Azərbaycanın Müdafiə Nazirliyi və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması və hərbi xidmətə cəlbediciliyin artırılması məqsədilə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə toplantı keçirilib. Toplantıda Müdafiə Nazirliyinin, Elm və Təhsil Nazirliyinin nümayəndələri, eləcə də orta ümumtəhsil məktəblərinin hərbi rəhbərləri iştirak ediblər. Toplantı iştirakçıları əvvəlcə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin ərazisindəki Heydər Əliyev Mərkəzini ziyarət …
Read More »Qazaxıstanın Füzulidə tikəcəyi incəsənət məktəbinin təməli qoyulub
İşğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan Respublikası tərəfindən ianə və inşa olunacaq Kurmanqazı adına Uşaq Yaradıcılığının İnkişafı Mərkəzinin təməlqoyma mərasimi keçirilib. Boyukmillet.com xəbər verir ki, mərasimdə Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndəsi Emin Hüseynov, Qazaxıstan Respublikasının Azərbaycandakı səfiri Serjan Abdıkarimov, layihəni həyata keçirəcək icraçı şirkət “Bİ-Group” Holdinqin Direktorlar Şurasının sədri Aydın Rahimbayev və digər səlahiyyətli şəxslər iştirak ediblər. …
Read More »Azərbaycan qlobal təhlükəsizliklə bağlı qətnamələrin siyahısını təsdiqləyib
Azərbaycan Nazirlər Kabineti terrorçuluğun və terrorçuluğun maliyyələşdirilməsinin, kütləvi qırğın silahlarının yayılmasının və yayılmasının maliyyələşdirilməsinin qarşısının alınması məqsədilə Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası (TŞ) tərəfindən qəbul edilmiş və sanksiya tətbiq edilməli fiziki şəxslər və qurumları müəyyən edən qətnamələrin Siyahısını təsdiq edib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Siyahının təsdiq edilməsi ilə terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi, …
Read More »İrandan Azərbaycana 83 kq narkotik keçirməyə çalışan dəstə üzvləri saxlanılıb
İrandan Azərbaycana 83 kq narkotik keçirməyə çalışan dəstə üzvləri saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. DİN və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının birgə keçirdiyi xüsusi əməliyyat nəticəsində qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə külli miqdarda narkotik maddələr keçirməyə cəhd edən daha bir dəstənin üzvləri saxlanılıb. Tədbir zamanı Şəki şəhər sakini əvvəllər məhkum olunmuş Famil Əliyev və həmyerlisi Elçin Məmmədov …
Read More »Qərbi Azərbaycan icmasında TÜRKPA komissiyasının nümayəndələri ilə görüş olub
Qərbi Azərbaycan icmasında TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının nümayəndə heyəti ilə görüş keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbiri giriş sözü ilə açan İcmanın İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli qonaqları salamlayaraq onlara Qərbi azərbaycanlıların keşməkeşli tarixçələri, ötən əsr boyunca dörd dəfə deportasiya olunmaları, soyqırımlara uğraması barədə məlumat verib. O, İcmanın məqsədləri və fəaliyyət istiqamətləri barədə də …
Read More »Gələn həftə hökumət Milli Məclisdə hesabat verəcək
Milli Məclisin yaz sessiyası üçün növbəti plenar iclası martın 17-də keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə spiker Sahibə Qafarova parlamentin martın 7-də keçirilən plenar iclasında məlumat verib. Həmin gün hökumətin hesabatı da dinləniləcək. İclasın tam gündəliyi isə yaxın günlərdə açıqlanacaq.
Read More »Əziz Ələkbərli: “Ermənistandan öz ata-baba yurdumuza qayıtmaq üçün şərait yaratmasını tələb edirik”
“Ermənistandan öz ata-baba yurdumuza qayıtmaq üçün şərait yaratmasını tələb edirik”. Boyukmilet.com xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli TÜRKPA-nın ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının nümayəndə heyəti ilə görüşdə deyib. “Biz cibimizdə Ermənistanın pasportunu gəzdirmişik. Həmin pasport Ermənistan vətəndaşı olduğumuzu sübut edir. Ermənistanın azərbaycanlılara yönəlmiş etnik ayrıseçkiliyinə qarşı türk qardaşlarımızın da dəstəyinə ehtiyacımız var. Ermənistan …
Read More »İlham Əliyev: “Azərbaycan və Bolqarıstan arasında ticarət dövriyyəsinin artırılması üçün səylər göstərilməlidir”
“Enerji sahəsi ilə yanaşı, digər sahələrdə də Azərbaycan-Bolqarıstan əməkdaşlığının inkişafı üçün potensial var, ticarət dövriyyəsinin artırılması üçün səylər göstərilməsi vacibdir”. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Bolqarıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ruslan Stoyanovun etimadnaməsini qəbul edərkən bildirib. Ölkələrimiz arasında qarşılıqlı siyasi fəaliyyətin yaxşı səviyyədə olduğunu vurğulayan dövlətimizin başçısı səfirlə söhbət əsnasında Azərbaycan-Avropa İttifaqı …
Read More »Milli Məclis Beynəlxalq Qadınlar Günü münasibətilə Mehriban Əliyevanı təbrik edib
Milli Məclis 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib. Boyukmillet.com-un xəbərinə görə, parlamentin martın 7-də keçirilən bugünkü plenar iclasında spiker Sahibə Qafarova təklif edib ki, 8 Martla əlaqədar Mehriban Əliyevaya təbrik məktubu ünvanlansın. Deputatlar sədrin təklifini dəstəkləyiblər.
Read More »Bakı metrosu martın 8-nə iş rejimini açıqlayıb
8 Mart – Beynəlxalq Qadınlar Günündə “Bakı Metropoliteni” QSC-nin xətlərində qatarların hərəkəti “28 May-Həzi Aslanov” istiqamətində saat 7:00-dan 21:00-a qədər 2,5 dəqiqəlik intervalla tənzimlənəcək. “Yaşıl və Qırmızı xətlər “28 May” stansiyasında birləşdiyindən “İçərişəhər” və “Dərnəgül” istiqamətində qatarların hərəkəti 2 dəfə çox olacaq. Bununla belə, ehtiyat qatarlar nəzərdə tutulacaq. Xətlər üzrə sərnişin axını diqqətdə saxlanılmaqla, zərurət yaranacağı təqdirdə həmin ehtiyat qatarlar …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar