Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini, Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli ABŞ-a səfəri çərçivəsində Arkanzas ştatının paytaxtı Littl Rok şəhərində şəhərin mərkəzi seçki komissiyasının sabiq sədri Joşua Pris, Littl Rok Meriyası Mərkəzi Aparatının rəhbəri xanım Kendra Pruitt və vəkil Piter Şults ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, keçirilən görüşlərdə ABŞ-ın seçki sistemi, seçki tarixi, ABŞ-da yerli özünü idarəetmənin iş prinsipi, bələdiyyələrin …
Read More »“Azərbaycanda hələ də əlaltdan satılan dərmanlar var” – Ekspertdən AÇIQLAMA
Azərbaycanda dərman vasitələrinin qiymətində növbəti bahalaşma müşahidə olunur. Belə ki, Tarif (qiymət) Şurasının növbəti iclasında dövlət qeydiyyatına alınan 50 dərman vasitəsinin qiyməti təsdiq olunub. Həmçinin Səhiyyə Nazirliyindən müvafiq rəy alınmış 32 dərman vasitəsinin qiymətində Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilmiş Təlimata uyğun olaraq dəyişikliklər olunub. Bir sözlə dərman preparatları ilə bağlı növbəti bahalaşma baş verib. Müşahidələr göstərir ki, ötən …
Read More »Qərbi Azərbaycan İcması Nikol Paşinyana cavab verib
“Ermənistanın baş naziri Nikol Paşinyan Alman Xarici Əlaqələr Şurasında (DGAP) bugünkü çıxışında Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmasına şəraitin yaradılması barədə çağırışları Ermənistanın ərazi bütövlüyü və suverenliyinə təsir edən bir hal kimi qələmə verməyə cəhd edib. Biz baş nazirə xatırlatmaq istərdik ki, etnik təmizləmə insanlıq əleyhinə cinayətdir və Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmaları təməl insan haqlarıdır”. …
Read More »Qarabağın bərpasında Belarus şirkətlərinin iştirakı müzakirə olunub
Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərində Belarus şirkətləri ilə əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar var. Boyukmillet.com xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Belarusun Baş nazirinin müavini, Azərbaycan-Belarus Hökumətlərarası Komissiyasının həmsədri İqor Petrişenko ilə görüşündə bildirib. Azərbaycanla Belarus arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, Belarus şirkətlərinin işğaldan azad edilmiş ərazilərin bərpasında iştirakı, investisiyaların təşviqi və qarşılıqlı maraq doğuran digər …
Read More »ASCO-nun istiqrazlarına tələb təklifdən 14 % çox olub
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) bu gün “Bakı Fond Birjası” QSC-də (BFB) yerləşdirdiyi 100 milyon ABŞ dolları dəyərində istiqrazlara 113,997 milyon ABŞ dolları tələb olub. Boyukmillet.com xəbər verir ki, bununla da, yerləşdirmə tam baş tutub. Xatırladaq ki, tədavül müddəti 5 il, hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 100 min ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqraza …
Read More »Daşkəsəndə arıçılığın inkişafı üçün növbəti layihənin icrasına başlanılıb
Bu gün “AzerGold” QSC-nin və İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə Daşkəsən rayonunda arıçılıq təsərrüfatının inkişafına dəstək məqsədilə növbəti – sayca 2-cui layihənin icrasına başlanılıb. Boyukmillet.com xəbər verir ki, layihə çərçivəsində rayonun Çovdar, Quşçu, Bayan kəndləri və Şadax adlanan ərazisində yaşayan bir qrup kiçik arıçılıq təsərrüfatı sahibi ilə görüş keçirilib. Görüşdə “AzerGold”un müşaviri İlqar …
Read More »Ceyhun Bayramov Kamboca hökumətinin müşaviri ilə görüşüb
Martın 3-də xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının (QH) COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü çərçivəsində ölkəmizdə səfərdə olan Kamboca hökumətinin müşaviri Sok Sifana ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, görüş zamanı Azərbaycan və Kamboca arasında ikitərəfli, o cümlədən çoxtərəfli səviyyədə mövcud əməkdaşlığın perspektivləri, həmçinin regionda və …
Read More »Tofiq Kazımovun 100 illik yubileyi qeyd ediləcək
Prezident İlham Əliyev Tofiq Kazımovun 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncamda deyilir: “2023-cü ildə Azərbaycanın görkəmli teatr rejissoru, dövlət mükafatları laureatı, tanınmış pedaqoq, Xalq artisti Tofiq Səməd Mənsur oğlu Kazımovun anadan olmasının 100 ili tamam olur. Orijinal yaradıcılıq dəst-xəttinə malik fitri istedadlı rejissor kimi Tofiq Kazımov Azərbaycan teatrının repertuarını yüksək bədii-estetik meyarlı səhnə …
Read More »Prezident İlham Əliyev yunanıstanlı həmkarına başsağlığı verib
Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstan Prezidenti Katerina Sakellaropuluya başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, başsağlığında deyilir: “Hörmətli xanım Prezident, Larisa şəhəri yaxınlığında sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması barədə xəbər bizi son dərəcə kədərləndirdi. Bu ağır faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Yunanıstan xalqına öz adımdan və …
Read More »Ərdoğan: “Zəlzələ 14 milyon insanın həyatına birbaşa təsir edib”
“Zəlzələ və afterşoklar ciddi itkilərə, böyük dağıntılara səbəb oldu”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Milli Risk Qalxanının toplantısında deyib. O bildirib ki, zəlzələ 14 milyon insanın həyatına birbaşa təsir edib: “Təbii fəlakət nəticəsində 45 mindən çox insan həlak oldu. 115 min insan yaralandı”. R.T.Ərdoğan söyləyib ki, zəlzələnin təsirlərinin aradan qaldırlıması üçün işlər davam edir.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar