3 həftə əvvəl Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Zakir Fərəcovun qəbulunda olmuşam. Qəbula da 6 il sonra məcburi şəkildə düṣmüşəm. O da səyyar. QHT rəhbəri hamı ilə birlikdə qəbul olundu. Bunu qoyduq kənara… Bu fikirləri “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyinin sədri Səbinə Kərimova QHT.az-a açıqlamasında deyib. “Məktubumun üstünü yanımda yazdı ki, təmin olunsun. İşi tapşırdı …
Read More »Şamil Ayrım: “Qərbi Azərbaycan mövzusunu Türkiyədə və bütün beynəlxalq platformalarda gündəmə gətirməliyik”
“Qərbi Azərbaycan mövzusunu Türkiyədə və bütün beynəlxalq platformalarda, eləcə də parlamentimizin müvafiq toplantılarında gündəmə gətirməliyik”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri “Report”un Ankara bürosuna Türkiyə Böyük Millət Məclisinin AK Parti İstanbul millət vəkili, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım deyib. Türkiyəli deputat qeyd edib ki, Aralıq Dənizi üçün Birlik Parlamentlərarası Assambleyasının (AİPA) başqanı olaraq bu məsələni gündəmə gətirəcək. Ş.Ayrım bildirib …
Read More »Narkotik vasitənin təsir altında avtomobil idarə edən şəxs həbs olunub
Narkotik vasitənin təsir altında avtomobil idarə edən şəxs həbs olunub. Boyukmillet.com xəbər verir ki, yol polisi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücünün qanunazidd hərəkətlərinin qarşısı alınıb. Belə ki, Rüfət Cəfərov idarə etdiyi “Mercedes” markalı, 90-FL-444 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə manevr etmə qaydalarını pozduğu üçün saxlanılıb. Sənədlərin yoxlanılması zamanı sürücünün nəqliyyat vasitəsini idarə …
Read More »Rusiya klubuna məxsus stadionun yaxınlığında qumbara tapılıb
Rusiyanın “Saturn” klubuna məxsus stadionun yaxınlığında qumbara tapılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Shot” teleqram kanalı məlumat yayıb. Ərazi mühasirəyə alınıb, 12 nəfər, o cümlədən stadionun üç əməkdaşı oradan təxliyə edilib. İstehkamçılar hələlik qumbaranın aşkarlandığı yerə gəlib çatmayıblar. Qeyd edək ki, “Saturn” hazırda II Liqada çıxış edir.
Read More »İçərişəhərdə “Bayram qalası” günləri keçiriləcək
Azərbaycanın tarixi ənənələrini və mədəniyyətini özündə əks etdirən, yerli sakinlərin və ziyarətçilərin asudə vaxtının bayram günlərində maraqlı və səmərəli keçməsi məqsədilə “Bayram qalası” günləri keçiriləcək. Boyukmillet.com xəbər verir ki, tədbirlərə ilk olaraq martın 19-da saat 13:00-da Qoşa Qala meydanında quraşdırılacaq səhnədə konsert proqramı ilə start veriləcək. “Bayram qalası” günləri martın 26-da saat 12:00-dan 22:00-dək davam edəcək. Həmin günlər ərzində qurama, rəssamlıq, …
Read More »Sahibə Qafarova: “Hazırda Cənubi Qafqaz regionunda tamamilə yeni şərait yaranıb”
“Hazırda Cənubi Qafqaz regionunda tamamilə yeni şərait yaranıb”. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasının Dağıstan Respublikası Milli Şurasının sədri Zaur Askendərov ilə görüşündə deyib. Milli Məclisin sədri, Dağıstan və Azərbaycan xalqları arasındakı tarixi əlaqələrdən, ümumi dəyərlərdən danışıb, bu münasibətlərin bu gün də uğurla davam etdirilməsindən məmnunluğunu ifadə edib. O, Azərbaycanla Rusiya Federasiyası arasında münasibətlərin inkişafında …
Read More »Sabah Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək
Martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. İclas Türk Dövlətləri Təşkilatının (TDT) “Fəlakət-Fövqəladə Halların İdarə Edilməsi və Humanitar Yardım” mövzusunda Ankarada keçiriləcək Fövqəladə Zirvə görüşü çərçivəsində baş tutacaq.
Read More »“Ramiz Mehdiyevin adamı” – “Allahdan sonra puldur”
“Ramiz Mehdiyevin adamıdır”. Gündəlik həyatımızda ən çox işlətdiyimiz ironik, lakonik, “tektonik” cümlələrdən biridir. Həmin ifadəni heç fərqinə varmadan işlədənlər də az deyil. İnsafən, elə vaxt olur ki, kadrları ləkələyərkən belə düsturlardan məqsədli şəkildə istifadə də edilir. Amma bütövlükdə “Ramiz Mehdiyevin adamı” möhürü neqativdir, cəmiyyətdə birmənalı qarşılanmır, bu ibarə ilə xarakterizə olunan kadrların nüfuz problem var, onlara qarşı yanaşmada aqressiya da mövcuddur. …
Read More »Agentlik nümayəndələri BMT rəsmisi ilə görüşüb
BMT-nin İnsan Hüquqları Şurasının 52-ci sessiyası çərçivəsində İsveçrənin Cenevrə şəhərində səfərdə olan Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nümayəndə heyəti BMT-nin Cenevrədəki bölməsinin baş direktoru Tatyana Valovaya ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, Agentliyin icraçı direktoru Aygün Əliyeva Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı eyni zamanda, Agentliyin bu istiqamətdə BMT-nin müxtəlif təsisatları ilə əməkdaşlıq etdiyini vurğulayıb. Davamlı İnkişaf Məqsədlərinin əldə olunması istiqamətində …
Read More »Türkiyə XİN: “İslamofobiyaya qarşı mübarizəmizi davam etdirəcəyik”
“BMT, ATƏT, İƏT kimi beynəlxalq və regional təşkilatlarda islamofobiyaya qarşı mübarizəmizi davam etdirəcəyik”. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) Beynəlxalq islamofobiyaya qarşı Mübarizə Günü ilə bağlı yaydığı bəyanatında bildirilib. Qeyd olunub ki, bəzi Qərb ölkələrində “Quran”ın yandırılması islamofobiyanın təzahürüdür: “Dinə qarşı nifrətin artdığı bu həssas dövrdə beynəlxalq ictimaiyyət qarşılıqlı hörmət prinsipi əsasında birgəyaşayışın təmin olunmasına çalışmalıdır”.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar