Çərşənbə , 8 Aprel 2026

autor

Azərbaycan XİN: “Zəlzələ baş vermiş gündən indiyədək Türkiyədən 686 nəfər təxliyə olunub”

Türkiyədə zəlzələ nəticəsində zərər çəkmiş Azərbaycan vətəndaşlarına dəstək tədbirləri çərçivəsində 10 mart tarixində Azərbaycan Respublikası vətəndaşlarının və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşlarının zəlzələ bölgəsindən planlaşdırılan sonuncu təxliyəsi həyata keçirilib. Bununla, zəlzələ baş vermiş gündən etibarən ümumilikdə 686 nəfər təxliyə olunub. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Qeyd edilib ki, Türkiyə Respublikasından təxliyəsi həyata keçirilən vətəndaşlarımız …

Read More »

Zakir Həsənov: “Qeyri-qanuni erməni silahlıları üçün hərbi daşımalar və canlı qüvvənin rotasiyasını həyata keçirməsi yolverilməzdir”

“Ordumuzun bölmələri tərəfindən dəfələrlə müşahidə olunan, Ermənistanın Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycanın suveren ərazilərində qalan qeyri-qanuni erməni silahlı birləşmələri üçün hərbi daşımalar və canlı qüvvənin rotasiyasını həyata keçirməsi yolverilməzdir”. Boyukmillet.com-un xəbərinə görə, bunu müdafiə naziri general-polkovnik Zakir Həsənov martın 11-də keçirilən xidməti müşavirədə deyib. Müdafiə naziri qeyd edib ki, qarşı tərəfin, o cümlədən qeyri-qanuni erməni silahlı birləşmələrinin fəaliyyətlərinin fasiləsiz …

Read More »

Müdafiə Naziri yeni silahlarla bağlı tapşırıqlar verib

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov martın 11-də keçirilən xidməti müşavirədə silahlanmaya yeni qəbul edilən silah və döyüş texnikasının şəxsi heyət tərəfindən öyrənilməsi və döyüş tapşırıqlarının icrası zamanı effektiv tətbiqinə dair konkret tapşırıqlar verib. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Qeyd edilib ki, hərbi qulluqçuların peşəkarlığının və bölmələrin döyüş qabiliyyətinin daha da artırılması məqsədilə keçirilən təlimlərin real döyüş şəraitinə uyğun təşkil edilməsinə …

Read More »

İlham Əliyev Bolqarıstan Prezidenti ilə videokonfrans formatında görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə videokonfrans formatında görüşüb. Boyukmillet.com-un xəbərinə görə, bu görüşün videokonfrans formatında keçirilməsinə səbəb Bolqarıstan nümayəndə heyətinin üzvlərində COVID-19 testinin nəticəsinin pozitiv çıxmasıdır.

Read More »

DSX: “Sərhədi pozmağa çalışan şəxslər saxlanılıb, 30 kq narkotikin keçirilməsinin qarşısı alınıb”

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” və “Göytəpə” sərhəd dəstələrinin əməkdaşları tərəfindən ümumi çəkisi 30 kiloqram 600 qram narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb, “Xudat” və “Zaqatala” sərhəd dəstələrində isə dövlət sərhədini pozmağa cəhd göstərən 4 nəfər sərhəd pozucuları sərhəd naryadlarının …

Read More »

ABŞ-ın ən böyük banklarından biri müflis olub

ABŞ-da 2008-ci ilin maliyyə böhranından sonra ilk dəfə böyük bank “Silicon Valley Bank” (SVB) müflis olub. Boyukmillet.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Federal Əmanətlərin Sığortalanması Korporasiyasının (FDIC) məlumatında deyilir. “Silicon Valley Bank”dan bütün sığortalanmış əmanətlər “Santa Clara” Əmanətlərin Sığortalanması Milli Bankına köçürülüb və əmanətçilərin 13 mart bazar ertəsi günündən gec olmayaraq əmanətlərinə çıxış əldə etməsi gözlənilir. ABŞ-ın …

Read More »

Türkiyədə atışma zamanı 5 nəfər xəsarət alıb, saxlanılanlar var

Türkiyənin Adana şəhərindəki gecə klublarından birində atışma olub. Bu barədə Boyukmillet.com “Haber Global”a istinadən xəbər verir. Məlumata görə, iki silahlı qrup arasında baş verən silahlı insident zamanı 5 nəfər xəsarət alıb. Hadisə yerinə polis əməkdaşları, təcili yardım cəlb edilib. Yaralılar Seyhan Dövlət Xəstəxanasına və özəl tibb müəssisəsinə çatdırılıblar. Hadisə yerində istifadə edilən 2 ədəd tapança maddi sübut kimi götürülüb. İnsidentlə əlaqədar bir …

Read More »

Britaniya XİN: “KXDR-in raket buraxılışları bütün region üçün təhlükə yaradır”

KXDR tərəfindən həyata keçirilən raket buraxılışları bütün Şərqi Asiya regionu üçün təhlükə yaradır və BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozur. Boyukmillet.com xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin Pxenyanın keçirdiyi ballistik raketin növbəti sınağı barədə xəbərlə bağlı yaydığı məlumatda deyilir. “Şimali Koreyanın martın 9-da ballistik raket buraxması BMT Təhlükəsizlik Şurasının bir sıra qətnamələrini pozur. Ballistik raketlərin qanunsuz buraxılması regionda sülh …

Read More »

BMT: “Antarktidada dəniz buzlaqlarının sahəsi rekord dərəcədə azalıb”

Fevralın sonunda Antarktidada dəniz buzlaqlarının sahəsi 1,83 milyon kvadratmetr km. təşkil edib. Bu da qışın sonu üçün rekord səviyyədə aşağı idi. Boyukmillet.com xəbər verir ki, bu barədə Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) rəsmi nümayəndəsi Kler Nullis bildirib. Təşkilatın məlumatına görə, fevralın sonuna “dəniz buzlaqlarının sahəsi 1,83 milyon kvadrat kilometr təşkil edib ki, bu da 2022-ci ilin fevralında qeydə alınan rekord mövsümi minimumdan …

Read More »

ABŞ-ın Vaşinqton şəhərinin meri Azərbaycan qadınları ilə bağlı qətnamə qəbul edib

ABŞ-ın Vaşinqton şəhərinin meri Myuriel Bauzer 27-31 mart 2023-cü il tarixlərini paytaxtda “Azərbaycanın Kənd Qadınlarının Səlahiyyət həftəsi” elan edib. Boyukmillet.com xəbər verir ki, şəhər meri bununla bağlı qətnamə imzalayıb. Xanım mer qətnamədə qeyd edib ki, Vaşinqton şəhəri dünyada 50 milyon nəfərdən çox diaspor üzvü olan Azərbaycan icmasının yaşadığı ilk 10 yaşayış məntəqəsi sırasındadır və şəhər meriyası Azərbaycan qadınlarına dünyanın bir …

Read More »