Çərşənbə , 8 Aprel 2026

autor

“Tərtər işi”ndə təqsirləndirilənlərin məhkəməsi: “Eyni əməllər Qazax, Şəmkir, Ağcabədi və Beyləqanda da törədilib”

Sumqayıt Məhkəmə kompleksinin inzibati binasında “Tərtər işi”ndə təqsirləndirilən 4 nəfər yüksək rütbəli hərbçi – Vüsal Ələsgərov, Rəşid Niftəliyev, Ramil Qarayev və Rüstəm Ələsgərovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Boyukmillet.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilirb. Məlum olub ki, Vüsal Ələsgərov Tərtərdə N saylı hərbi hissənin komandiri, Rəşid …

Read More »

Azərbaycan Qazaxıstanda keçiriləcək növbədənkənar seçkiləri müşahidə etməyə dəvət olunub

“Azərbaycan Qazaxıstan parlamentinin aşağı palatasına martın 19-da keçiriləcək növbədənkənar seçkilərin monitorinqində iştirak etmək üçün dəvət olunub”. Boyukmillet.com xəbər verir ki, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov bu gün keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, seçkiləri müşahidə etmək üçün 10 beynəlxalq təşkilat, Azərbaycan daxil olmaqla, bir sıra ölkələrin nümayəndələri dəvət olunub.

Read More »

Azərbaycanla ABŞ arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə olunub

Martın 14-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ABŞ-ın Avropa Komandanlığının tərəfdaşlıq, təhlükəsizlik və siyasət imkanları üzrə direktor müavini briqada generalı Edvard Voqanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Əvvəlcə qonaqlar Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirələrini ehtiramla yad ediblər. Nümayəndə heyətini salamlayan Baş Qərargah rəisi …

Read More »

Səməd Seyidov Qarabağ ermənilərinə müraciət edib: “Bu şansı qaçırmayın”

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Qarabağ ermənilərinə müraciət edib. Boyukmillet.com xəbər verir ki, o, bu barədə tviterdə yazıb: “İllüziyalarınızı bir kənara qoyub ortaq gələcəyimiz haqqında danışmaq üçün Bakıda bir araya gəlməyin vaxtıdır. Bu şansı qaçırmayın”. Qeyd edək ki, Prezident Administrasiyası Qarabağ ermənilərini növbəti görüş üçün Bakıya dəvət edib. Xatırladaq …

Read More »

İnstaqramda dələduzluq edərək istifadəçilərin pullarını ələ keçirən şəxs saxlanılıb 

İnstaqram sosial şəbəkəsində vətəndaşların etibarından sui-istifadə edərək onları aldadan və pullarını ələ keçirən şəxs saxlanılıb. Boyukmillet.com xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı axtarışda olan Firuddin Həsənov tutulub. Onun instaqramda açıq səhifələrə daxil olaraq həmin şəxsin dostluğunda olanlarla əlaqə yaratdığı, daha sonra özünü profilin sahibi kimi qələmə verib müxtəlif məbləğlərdə borc …

Read More »

Sabunçuda əl qumbarası aşkarlanıb

Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində hərbi sursat aşkar edilib. Boyukmillet.com xəbər verir ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib. Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı 1 ədəd F-1 əl qumbarası olduğu müəyyən edilib. Sursat XRXX-nin çevik …

Read More »

ASCO əməkdaşlarının maaşları 15 % artırılıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) əməkdaşlarının maaşları orta hesabla 15 % artırılıb. Boyukmillet.com xəbər verir ki, bununla bağlı qurumun Müşahidə Şurasının qərarı əsasında, İdarə Heyətinin sədri Rauf Vəliyev əmr imzalayıb. Əmrə əsasən, əmək haqqı artımı aprelin 1-dən tətbiq olunacaq, həm üzən, həm də sahil heyətinin məvaciblərinə şamil ediləcək. Xatırladaq ki, ötən il də fevral 1-dən qurumun əməkdaşlarının maaşları 15 % artırılmışdı.

Read More »

Türkiyədə daha bir klub prezidenti istefa verib

Türkiyədə daha bir klub prezidenti istefa verib. Boyukmillet.com xəbər verir ki, “Antalyaspor”un rəhbəri Aziz Çetin vəzifəsindən ayrılmaq qərarına gəlib. Super Liqa təmsilçisində boş qalan postu prezidentin müşaviri Sabri Gülel tutub. “Antalyaspor” hazırda 28 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşır. Qeyd edək ki, bir neçə gün əvvəl “Trabzonspor”un prezidenti Ahmet Ağaoğlu istefa verib.

Read More »

FHN-in hərbi hissələrində “Heydər Əliyev İli”nə həsr olunan silsilə tədbirlər keçirilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki müdafiə qoşunlarının hərbi hissələrində “Heydər Əliyev İli”nə həsr olunmuş silsilə tədbirlər keçirilib. Tədbirlərdə hərbi hissələrin rəhbərliyi və şəxsi heyəti, yerli icra hakimiyyətlərinin, Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyinin yerli idarələrinin, Yeni Azərbaycan Partiyası rayon təşkilatlarının məsul vəzifəli şəxsləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə, hərbi hissələrdə ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri …

Read More »