Çərşənbə , 8 Aprel 2026

autor

İcbari Sığorta Bürosunun Himayəçilər Şurasına yeni üzv seçilib

“Atəşgah Həyat Sığorta” ASC-nin İdarə Heyətinin (İH) sədri Azər Əmiraslan oğlu Əliyev İcbari Sığorta Bürosunun (İSB) Himayəçilər Şurasına üzv seçilib. Boyukmillet.com xəbər verir ki, o, Büronun rəhbərliyində bir qədər əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İH sədrinin müşaviri təyin edilmiş və bununla da sığorta sektorunu tərk etmiş “Atəşgah Sığorta” ASC-nin İH-nin keçmiş …

Read More »

Pakistan mediasında “Heydər Əliyev: Pakistan-Azərbaycan münasibətləri” mövzusunda məqalə çap olunub

Türk Ağsaqqalları Birliyinin təsisçisi, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədovun “Heydər Əliyev: Pakistan-Azərbaycan münasibətləri” sərlövhəli məqaləsi Pakistanın “Pakistaneconomicnet.com”, “En.dailyittehad.com”, “Thegulfobserver.com”, “Pakistanintheworld.pk” agentliklərində nüfuzlu media orqanlarında yayımlanıb. “Report” xəbər verir ki, Pakistanın 4 mətbuat orqanında yayımlanan məqalədə ümummilli lider Heydər Əliyevin Azərbaycan-Pakistan münasibətlərinin inkişafındakı rolundan söz açılır. Məqalədə bildirilir ki, Azərbaycanla-Pakistan arasında münasibətlər qardaşlıq səviyyəsindədir. 44 günlük Vətən müharibəsində Pakistanın Azərbaycana verdiyi …

Read More »

İranın Xuzistan əyalətində 6 nəfər barəsində ölüm hökmü çıxarılıb

İranın Xuzistan əyalətinin Əhvaz şəhər Məhkəməsi “Hərəkat-e ən-Nidal” silahlı qruplaşmasının 6 üzvü – Əli Mojdam, Məhəmməd Reza Müqəddəm, Moin Xanfəri, Həbib Dariş, Adnan Qobishavi və Salim Musəvi barədə ölüm hökmü çıxarıb. Boyukmillet.com xəbər verir ki, məlumatı “Mehr” agentliyi yayıb. Bildirilib ki, onlar 2016 və 2017-ci illərdə Xuzistan əyalətində silahlı hücum təşkil etməkdə ittiham olunur. Məlumata görə, Əli Mojdam və Məhəmməd Rza …

Read More »

Bu gün Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 21 avtomobil keçib

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 21 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb. “Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub. Belə ki, 17 avtomobil Xankəndindən Laçın, 4-ü isə əks istiqamətinə maneəsiz hərəkət edib. Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün …

Read More »

Qarabağdakı teleradio yayımı stansiyalarının sayı 15-ə çatdırılacaq

Hazırda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 6 teleradio yayımı stansiyası fəaliyyət göstərir və bu rəqəmin 15-ə çatdırılması nəzərdə tutulur. Boyukmillet.com  xəbər verir ki, bunu Füzuli Beynəlxalq Hava Limanında keçirilən Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə işçi qrupunun iclasında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib. “Hazırda mövcud stansiyalar vasitəsi ilə 11 …

Read More »

ABŞ-ın Qafqaz danışıqları üzrə baş müşaviri Azərbaycana gəlib

ABŞ-ın Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono bu gün Azərbaycana səfərə gəlib. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyindən bildirilib. Onun səfər çərçivəsində bir sıra rəsmi şəxslərlə görüş keçirəcəyi və Ermənistanla Azərbaycan arasında sülh prosesinin müzakirə olunacağı gözlənilir. L.Bono həmçinin səfər çərçivəsində Ermənistan və Gürcüstana da səfər edəcək.

Read More »

Xankəndi-Laçın yolunda ekofəallar 85 gündür yüksək fəallıq nümayiş etdirirlər

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 85 gündür davam edir. “Report”un hazırda ərazidə olan əməkdaşı xəbər verir ki, havanın qarlı və şaxtalı olmasına baxmayaraq, aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər. Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da heç bir insident baş verməyib. Həmişə …

Read More »

Ermənilər Azərbaycan Ordusunun bölmələrini minaatanlardan atəşə tutub

Martın 5-i saat 15:00-dan martın 6-sı saat 03:10-dək Azərbaycan Ordusunun mövqeləri 19 dəfə atəşə tutulub. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli, Aşağı Şorca, Əzizli, Zərkənd, Yuxarı Zağalı yaşayış məntəqələri və Çəmbərək rayonu istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf, Kəlbəcər rayonunun Yellicə, Mollabayramlı, Yuxarı Ayrım və Gədəbəy rayonunun Göyəlli yaşayış məntəqələrində yerləşən mövqelərini …

Read More »

Səudiyyə Ərəbistanı Asiya və Avropa bazarları üçün neftin qiymətini qaldırıb

Dünyanın ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanı aprel ayında Asiya və Avropa üçün neftin qiymətini qaldırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb. Aprel ayı üçün “Arab Light”ın Asiya üçün rəsmi satış qiyməti Oman-Dubay etalonunda 2,5 ABŞ dolları bahalaşıb ki, bu da mart ayı qiymətindən 50 sent yüksəkdir. Eyni zamanda Səudiyyə Ərəbistanının dövlət şirkəti olan “Saudi Aramco” …

Read More »