Bazar ertəsi , 6 Aprel 2026

autor

Türkiyədə “Can Holding” işi üzrə daha 26 nəfər saxlanılıb

İstanbul Respublika Baş Prokurorluğu tərəfindən “Can Holding” istintaqı çərçivəsində yeni əməliyyat həyata keçirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə “A Haber” məlumat yayıb. Bildirilib ki, əməliyyatla “Can Holding”in daha əvvəl ev dustaqlığı qərarı verilmiş rəhbərlərindən biri Kenan Tekdağ da daxil olmaqla 26 şübhəli saxlanılıb. Məlumat üçün xatırladaq ki, bir müddət öncə keçirilən əməliyyat zamanı “Can Holding”ə daxil olan 121 şirkətə həbs …

Read More »

Ramiz Mehdiyevin oğluna məxsus şirkət son 6 ildə nazirlikdən 30 milyonluq tender qazanıb

Dövlət satınalmalarının vahid internet portalına əsasən, Elm və Təhsil Nazirliyi 2019-cu ildən bəri Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyevə aid olan “Şərq-Qərb” nəşriyyat şirkəti ilə 30 milyon manatdan çox nəhəng tender müqavilələri bağlayıb. Müqavilələrin satınalma predmeti 2019-2025-ci tədris ilinə aid dərsliklərin, metodik vəsaitlərin, iş dəftərlərinin, məktəb sənədlərinin və dövlət nümunəli təhsil sənədləri blanklarının çap edilməsinə aiddir. Nəşriyyatın tərəfdaşları arasında “Heydər Əliyev …

Read More »

Müdafiə Nazirliyinin “İstirahət evi”nin rəisi saxlanılıb

Müdafiə Nazirliyinin “İstirahət evi”nin rəisi, mayor İlham Haqverdiyev rüşvət ittihamı ilə saxlanılıb. Onunla bağlı Hərbi Prokurorluqda araşdırma başlanıb. İlham Haqverdiyevə qarşı Cinayət Məcəlləsinin 311-ci (rüşvət) maddəsi üzrə cinayət işi açılıb. Onun barəsində qətimkan tədbiri seçilməsi üçün Bakı Hərbi Məhkəməsinə təqdimat daxil olub. Təqdimata baxılacaq. Müdafiə Nazirliyinin Abşeronun Gorədil kəndində yerləşən Mərkəzi Sanatoriyası hazırda “İstirahət evi”adlanır.

Read More »

Azərbaycan diasporunun rəhbəri Rusiya vətəndaşlığından məhrum edilib

Azərbaycan diasporuna rəhbərlik edən və Ulyanovsk vilayəti qubernatorunun müşaviri olan İslam Hüseynov Rusiya vətəndaşlığından çıxarılıb. Rəsmi səbəb hələ açıqlanmayıb, İslam Hüseynov özü isə şərh verməkdən imtina edib. RBC mənbələrinə istinadən məlumat verir ki, bu barədə qərarı oktyabrın 14-də Daxili İşlər Nazirliyinin Ulyanovsk Regional İdarəsi, Federal Təhlükəsizlik Xidmətinin sorğusuna əsasən qəbul edib.  56 yaşlı İslam Hüseynov 20 ildir Ulyanovskda yaşayır və 2005-ci …

Read More »

Gürcüstan ATƏT-ə etiraz notası GÖNDƏRDİ

Gürcüstan Xarici İşlər Nazirliyi ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonenin hərəkətlərinə görə təşkilata etiraz edib. Boyukmillet.com xəbər verir ki, nazirlik bununla bağlı ATƏT Katibliyinə və iştirakçı dövlətlərə etiraz notası göndərib. Xarici İşlər Nazirliyi qeyd edib ki, buna səbəb ATƏT-in fəaliyyətdə olan sədrinin Gürcüstana səfəri zamanı hökumət əleyhinə olan fəalların kiçik bir qrupunun təşkil etdiyi küçə etirazına qoşulması olub. Qeyd edək ki, …

Read More »

Paşinyandan “Zəngəzur dəhlizi” ilə bağlı açıqlama

Ermənistanın baş naziri Nikol Paşinyan hökumət iclasından sonra jurnalistlərə açıqlamasında bildirib ki, “Zəngəzur dəhlizi” məsələsi artıq onun üçün aktual sayılmır. Boyukmillet.com xəbər verir ki, Paşinyanın sözlərinə görə, Kopenhagendə Azərbaycan prezidenti İlham Əliyevlə keçirilən görüşün nəticəsində yayımlanan rəsmi açıqlamada Ermənistan ərazisində kommunikasiya xətlərinin açılması və TRIPP layihəsinin (Zəngəzur dəhlizi) müzakirəsi qeyd olunub. “Bu sənədlə təsdiqləndi ki, Ermənistan ərazisində TRIPP layihəsi həyata keçirilir. Deməli, bu, sualın cavabıdır və …

Read More »

47 kq marixuana ilə SAXLANILDI – VİDEO

Bakı və Abşeron rayonunda narkotiklərin satışını təşkil edən şəxs 47 kq marixuana ilə saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə DİN-dən bildirilib. Məlumata görə, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı külli miqdarda narkotik vasitənin Bakı şəhəri və Abşeronda rayonunda satışının qarşısı alınıb. Abşeron rayonunda baş tutan tədbir zamanı 39 yaşlı əvvəllər də …

Read More »

DTX-nın saxladığı Ramiz Vəliyevə HÖKM OXUNDU

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan sabiq diplomat Ramiz Vəliyevin cinayət işi üzrə məhkəmənin sonuncu iclası keçirilib. Boyukmillet.com APA-ya istinadən xəbər verir ki, bu gün Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən Ramiz Vəliyev 5 il müddətə azadlıqdan məhrum edilib. Əlavə cəza olaraq o, 2 il müddətinə müəyyən vəzifə tutma hüququndan da məhrum edilib. Qeyd edək ki, Azərbaycan …

Read More »

Bakıda hərbi parad keçiriləcək

Bakıda noyabrın 8-də Zəfər Gününün beşinci ildönümü münasibətilə hərbi parad keçiriləcək. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, parada hazırlıqla bağlı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin, o cümlədən Azərbaycan Ordusunun bölmələri ilə məşqlər keçirilir. Hazırlıq məşqləri zamanı Bakı şəhəri və ətraf ərazilərdə aviasiya vasitələrinin uçuşları, avtomobil və döyüş texnikalarının, həmçinin gəmilərin müəyyən edilmiş marşrutlar üzrə hərəkəti və yerdəyişməsi icra olunur.

Read More »

Qəzzanın bərpası üzrə Koordinasiya Mərkəzi yaxın günlərdə fəaliyyətə başlayacaq

ABŞ-nin rəhbərlik etdiyi Qəzza zolağının bərpası və atəşkəsin monitorinqi üzrə Koordinasiya Mərkəzi yaxın günlərdə fəaliyyətə başlayacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə “ABC News” mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, mərkəz Qəzzanın şimal-şərqində, İsrail ərazisində yerləşəcək. Onun dəqiq yeri açıqlanmır. Sadəcə məlumdur ki, mərkəz İsrailin hərbi bazasında yerləşməyəcək. Fələstin anklavının bərpasında iştirak edən digər ölkələrin rəsmiləri də mərkəzə çıxış əldə edəcəklər. …

Read More »