Əlahiddə Ümumqoşun Orduda qərargahların və şəxsi heyətin döyüş bacarığının təkmilləşdirilməsi məqsədilə komanda-qərargah təlimi keçirilib. Boyukmillet.com xəbər verir ki, “Əlahiddə Ümumqoşun Ordunun 2023-cü il döyüş hazırlığı planı”na əsasən bir neçə birləşmə və hərbi hissənin cəlb edilməsi ilə keçirilən təlimdə qoşunların müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilməsi üçün birləşmə və hissələr həyəcan siqnalı ilə qaldırılaraq təlim rayonlarına çıxarılıb. Təlimin növbəti mərhələsində idarəetmə məntəqələrində …
Read More »Rusiya XİN rəhbərinin Azərbaycana səfərinin proqramı açıqlanıb
Rusiyanın xarici işlər naziri Sergey Lavrov fevralın 27-28-də Azərbaycanda rəsmi səfərdə olacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) məlumatında deyilir. “Səfər ikitərəfli münasibətlər tarixində əlamətdar hadisənin – 2022-ci ilin fevralın 22-də Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin ən yüksək səviyyədə imzalanmasının birinci ildönümünə təsadüf edəcək. Sənəd beynəlxalq məsələlərdə və hərbi-siyasi …
Read More »Sahibkarlarla növbəti görüş Gəncə şəhərində keçiriləcək
SOCAR “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır. Boyukmilet.com xəbər verir ki, SOCAR “Azəriqaz” İB-nin KOBİA ilə birgə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Gəncə şəhərində görüşü təşkil olunacaq. Aksiya Gülüstan qəsəbəsi, Əziz Əliyev adına Parkda baş tutacaq. “Səyyar qəbul otağı” martın 1-də saat 12:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər …
Read More »Vətəndaşlıq dərsi: Bizi fəlakətə aparırlar – Rüstəmxanlı
Vətəndaşlıq mücərrəd bir anlayış deyil. Vətənin bütövlüyü isə onun vətəndaşlarının bütövlüyündən asılıdır. Boyukmillet.com xəbər verir ki, bu sözləri xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı deyib. “Vətəndaşlığın əlifbası” kitabı barədə danışan millət vəkili bu əsərdə yurd və yurddaşlıq haqqında düşüncələrini qələmə aldığını bildirib. Əsəri etno-psixologiya, milli ruh üzərində elmi araşdırma deyil, öz həyat təcrübəsindən doğan sonuc və arzuların ifadəsi kimi dəyərləndirən …
Read More »Xocalı soyqırımı qurbanlarının xatirəsi ədliyyə orqanlarında yad edilib
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələrinin Xocalı şəhərinin dinc əhalisinə qarşı törətdiyi dəhşətli soyqırımından 31 il ötür. Boyukmillet.com xəbər verir ki, faciənin ildönümü ilə bağlı Ədliyyə Nazirliyinin rəhbərliyi və kollektivi soyqırımı qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış abidəni ziyarət ediblər. Nazirlikdə və struktur qurumlarda anım mərasimləri keçirilərək erməni qəsbkarlarının azərbaycanlılara qarşı əsrlər boyu həyata keçirdiyi etnik …
Read More »Türkiyədə Xocalı soyqırımın anılıb -FOTO
“Qarabağ Azərbaycandır” Milli Platformasının Türkiyə Baş Koordinatorluğu ilə “Kocaeli Qarabağ Azərbaycan Həmrəylik və Vətəndaşlıq Dərnəyi”nin sədrliyi ilə Qarabağ, Xocalı Soyqırımı və Erməni xəyanətləri ilə bağlı ictimai dinləmə keçirilib. Boyukmillet.com bildirir ki, Bu barədə Herbiand.az-a tədbirdə iştirak edən “Qardaşlığımız Əbədidir” QHT kolisiyasın sədri Emin Həsənli məlumat verib. Kocaeli Vətəndaş Cəmiyyəti Mərkəzində keçirilən toplantıya çoxlu sayda QHT rəhbərləri və universitet tələbələri qatılıb. …
Read More »Türkiyənin zəlzələ bölgəsində zərərçəkmiş 23 şagird Bakı məktəblərində təhsilə cəlb olunub – EKSKLÜZİV
Türkiyənin zəlzələ bölgəsində zərərçəkmiş 23 şagird Bakı məktəblərində təhsilə cəlb olunub. Boyukmillet.com xəbər verir ki, şagirdlər Bakı Anadolu Liseyinə və Bakı Atatürk Liseyinə yerləşdirilib. Şagirdlər bir neçə gündür həmin liseylərdə təhsil alırlar. Məlumatı Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Alı Rza Altunel “Report”a təsdiqləyib. O bildirib ki, zəlzələ bölgəsindən şagirdlərin Bakıdakı liseylərə təhsilə cəlb edilməsi prosesi davam edəcək. Bakı Atatürk Liseyindən …
Read More »Türkiyə, İsveç və Finlandiya nümayəndələrinin üçüncü görüşünün tarixi açıqlanıb
Türkiyə, İsveç və Finlandiya nümayəndələrinin üçüncü görüşü martın 9-da Brüsseldə olacaq. Boyukmillet.com “CNNTurk”ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu macarıstanlı həmkarı Peter Siyarto ilə keçirdiyi birgə mətbuat konfransında bildirib. Onun sözlərinə görə, görüşdə üçtərəfli memorandumun icra vəziyyətinə baxılacaq. M.Çavuşoğlu deyib ki, üçüncü görüşün Brüsseldə keçirilməsi faydalı olar bilər. Qeyd edək ki, İsveç və Finlandiya NATO-ya …
Read More »Gəncə sakinlərində silah və narkotik aşkarlanıb
Gəncə sakinlərində silah və narkotik aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) 2-ci Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində silsilə oğurluq hadisələri törədən Nicat Mehtiyev saxlanılıb. Şübhəli şəxsin ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onun qanunsuz olaraq əldə edib saxladığı 1 ədəd qundağı və lüləsi kəsilmiş ov tüfəngi, 3 …
Read More »Mövlud Çavuşoğlu Türkiyədə Azərbaycan könüllüləri ilə görüşüb
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Kahramanmaraşda zəlzələdən zərərçəkənlər üçün salınmış çadır şəhərciyində könüllü kimi çalışan Azərbaycan gənclərinin bir qrupu ilə görüşüb. Bu barədə Azərbaycan Gənclər Fondundan məlumat verilib. Nazir Mövlud Çavuşoğlu öz sosial şəbəkə hesabında Azərbaycan könüllüləri ilə arasında baş tutan görüşü əks etdirən paylaşım da edib. Sözügedən paylaşımda Türkiyə XİN başçısı Azərbaycanda hər kəsin Türkiyəyə yardım etmək istəməsi haqqında …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar