Çərşənbə , 8 Aprel 2026

autor

Ramin Məmmədov Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs təyin edilib, görüş keçirib

Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilib. Boyukmillet.com xəbər verir ki, bu məqsədlə martın 1-də Ramin Məmmədov Xocalı şəhərində, Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşmüşdür. Görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında …

Read More »

Şuşada 70 min kubmetrlik sutoplayıcı bənd yaradılacaq

Hazırda Şuşada 25 min kubmetrlik sutoplayıcı bənd mövcuddur, gələcək layihələr çərçivəsində isə 70 min kubmetrlik su anbarının yaradılması nəzərdə tutulub. Boyukmillet.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərsu” ASC-nin işğaldan azad olunmuş ərazilərindəki xidmət rəisi Oqtay Həziyev bildirib. “Şuşada yeni su mənbələri axtarılır. Hazırda şəhərə iki istiqamətdən gələn Zarıslı mənbəyi və Nəblər xətti mövcuddur. Bunlar da Kiçik Kirs dağının ətəyindən gəlir. …

Read More »

Türkiyə və Rusiya XİN başçıları görüşəcək

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Hindistanda “G-20”liyin XİN başçılarının toplantısı çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Bildirilib ki, S.Lavrov Nyu-Dehlidə Hindistanın xarici işlər naziri Subramanyam Cayşankar və Braziliya XİN başçısı Mauro Viyerlə də görüşüb. Xatırladaq ki, martın 1-də Hindistanda “G-20”liyə daxil olan dövlətlərin xarici işlər nazirlərinin sammiti keçirilir.

Read More »

Almaniyalı alimdən ölkənin ictimai televiziyasına etiraz: “Qarabağ heç vaxt erməni idarəçiliyində olmayıb”

Almaniyalı jurnalist Nina Niberqallın ölkənin ictimai televiziyası olan ZDF kanalında rəsmi internet səhifəsində fevralın 5-də, Qarabağ məsələsinə həsr olunan qərəzli və təhriflərlə dolu məqaləsi dərc edilib. Boyukmillet.com xəbər verir ki, almaniyalı alim, fəlsəfə elmləri doktoru, “Şuşanın irsi” və “Qarabağ 13-cü əsərdən 1920-ci ilədək. Azərbaycan tarixinin açılımı” kitablarının müəllifi Mixael Reynhard Hess həmin məqaləyə oxucu kimi etiraz məktubu yazıb və onu …

Read More »

Bosniya və Herseqovina lideri Azərbaycan Prezidentini ölkəsinə rəsmi səfərə dəvət edib

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç Azərbaycan Prezidenti İlham Əliyevi ölkəsinə rəsmi səfərə dəvət edib. Boyukmillet.com xəbər verir ki, dəvət Azərbaycan Prezidenti İlham Əliyevin martın 1-də Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç ilə görüşü zamanı edilib. Azərbaycan Prezidenti dəvəti məmnuniyyətlə qəbul edib.

Read More »

İran hakimiyyəti Təbrizdəki Azərbaycanşünaslıq Mərkəzini bağlayıb

İran hakimiyyəti Güney Azərbaycanın Təbriz şəhərindəki universitetdə fəaliyyət göstərən Azərbaycanşünaslıq Mərkəzini bağlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə mərkəzin sosial şəbəkədəki səhifəsində bildirilib. Məlumata görə, Tehran rejimi Azərbaycanşünaslıq Mərkəzinin fəaliyyətini dayandırmaqla yanaşı, onun üzvlərinə qarşı təzyiq və təqibləri də artırıb. Vurğulanıb ki, mərkəzin Təbrizdən olan iki üzvü Hadi Heydəri Azad və İbrahim Əhmədpur fevralın 27-də həbs olunub. Sosial mediada “Təbriz …

Read More »

II Qarabağ müharibəsi zamanı məhv edilən 93 erməni hərbçisinin qalıqları hələ də dəfn edilməyib

İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusu tərəfindən məhv edilən 93 erməni hərbçisinin cəsədlərinin qalıqları hələ də dəfn edilməyib. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsindən bildirilib. Həmin cəsədlərin şəxsiyyətlərini müəyyənləşdirmək mümkün olmayıb. Onlardan neçəsinin çağırışçı, ehtiyatda olan və könüllü hərbçi olduğu da məlum deyil.

Read More »

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycanda regional təlim mərkəzi yaradıla bilər

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycanda regional təlim mərkəzi yaradıla bilər. Boyukmillet.com xəbər verir ki, bunu Beynəlxalq Miqrasiya Təşkilatının Baş direktoru Antonio Vitorino martın 1-də Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib. O, regional təlim mərkəzinin yaradılmasının vacibliyini qeyd edib, bu mərkəzin həm Azərbaycanda, həm də region ölkələrində imkanların artırılmasına və peşəkar kadrların hazırlanmasına töhfə verəcəyini deyib. Görüşdə həmçinin azərbaycanlı mütəxəssislərin Beynəlxalq …

Read More »

FED-in qərarları ərəfəsində qızılın qiyməti sabit qalıb

Qızılın qiymətində cüzi dəyişiklik qeydə alınıb. Boyukmillet.com xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın aprel fyuçersləri 0,02 % və ya 0,3 ABŞ dolları bahalaşaraq 1 unsiyası 1837 dollara satılıb. Gümüşün may fyuçerslərinin qiyməti isə 0,49 % artaraq 1 unsiyası 21,175 ABŞ dolları təşkil edib. Birjalar ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcəsi ilə bağlı planlarını qiymətləndirməyə davam edir.

Read More »

Hövsanda ödəmə terminalından 6 minə yaxın pul oğurlanıb

Hövsanda ödəmə terminalından 6 minə yaxın pul oğurlanıb. Boyukmillet.com xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Hövsan qəsəbəsi ərazisindəki marketlərin birinin qarşısından içərisində 5926 manat pul olan ödəmə terminalını oğurlamaqda şübhəli bilinən digər şəxs – Allahverdi Rzayev də müəyyən olunaraq saxlanılıb. Faktlarla bağlı araşdırma aparılır.

Read More »