Bu gün Azərbaycanın daha dörd cüdoçusu Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Böyük Dəbilqədə mübarizəyə başlayacaq. Boyukmillet.com xəbər verir ki, yarışın ikinci günündə 73 kq-da Rəşid Məmmədəliyev və Nəriman Mirzəyev, 81 kq-da isə Rüstəm Orucovla Elcan Hacıyev tatami üzərinə çıxacaq. Məmmədəliyev gürcüstanlı Mixeili Baxbaxaşvili ilə, Mirzəyev italiyalı Eduardo Mella ilə qarşılaşacaq. Orucov Gürcüstanın digər təmsilçisi Zaur Dvalaşvilini, Hacıyev isə Portuqaliya cüdoçusu Anri …
Read More »Sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən videolar paylaşan şəxs saxlanılıb
Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Niyaməddin Həsənov saxlanılaraq polis şöbəsinə gətirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Onun üzərinə baxış keçirilən zaman külli miqdarda narkotik maddə olan “heroin” aşkar edilərək götürülüb. Şübhəli şəxs barəsində Cinayət …
Read More »“Forbes”: “Rusiya Azərbaycan Ordusunun müharibə təcrübəsindən yararlana bilərdi”
Rusiya ordusu Ukrayna münaqişəsində Azərbaycan hərbçilərinin müharibədəki (ikinci Qarabağ müharibəsi-red) təcrübəsindən yararlana bilərdi. Boyukmillet.com xəbər verir ki, bu, “Forbes”in Rusiya ordusu barədə analitik yazısında yer alıb. Məqalədə qeyd edilir ki, 2020-ci ildə Ermənistan və Azərbaycan arasında bir aydan çox davam edən müharibədə Azərbaycan hərbçiləri azı onlarla T-55 tankının olduğu bölüyü Ağdam rayonu yaxınlığında haubitsa kimi yerləşdirib. Onlardan daha yeni T-72 …
Read More »AVRO-2024: Türkiyə millisi səfərdə Ermənistanla qarşılaşacaq
Bu gün AVRO-2024-ün seçmə mərhələsinin I turunun növbəti oyunları keçiriləcək. Boyukmillet.com xəbər verir ki, A, D və I qruplarında ümumilikdə yeddi qarşılaşma baş tutacaq. Türkiyə yığması səfərdə Ermənistan seçməsinin qonağı olacaq. D qrupunun digər görüşündə Xorvatiya Uelsi qəbul edəcək. A qrupunda İspaniya – Norveç və Şotlandiya – Kipr matçları təşkil olunacaq. AVRO-2024, seçmə mərhələ I tur A qrupu 18:00. Şotlandiya …
Read More »Xankəndi-Laçın yolunda aksiyanın 104-cü günü: ekofəallar etirazlarını davam etdirirlər
Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 104 gündür davam edir. “Report”un hazırda ərazidə olan əməkdaşı xəbər verir ki, aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər. Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da heç bir insident baş verməyib. Həmişə olduğu kimi, etirazçılar bu səhəri də …
Read More »Azərbaycan XİN Ermənistan XİN-in iddialarına cavab verib
“Ermənistanın “məhbus” adlandırdığı şəxslər üçtərəfli bəyanatdan 2 həftə sonra Ermənistan tərəfindən Azərbaycana göndərilən cinayətkarlardır. Beynəlxalq məhkəmələr onların azad edilməsi üçün Ermənistanın tələb etdiyi tədbirləri rədd edib”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Ermənistan XİN-in Azərbaycanda erməni məhbuslarının olmasına dair iddialarına cavab olaraq tvitterdə yazıb. O bildirib ki, Ermənistan hələ də itkin …
Read More »Britaniya Azərbaycan Ordusunun hərbçiləri üçün təlim keçib
Böyük Britaniya Azərbaycan Ordusunun hərbçiləri üçün təlim keçib. Boyukmillet.com xəbər verir ki, bunu Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld tvitterdə yazıb. O qeyd edib ki, praktiki təlimlər BMT-nin nizamnaməsinə uyğun davranış qaydaları və silahlı münaqişə hüququ kimi mövzuları əhatə edib. Diplomatın sözlərinə görə, 4 həftəlik Çoxmillətli Sülhü Dəstək Əməliyyatları Kursu martın 24-də başa çatıb.
Read More »Güclü geomaqnit qasırğası müşahidə olunur
Güclü geomaqnit qasırğası müşahidə olunur. Boyukmillet.com xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib. Bildirilib ki, hazırda Günəşdə ləkələr müşahidə olunsa da, fəallıq aşağı səviyyədədir. Hər hansı alışma, tac kütlə atılması müşahidə olunmur. Buna baxmayaraq, mövcud vəziyyət yaxın 3 gün ərzində M sinfindən olan alışmanın yarana biləcəyini istisna etmir. Günəş küləyi ilə bağlı vəziyyət …
Read More »Türkiyə-Ermənistan sərhədi yayadək üçüncü ölkə vətəndaşları üçün açılacaq
“Ermənistan və Türkiyə turizm mövsümü başlamazdan əvvəl üçüncü ölkə vətəndaşları üçün sərhədlərin açılması barədə razılığa gəliblər”. Boyukmillet.com xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentin iclasında deyib. O bildirib ki, hazırda bu istiqamətdə fəal iş aparılır. Qeyd edək ki, Ankara və İrəvan ötən ilin iyulunda quru sərhədin ən qısa zamanda açılması barədə razılığa gəliblər. Xatırladaq ki, Türkiyə …
Read More »MN: “Ermənilərin Qarabağda qanunsuz olaraq yeni yollar çəkdiyi müəyyən edilib”
Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində fəaliyyət göstərən qeyri-qanuni erməni silahlı birləşmələri qanunsuz fəaliyyətlərini davam etdirir. Boyukmillet.com xəbər verir ki, qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərinə hərbi daşımaların həyata keçirilməsi məqsədilə mühəndis və xüsusi texnikanın cəlb edilməsilə Xankəndi-Xəlfəli-Turşsu yolundan şimalda keçən yeni Xankəndi-Kosalar-Mirzələr-Turşsu yolunun çəkilməsi müəyyən edilib. Ermənistan tərəfinin Azərbaycanın Qarabağ iqtisadi rayonunda qanunsuz fəaliyyətlər həyata keçirməklə üçtərəfli Bəyanatın …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar