Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə qardaş ölkədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələrinin növbəti qrupu bu gün təyyarə ilə Adana hava limanından Bakı şəhərinə yola düşüb. Qüvvələri hava limanından İmamoğlu rayonunun rəhbəri Mehmet Aksu, Türkiyə Respublikasının Xarici İşlər Nazirliyindən fövqəladə və səlahiyyətli səfir …
Read More »Prezident: “Azərbaycan və Türkmənistan bir çox sahələrdə geniş əməkdaşlıq imkanlarına malikdir”
Azərbaycanla Türkmənistan arasında mövcud olan çox sıx siyasi əlaqələr möhkəm təməllər üzərində qurulub. Ölkələrimiz enerji, pambıqçılıq, nəqliyyat, investisiyalar və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanlara malikdir. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşündə deyib. Azərbaycanın öz nəqliyyat-tranzit potensialını artırdığını bildirən dövlətimizin başçısı əlavə edib ki, bu, gələcəkdə Türkmənistan mallarının da ölkəmizin ərazisindən daşınması …
Read More »Bolqarıstanın Baş prokuroru Azərbaycanda səfərdədir
Baş prokuror Kamran Əliyevin dəvəti ilə Bolqarıstanın Baş prokuroru İvan Geşevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdədir. Nümayəndə heyəti Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyub, eləcə də görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib. Qonaqlar, həmçinin Şəhidlər xiyabanını ziyarət …
Read More »Prezident İlham Əliyev AEBA-nın Baş direktorunu qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 2-də Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Mariano Qrossini qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.
Read More »AEBA rəhbəri: “Şübhələri aradan qaldırmaq üçün İranda baş verənləri təftiş etməliyik”
“Atom Enerjisi üzrə Beynəlxalq Agentlik İranda təmsil olunmalı və şübhələri aradan qaldırmaq üçün baş verənləri təftiş etməliyik”. Boyukmillet.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Qrossi İranda uranın zənginləşdirilməsi məsələsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, təşkilat artıq İranda təftiş aparır. “İran ilə dialoqumuzu, təmaslarımızı ən yüksək səviyyədə saxlamağımız çox vacibdir”, – …
Read More »İlham Əliyev BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidentini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 2-də Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Tsaba Körösini qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Read More »AEBA Zaporojye AES-lə bağlı müzakirələrin uğurla nəticələnəcəyinə inanır
“Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) Zaporojye Atom Elektrik Stansiyasında (AES) təhlükəsiz zonanın yaradılması istiqamətində Rusiya və Ukrayna ilə lazımi müzakirələr aparır və tezliklə uğurlu nəticələr əldə etməyə ümid edir”. Boyukmillet.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AEBA-nın baş direktoru Rafael Qrossi deyib. Onun sözlərinə görə, bu AES-in müharibə zonasında yerləşdiyini və buna görə də böyük təhlükə yaratdığını unutmaq olmaz: “Agentliyin məsələyə dərhal müdaxilə …
Read More »Azərbaycanın Malayziyadakı səfiri bu ölkədə təhsil alacaq badmintonçuları qəbul edib
Azərbaycanın Malayziyadakı fövqəladə və səlahiyyətli səfiri İrfan Davudov Azərbaycan badmintonçuları Ülvi Hüseynov, Əmirxan İmanov və Əminə İsmayılova ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, səfir iki il müddətində Petronans Malayziya Badminton Akademiyasında bu idman növünün sirlərinə yiyələnəcək yeniyetmə badmintonçuları qəbul edib. Görüşdə Azərbaycan Badminton Federasiyasının baş katibi Ramil Hacıyev də iştirak edib. İrfan Davudov səfirlik olaraq yeniyetmə badmintonçulara daim dəstək olacaqlarını və …
Read More »Qoşulmama Hərəkatının Bakıda keçirilən Sammitində Türkiyədə və Suriyada zəlzələ qurbanlarının xatirəsi anılıb
Türkiyədə və Suriyada baş vermiş zəlzələ qurbanlarının xatirəsi Qoşulmama Hərəkatının Təmas Qrupunun Bakıda keçirilən Sammitində Azərbaycan Prezidenti İlham Əliyevin təklifi ilə yad olunub. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev deyib: “Müzakirələrimizə başlamazdan əvvəl sizin diqqətinizi bir məqama cəlb etmək istəyirəm. Hamınız bildiyi kimi, bir neçə həftə bundan əvvəl Türkiyədə və Suriyada dağıdıcı zəlzələ baş verib. Müasir dövrün ən faciəli …
Read More »AEBA rəhbəri: “Azərbaycan QH-yə sədrlik çərçivəsində fəallıq nümayiş etdirib”
“Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə COVID-19 pandemiyası kimi ən aktual məsələlərin nəzərdən keçirilməsi və bu cür çağırışlarla ən effektiv şəkildə mübarizə aparmağın yollarının tapılması istiqamətində fəallıq nümayiş etdirib”. Boyukmillet.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Qrossi deyib. “Mən bu səyləri alqışlayıram”, – Qrossi bildirib. O, həmçinin əlavə edib ki, Bakıya …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar