Bazar ertəsi , 6 Aprel 2026

autor

ABŞ-də təyyarə qəzaya uğrayıb

ABŞ-nin Texas ştatının Fort-Uert şəhərindəki Hiks hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb. Boyukmillet.com-un məlumatına görə, bu barədə yerli “Fox 4” telekanalı xəbər yayıb. Məlumata görə, qəza yerində bir neçə yük maşını yanıb. Qəzanın səbəbləri və mümkün tələfatla bağlı hələ heç bir məlumat yoxdur.

Read More »

Bəzi rayonlarda leysan yağacaq, çaylardan sel keçəcək – XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında oktyabrın 13-də bəzi yerlərdə hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bu barədə  Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qara keçəcəyi ehtimal olunur. Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

Read More »

“Qarabağ” klubu dünya reytinqində daha 14 pillə irəliləyib

“Qarabağ” klubu dünya reytinqində daha 14 pillə irəliləyib. Boyukmillet.com-un məlumatına görə, bu, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı siyahıda əksini tapıb. 171 xalı olan Azərbaycan çempionu 96-cı sıradan 82-ci yerə qalxıb. “Köhlən atlar” ötən ay 38 pillə irəliləmişdi. “Sabah” (81 xal) 302-ci mövqedən 296-ya yüksəlib. “Araz-Naxçıvan” (66.5) 355-dən 391-ə, “Zirə” (65.5) isə 380-dən 407-yə düşüb. Qeyd edək ki, 501 …

Read More »

Kats girovların qaytarılmasından sonra HƏMAS-a aid tunellərin məhv ediləcəyini açıqlayıb

İsrailin əsas vəzifəsi HƏMAS tərəfindən Qəzzada girov saxlanılan şəxslərin geri qaytarılmasından sonra radikalların anklavdakı tunellərinin məhv edilməsi olacaq. Boyukmillet.com-un məlumatına görə, bu barədə İsrailin müdafiə naziri İsrael Kats “X” sosial şəbəkə hesabında yazıb. “İsrailin girovların geri qaytarılmasından sonrakı əsas vəzifəsi Qəzza sektorundakı HƏMAS-ın bütün tunellərinin məhv edilməsi olacaq – həm İsrail Müdafiə Ordusunun birbaşa qüvvələri ilə, həm də ABŞ-nin rəhbərliyi …

Read More »

Pakistan Əfqanıstanla sərhəddə 19 keçid məntəqəsinə nəzarəti ələ keçirib

Pakistan Silahlı Qüvvələri Əfqanıstanla sərhəddə ölkəyə hücumlar həyata keçirmək üçün terrorçu qruplara dəstək verən 19 keçid məntəqəsinə nəzarəti ələ keçirib. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin təhlükəsizlik orqanlarındakı mənbəyə istinadən Geo telekanalı məlumat yayıb. Qeyd olunub ki, Əfqanıstan silahlı qüvvələrinin həmsərhəd rayonlarda bir neçə nəzarət-buraxılış məntəqəsini atəşə tutmasından sonra Pakistan ordusu cavab zərbəsi endirib. Əfqanıstan qüvvələrinin atəş dəstəyi ilə sərhədi …

Read More »

Qəzza danışıqlarına gedən Qətər nümayəndə heyəti qəzaya düşdü – Ölənlər var

Misirin Şarm əl-Şeyx şəhərindən təxminən 50 kilometr məsafədə Qətər nümayəndə heyətini daşıyan avtomobil qəzaya uğrayıb. Boyukmillet.com xəbər verir ki, nümayəndə heyəti Qəzza üzrə sülh danışıqlarına yollanırmış. Qəza nəticəsində üç nümayəndə heyəti üzvü həlak olub, iki nəfər isə yaralanıb. Hadisə yerinə təcili tibbi yardım və polis qüvvələri cəlb edilib. Misir hakimiyyəti qəzanın səbəblərini araşdırır.

Read More »

Pakistandan RƏSMİ: “Əfqanıstan od və qan oyununa girişib”

Pakistan hökuməti Əfqanıstanla sərhəddə son günlər baş verən toqquşmalar fonunda sərt bəyanatla çıxış edib. Boyukmillet.com xəbər verir ki, Pakistanın Daxili İşlər Nazirliyi bildirib ki, “Əfqanıstan od və qan oyununa girişib, bu oyunun telləri bizim əbədi düşmənimizlə bir-birinə qarışıb.” Bəyanatda vurğulanır ki, Pakistan xalqı silahlı qüvvələrinin yanında “dəmir divar kimi” dayanıb və ölkənin təhlükəsizliyinə yönələn hər cür təhdidə qarşı vahid mövqe …

Read More »

“Aytacı asandan sonra 3 aylıq uşağımızın ağladığını eşitdim…”

Naxçıvanda 4 il əvvəl evləndiyi arvadını asıb öldürməkdə ittiham olunan 34 yaşlı Azər İbrahimlinin məhkəməsi başa çatıb. “Qafqazinfo” Sədərək rayonunun eyniadlı kəndində baş verən qandonduran cinayətin detallarını əldə edib. Azər Ağcabədidən olan həyat yoldaşı Aytac İbrahimli ilə “TikTok”da tanış olub, cütlük bir neçə ay sonra ailə qurub. Kənd evində kirayə yaşamış ailənin birgə nikahdan iki övladı var. Azər cinayət törətməmişdən …

Read More »

Prezidentdən Sevil Əliyeva ilə bağlı SƏRƏNCAM

Sevil Heydər qızı Əliyeva “Şərəf” ordeni ilə təltif edilib. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sevil Əliyeva Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə mükafatlandırılıb. Qeyd edək ki, oktyabrın 12-si Sevil Əliyevanın 70 yaşı tamam olur.

Read More »

General Rasim Əliyev vəfat etdi

Təqaüddə olan general-mayor Rasim Əliyev vəfat edib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, general bu gün səhər qəfil dünyasını dəyişib. Qeyd edək ki, Rasim Əliyev son olaraq Müdafiə Nazirliyinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi-Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini olub. İkinci Qarabağ Müharibəsindən sonra təqaüdə göndərilib.

Read More »