Azərbaycanda varisi olmayan əmlakın bələdiyyələrə verilməsi ləğv olunur. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı “Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında” qanuna dəyişiklik təklif edilir. Hazırda vərəsəliklə bağlı əsas tənzimləyici sənəd olan Mülki Məcəllədə varisi olmayan əmlakın bələdiyyələrə keçməsi halı nəzərdə tutulmayıb. Məcəllənin vərəsələri olmayan əmlakın xəzinəyə keçməsi adlanan 1165-ci maddəsi bu məsələləri aşağıdakı kimi tənzimləyir: Əgər nə qanun üzrə, nə də vəsiyyət …
Read More »Sabahdan ali məktəblərə və kolleclərə sənəd qəbulu başlayır
Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlanır. Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, bu il ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu iki mərhələdə (V ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək istəyən abituriyentlər üçün bir mərhələdə) olmaqla internet vasitəsilə aparılacaq. Ərizə qəbulunun 1-ci mərhələsi (bütün …
Read More »Peru Konqresi Xocalı soyqırımı ilə bağlı bəyanat qəbul edib
Peru Konqresində Xocalı soyqırımı qurbanları anılıb və bununla bağlı bəyanat təqdim olunub. Azərbaycanın Meksikadakı Səfirliyindən verilən məlumata görə, tədbirdə Peru-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri, Peruda akkreditə olunmuş səfirlər və səfirliklərin əməkdaşları, universitetlər və yerli KİV nümayəndələri iştirak ediblər. Əvvəlcə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra çıxış edən səfirliyin əməkdaşı Mehdi Məmmədov Xocalı soyqırımı və erməni təcavüzünün tarixi …
Read More »Sumqayıt hadisələri: Ermənilərin təxribatından 35 il ötür
Ermənilərin təxribatı ilə törədilən Sumqayıt hadisələrindən 35 il ötür. Boyukmillet.com xatırladır ki, 1988-ci il fevralın 28-də baş vermiş bu hadisələr SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin erməni millətçiləri ilə birgə Azərbaycana qarşı təşkil etdiyi və həyata keçirdiyi təxribatların növbəti tərkib hissəsi idi. Məqsəd isə hər zaman olduğu kimi, dünya ictimaiyyətində yanlış rəy formalaşdırmaq, antiazərbaycan əhval-ruhiyyəsi yaratmaq idi. Bütün şahid ifadələri Sumqayıt hadisələrinin təşkilatçısının erməni, iki …
Read More »BQXK-nın avtomobillərində erməniəsilli şəxslər Laçın istiqamətinə aparılıb
Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus 4 avtomobilin hərəkət etməsinə şərait yaradılıb. “Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub. Belə ki, 4 minik avtomobili Xankəndidən Laçın istiqamətinə keçid edib. Avtomobillərin içərisində erməniəsilli şəxslər olub. Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç …
Read More »Xətai rayonunda marketlərdə kassaları talayan şəxs saxlanılıb
Xətai rayonunda marketlərdə kassaları talayan şəxs saxlanılıb Xətai rayonunda yerləşən marketlərdən birindən oğurluq edilib. Naməlum şəxs kassanın nəzarətsiz qalmasından istifadə edərək orada olan 1000 manatı gizli olaraq talayıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Boyukmillet.com-a bildiriblər ki, Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Əliəsgər İsmayılov saxlanılıb. Araşdırmalar zamanı həmin şəxsin eyni üsulla …
Read More »DYP dumanlı hava şəraiti ilə əlaqədar yük daşıyanlara müraciət edib
DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin dumanlı hava şəraitinin müşahidə edilməsi ilə əlaqədar olaraq yük daşımaları ilə məşğul olan hüquqi və fiziki şəxslərə MÜRACİƏTİ. Bu barədə Boyukmillet.com-a DİN-dən bildirilib. “BDYPİ tərəfindən nəqliyyat vasitələri ilə normadan artıq yük daşınması hallarının qanunvericilyə zidd olması ilə bağlı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, müşahidələr göstərir ki, bəzi sürücülər tərəfindən analoji qayda pozuntularına yol verilməsi hallarına hələ …
Read More »“Açıq mikrofon”da bu dəfə Birliyin həllinə nail olduğu müraciətlərdən danışıldı
SOCAR “Azəriqaz” İB-nin bölgələrdə keçirdiyi “Açıq mikrofon” aksiyası Göygöl rayonunda baş tutub. “Səyyar qəbul otağı”nda ümumilikdə 6 abonent iştirak edib. Boyukmillet.com xəbər verir ki, Hacıməlik kənd sakini Ruhanə Piriyeva küçə qaz xəttinin yenisi ilə əvəzlənməsini istəyib. Qalan 5 nəfər Birliyin operativ fəaliyyəti sayəsində problemlərinin keçmişdə qaldığını bildirərək ölkə başçısı və SOCAR “Azəriqaz” İB-nin rəhbərliyinə təşəkkürlərini ünvanlayıblar. Əvvəldə qeyd etdiyimiz Hacıməlik …
Read More »Ombudsman 2022-ci il üzrə məruzəsini Prezidentə təqdim edib
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya qanununun 14-cü maddəsinə uyğun olaraq, Ombudsmanın ölkədə insan hüquqlarının qorunması haqqında 2022-ci il üzrə məruzəsi hazırlanıb. Bu barədə Ombudsman Aparatından məlumat verilib. Cari il bitdikdən sonra 2 aydan gec olmayaraq Ombudsman illik məruzəni Azərbaycan Respublikasının Prezidentinə təqdim edir və həmin məruzə ilə Milli Məclis qarşısında çıxış edir. İllik məruzə, eyni zamanda Nazirlər …
Read More »Azərbaycan Ermənistana qarşı dövlətlərarası arbitraj prosesi başladıb, kompensasiya tələb olunur
Azərbaycan fevalın 27-də Enerji Xartiyası Müqaviləsinə uyğun olaraq, Ermənistana qarşı dövlətlərarası arbitraj prosesi başladıb. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycan tərəfi Ermənistana təqdim edilmiş Arbitraj Bildirişində 1991-ci ildən 2020-ci ilə qədər Ermənistanın ərazilərimizin 30 ilə yaxın qanunsuz işğalı dövründə Azərbaycanın enerji resursları üzərində suveren hüquqlarını pozduğuna görə Ermənistandan təzminat və maliyyə kompensasiyası tələb edib. Ermənistan, hərbi …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar