Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının COVİD-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşündə iştirak etmək üçün Bakıda səfərdə olan Efiopiya Federativ Demokratik Respublikasının Baş nazirinin müavini və xarici işlər naziri Demeke Mekonnen ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə tərəflər iqtisadi, ticarət və humanitar sahələrdə ölkələrimiz arasında əməkdaşlığın …
Read More »Gəncə Şəhər Prokurorluğunda Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilib
Gəncə Şəhər Prokurorluğunda Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Gəncədə dövlətçiliyin bərpası və Heydər Əliyev” mövzusunda geniş konfrans keçirilib. Konfransda Gəncə şəhər, Gəncə və Kəlbəcər hərbi, Daşkəsən, Goranboy, Göygöl, Kəlbəcər və Samux rayon prokurorluqlarının əməkdaşları, hüquq-mühafizə orqanları, icra və təhsil müəssisələri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib. Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhər prokurorluğunun …
Read More »FHN generalı: “Həkimlərimiz Kahramanmaraşda 2 500-dən artıq vətəndaşa tibbi yardım göstərib”
“Kahramanmaraşda Fövqəladə Hallar Nazirliyinin iki mobil səhra hospitalı var. Həkimlər də mütəmadi olaraq dəyişdirilirdi. Hazırda orada 25-dən artıq həkimlərimiz fəaliyyət göstərir. İndiyə qədər Kahramanmaraşda yaşayan 2 500-dən artıq vətəndaşa tibbi yardım göstərilib”. Boyukmillet.com xəbər verir ki, bunu fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev jurnalistlərə açıqlamasında deyib. “Həmçinin, 5 psixoloq 22 gündür fəlaiyyətlərini davam etdiriblər, zəlzələdən zərərçəkənlərə psixoloji yardım göstəriblər”, – …
Read More »“Vecon Consulting” Türkiyənin nüfuzlu şirkəti ilə memorandum imzaladı
“Vecon Consulting” qiymətləndirmə şirkəti ilə Türkiyənin “EVA Real Estate Appraisal Consultancy Inc” qiymətləndirmə şirkəti arasında memorandum imzalanıb. Qarşılıqlı anlaşma müqaviləsini “Vecon Consulting” qiymətləndirmə şirkətinin təsisçisi Vüqar Oruc və “EVA Real Estate Appraisal Consultancy Inc” qiymətləndirmə şirkətinin təsisçisi Yaşar Bahçeci imzalayıb. Sənəddə şirkətlər arasında fəaliyyət və təcrübə mübadiləsi, birgə təlimlərin keçirilməsi, vahid məlumat bazasının yaradılması və digər məqamlar öz əksini tapıb. …
Read More »Rusiya prezidenti Vladimir Putin Strateji Silahların Azaldılması üzrə Yeni Müqavilənin (Yeni START) dayandırılması haqqında fərman imzalayıb
Azaldılma Sazişinin (Yeni START) Rusiya tərəfindən bu yaxınlarda dayandırıldığı açıqlandı. Boyukmillet.com hurriyet.com-a istinadən xəbər verir ki, yeni START-ın fəaliyyətinin dayandırıldığını elan edən Rusiya prezidenti Vladimir Putin Rusiya parlamentinin aşağı və yuxarı palatasının təsdiqindən sonra imzaladığı fərmanla müqavilənin dayandırılmasını rəsmən təsdiqləyib. “ABŞ bu fəaliyyət sahəsində müqavilə üzrə öhdəliklərini bilərəkdən yerinə yetirmir”, – Kremlin İnformasiya Xidmətinin bəyanatında deyilir. AVROPA ŞURASI İLƏ İMZALANAN …
Read More »Sumqayıtda vətəndaşların etibarındansui-istifadə edərək bankomat kartlarındanoğurluq edən şəxs saxlanılıb
Sumqayıt şəhərində naməlum şəxs bankomatlardan birinin qarşısında zərərçəkənin etibarından sui-istifadə edərək onun kartında olan 250 manatı ələ keçirib. Boyukmillet.com xəbər verir ki,bu barədə kart sahibi Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, bankomatın qarşısında olan zaman kartından pul çıxarmaqda ona köməklik etməsi üçün yaxınlıqda olan 1 nəfərə müraciət edib. Həmin şəxs kartı bankomata daxil edəndən sonra …
Read More »Ərdoğan: “Türkiyə zəlzələ fırtınası ilə üz-üzədir”
“Bəziləri qəbul etməsə belə, fevralın 6-da Türkiyədə baş verən zəlzələ əsrin fəlakətidir”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədri, ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 1-də siyasi təşkilatın deputat fraksiyasının toplantısında deyib. O bildirib ki, 62 rayonda və 10 190 kənddə zəlzələnin təsirləri hiss olunub: “Hazırkı dövrün normal dövr olmadığını bütün mütəxəssislər təsdiqləyir. Həqiqətən, …
Read More »Kredit zəmanət mexanizminin biznesin inkişafında rolu müzakirə olunub
Bu gün İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın təşkilatçılığı, İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) dəstəyi ilə “Kredit zəmanət mexanizminin biznesin inkişafında rolu” mövzusunda ictimai müzakirə təşkil olunub. Boyukmillet.com xəbər verir ki, dövlət-sahibkar əməkdaşlığı çərçivəsində təşkil olunmuş tədbirdə müvafiq dövlət qurumlarının, bank və sığorta şirkətlərinin və biznes …
Read More »Prezident həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2023-cü il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncama əsasən, 2005-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1988-2004-cü illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində …
Read More »İşğaldan azad edilmiş ərazilərdə şəhərsalma ilə bağlı fərmanda dəyişiklik edilib
Azərbaycan Prezidenti İlham Əliyev “İşğaldan azad edilmiş ərazilərdə şəhərsalma fəaliyyəti sahəsində idarəetmə ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 mart tarixli 1304 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb. Boyukmillet.com xəbər verir ki, fərmana edilən dəyişiklik aşağıdakı kimidir: “tikinti” sözündən sonra “, yer təkinin geoloji öyrənilməsi və faydalı qazıntı yataqlarının istismarı, habelə faydalı qazıntıların çıxarılması ilə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar