Çərşənbə , 8 Aprel 2026

autor

Türkiyə Prezidenti: “Beynəlxalq sistem daim yeni böhranlara səbəb olur”

“Bəşəriyyətin üzləşdiyi yeni çağırışlara ədalətli həll yolları tapa bilməyən beynəlxalq sistem daim yeni böhranlara səbəb olur”. Boyukmillet.com xəbər verir ki, bu sözləri Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşünün yekunları ilə bağlı yerli və xarici jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib. “Dünən və bu gün Özbəkistan Prezidenti, Azərbaycan Prezidenti, Qırğızıstan Prezidenti, Qazaxıstan Prezidenti, Türkmənistan Xalq …

Read More »

Azərbaycanda üç məşqçiyə fəxri ad verilib

Azərbaycanda üç məşqçiyə fəxri ad verilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı qərar Gənclər və İdman Nazirliyinin növbəti Kollegiya iclasında qəbul olunub. Kollegiya qərarı ilə Elşad Quliyev (minifutbol), Elçin İsmayılov (cüdo) və Elnur Zeynalov (futbol) “Azərbaycan Respublikasının Əməkdar məşqçisi” fəxri adı alıblar.

Read More »

Milli Məclis Avropa Parlamentinin Azərbaycanla bağlı qərəzli qətnaməsini pisləyib

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Avropa Parlamentinin Avropa İttifaqı-Azərbaycan əlaqələrinə dair martın 15-də qəbul etdiyi qətnaməyə qətiyyətlə etiraz edir və şiddətlə qınayır. Boyukmillet.com xəbər verir ki, bəyanatda bildirilib ki, qətnamənin mətni Avropa Parlamentinin insan hüquqları, əsas azadlıqlar, yaxşı idarəetmə və digər mövzular üzrə Azərbaycana münasibətdə səsləndirdiyi özünəməxsus aldadıcı şərhləri təkrarlamaqla yanaşı, təəssüf ki, eyni zamanda Azərbaycanın sülhə …

Read More »

461 hərbçi yeni mənzillərlə təmin olunub

Martın 16-da Azərbaycan Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli fərmanı ilə yaradılan Komissiyanın növbəti iclası keçirilib. Boyukmillet.com xəbər verir ki, komissiya qarşısında qoyulan vəzifələrin icra vəziyyəti barədə danışan sədr, maliyyə naziri Samir Şərifov bildirib ki, müvafiq meyarlara uyğun olan hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin olunması prosesi uğurla davam edir, …

Read More »

Cəlilabadda 4 avtomobil toqquşub, xəsarət alan var 

Cəlilabad rayonunda dörd avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə Cəlilabad şəhərinin H. Əliyev prospektində qeydə alınıb. Belə ki, avtoyuma məntəqəsinin işçisi avtomobil sahibinin etibarından sui-istifadə etməklə “BMW” markalı minik avtomobilini avtoyumadan götürüb. O, avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi törədib və nəticədə zəncirvari qəzaya səbəb olub. Qəza zamanı 4 avtomobil toqquşub. Qəza nəticəsində sürücülərdən …

Read More »

Ombudsman: “Ermənistan azad olunmuş ərazilərimizi yenidən minalarla çirkləndirir”

“Ermənistan bu gün də təxribatlarını davam etdirərək işğaldan azad olunmuş ərazilərimizi yenidən minalarla çirkləndirir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bildirib. Müvəkkil xatırladıb ki, “Azərbaycanın Respublikasının işğaldan azad edilmiş Ağdam rayonu Yusifcanlı kəndi ərazisində iki nəfər dinc sakinin həlak olması ilə nəticələnən mina partlayışı baş verib. Dinc mülki insanların davamlı olaraq həyat və sağlamlığına …

Read More »

BMT agentliklərinin nümayəndələri Ağdamda aparılan bərpa işlərinin gedişi ilə tanış olublar

BMT-nin bir sıra agentliklərinin nümayəndələri Ağdamda aparılan bərpa işlərinin gedişi ilə tanış olublar. Boyukmillet.com xəbər verir ki, onlara həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib. Bildirilib ki, şəhərin təhsil mərkəzinə çevrilməsi planlaşdırılır və bu təşəbbüslər çərçivəsində Ağdamda Qarabağ Universitetinin açılışı da nəzərdə tutulub. Bundan başqa, Ağdamda ən müasir standartlara cavab verən “İmarət” stadionunun tikintisinin həyata keçiriləcəyi qonaqların diqqətinə çatdırılıb. Xatırladaq …

Read More »

BMT ofisinin rəhbəri: “Azərbaycan işğaldan azad edilmiş əraziləri uğurla bərpa edir”

“Azərbaycan işğaldan azad edilmiş əraziləri uğurla bərpa edir”. Boyukmillet.com xəbər verir ki, bunu Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Vladimir Giorgiyev Ağdamda keçirilən Azərbaycan-BMT tərəfdaşlığı üzrə İllik Yüksək Səviyyəli Strateji Məsləhətləşmələr zamanı deyib. “Biz Azərbaycanın “Böyük Qayıdış” proqramını hər zaman dəstəkləmişik”, – o bildirib. Missiya rəhbəri vurğulayıb ki, keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə qayıtması mürəkkəb və uzunmüddətli prosesdir: …

Read More »

“İnterpol” tərəfindən axtarışa verilən azərbaycanlı Norveçdə saxlanılıb

“İnterpol” tərəfindən axtarışa verilən azərbaycanlı Norveçin paytaxtı Osloda saxlanılıb. Boyukmillet.com xəbər verir ki, Norveç polisi sərhəddə Azər Kazım adlı azərbaycanlının sənədlərinə baxış keçirib. O, İsveçdən Norveçə gəlirmiş. Sənəd yoxlaması zamanı məlum olub ki, A.Kazımın adı Azərbaycanın hüquq-mühafizə orqanlarının təqdimatı əsasında “İnterpol”da axtarılanlar siyahısındadır. Oslo polisinə təhvil verilən azərbaycanlının məhkəməyə çıxarılacağı gözlənilir.

Read More »