yaqubov martın 25-də səhər saatlarında yaşadığı ünvandan çıxaraq bir daha geri qayıtmayıb. Onun əlamətləri belədir: Boyu 155 sm., arıq bədən quruluşlu, ağbəniz, sifəti uzunsov, saçı qısa və şabalıdı rəngli, gözləri qəhvəyidir. Evdən çıxarkən əynində qara rəngli parça gödəkçə, qara rəngli poliver, tünd göy rəngli parça şalvar, ayağında tünd …
Read More »ABŞ və Avropadakı bank böhranları Azərbaycan banklarına təsir göstərəcəkmi?
Təxminən 2 həftədir ki, dünyanın diqqəti ABŞ və Avropadakı bank böhranlarına yönəlib. Qlobal maliyyə sektoru ABŞ-ın “Silicon Valley Bank” və “Signature Bank”ının müflis olmasından 465 milyard dollar itirib. Həmin bankların təsiri ilə İsveçrənin aparıcı bankı – “Credit Suisse”in maliyyə vəziyyəti pisləşib və kredit təşkilatı ölkənin ən böyük bankı UBS-ə satılıb. Bəs bu bank böhranları Azərbaycan banklarına təsir edəcəkmi? “Report” bununla bağlı maliyyə ekspertlərinin …
Read More »Bir sıra ölkələrin aviaşirkətləri İsrailə reysləri ləğv edib
Bir sıra ölkələrin aviaşirkətləri İsrailə reysləri ləğv edib. Boyukmillet.com xəbər verir ki, İsraildəki daxili xaosla bağlı olaraq ölkənin əsas hava limanı olan Ben Qurion hava limanının işi iflic olub. İsrailə uçuşlarının bir hissəsini ləğv edən aviaşirkətlər arasında məşhur “Air Canada”, “Turkish Airlines”, “Finnair”, “Wizz Air”, “Etihad” və “Emirates” də var. Xatırladaq ki, İsraildə məhkəmə islahatlarına qarşı etiraz aksiyaları başlayıb. Martın …
Read More »Çin hidrogen mühərrikli gəmi buraxıb
Çinin Çjunşan şəhərində hidrogen mühərrikli “Sanxia Qingzhou-1” adlı ilk gəmisi suya buraxılıb. Boyukmillet.com xəbər verir ki, “Sanxia Qingzhou-1” gəmisi hidrogen yanacaq elementi və litium batareya enerji sistemi ilə təchiz edilib. Gəmidən su anbarı ərazisində rabitə, patrul, fövqəladə hallar və digər işlərdə istifadə olunacaq. Gəminin hidrogen yanacaq elementi 500 kVt nominal gücə malikdir. Maksimal sürəti 28 km/saat olan “Sanxia Qingzhou-1” aşağı …
Read More »İsrailin ABŞ-dakı səfirliyi bağlanıb
İsrailin ABŞ-dakı səfirliyi bağlanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə İsrailin ABŞ-dakı diplomatik missiyasından bildirilib. Qeyd olunub ki, səfirlik əməkdaşları həmkarlar ittifaqının bütün dövlət qulluqçularının məhkəmə islahatlarına etiraz etmək üçün meydana çıxmaq barədə çağırışına qoşulublar. Məlumata görə, İsrailin ən böyük həmkarlar ittifaqı Histadrut bütün dövlət qulluqçularına, o cümlədən diplomatik nümayəndəliklərə tətil elan etməyi tapşırıb. Bu çağırış İsrailin xaricdəki bütün səfirlik, …
Read More »Yasamalda ictimai iaşə müəssisəsində nöqsanlar aşkar edilib
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi 42-44 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Həsənov Yusif Rafiq oğluna məxsus ictimai iaşə müəssisəsində plandankənar yoxlama həyata keçirilib. Boyukmillet.com xəbər verir ki, yoxlama zamanı müəssisədə texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, işçilərin dövri tibbi müayinədən keçmədiyi müəyyən edilib. Həmçinin dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirlərinə …
Read More »DSX-nin zabiti vəfat edib
Dövlət Sərhəd Xidmətinin (DSX) zabiti vəfat edib. Boyukmillet.com xəbər verir ki , mayor Zeyqəm Fətullayev xəstəlik səbəbindən bu gün dünyasını dəyişib. O, Bakıda yerləşən qəbiristanlıqlardan birində torpağa tapşırılıb.
Read More »Milli Məclisin 7 deputatı İsrailə səfər edəcək
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anatoliy Rafailov, qrupun üzvləri Arzu Nağıyev, Ağalar Vəliyev, Fatma Yıldırım, Elnur Allahverdiyev, Asim Mollazadə və Rasim Musabəyov martın 28-də İsrailin Tel-Əviv şəhərinə səfər edəcəklər. Bu barədə “Report”a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində Milli Məclisin deputatları …
Read More »Sabahdan bütün xarici vətəndaşlarının Azərbaycana hava yolu ilə giriş-çıxışına icazə veriləcək
Sabahdan bütün xarici ölkə vətəndaşlarının hava nəqliyyatı vasitəsilə Azərbaycan ərazisinə giriş-çıxışına icazə veriləcək. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb. Qərarla sabah saat 06:00-dan hava nəqliyyatı vasitəsilə bütün xarici ölkə vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin ölkəyə giriş-çıxışına icazə veriləcək.
Read More »Azərbaycanın bədii gimnastları Gürcüstanda 22 medal qazanıblar
Azərbaycanın və “Ocaq Sport” klubunun bədii gimnastları Gürcüstanın paytaxtı Tbilisidəki “Keti Cup” beynəlxalq turnirdə 22 medal qazanıblar. Federasiyadan “Report”a verilən məlumata görə, bunlardan 9-u qızıl, 8-i gümüş, 5-i bürünc əyarlıdır. Maya Kozaçuk iki qızıl (gürzlər, top), bir gümüş (çoxnövçülük), Selin Yusifova iki qızıl (çoxnövçülük, alətsiz), bir gümüş (top), Sara Cəlilli bir qızıl (çoxnövçülük), bir gümüş (alətsiz), bir bürünc (top), Nilüfər Qasımova …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar