Fevralın 25-də İstanbulda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü başlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.
Read More »Ceyhun Bayramov Draqana Kojiçlə BQXK-nin Azərbaycanın Xankəndi şəhərindəki fəaliyyəti məsələlərini müzakirə edib
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Draqana Kojiç arasında görüş keçirilib. Boyukmillet.com xəbər verir ki, görüş zamanı, Azərbaycanla BQXK arasında əməkdaşlıq məsələləri, Laçın yolu ətrafında vəziyyət, habelə BQXK-nin Azərbaycanın Xankəndi şəhərində fəaliyyəti məsələləri müzakirə olunub. Görüşdə nazir Ceyhun Bayramov BQXK-nın ölkəmizdə həyata keçirdiyi fəaliyyətin əhəmiyyətini qeyd edib. Daha sonra, Laçın …
Read More »Ağsuda Xocalı ailələri ilə görüş keçirilib
Ağsu rayonunda Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı Xocalı ailələri ilə görüş keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbirdə rayon rəhbərliyi, Vətən müharibəsi şəhidlərinin ailələri və rayon ağsaqqalları iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Ağsu şəhərindəki Qəhrəmanlar Kompleksini ziyarət edərək Xocalı qurbanlarının və Vətənimizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsini anıblar, abidə önünə gül dəstələri düzüblər. Sonra tədbir Veteranlar klubunda təşkil …
Read More »Türkiyə PA: “Seçkilərin təxirə salınması gündəlikdə deyil”
“Türkiyədə seçkilərin təxirə salınması gündəlikdə deyil”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezident Adminstrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun deyib. O bildirib ki, hazırda prioritet baş vermiş zəlzələnin təsirlərinin aradan qaldırılmasıdır: “Zəlzələ nəticəsində itkilərimiz oldu. Hazırda onlarla məşğuluq. Dövlət – millət vəhdəti nəticəsində problemlərimizi həll edəcəyik”. Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı …
Read More »Bakıda atıcılıq üzrə Dünya Kuboku keçiriləcək
Bakıda atıcılıq üzrə Dünya Kuboku keçiriləcək. Boyukmillet.com xəbər verir ki, yarış mayın 8-15-i aralığında baş tutacaq. Dünya Kubokunda 50-dən çox ölkənin 600 idmançı və texniki heyətinin iştirakı gözlənilir. Budəfəki mötəbər turnir güllə atıcılığının növləri üzrə olacaq. Qeyd edək ki, 2022-ci ilin mayında keçirilən Dünya Kubokunda 26 ölkəni təmsil edən idmançılar 94 medal qazanıblar.
Read More »Sosial şəbəkədə tanış olduğu əcnəbi narkotacirdən onlayn yolla narkotik alan şəxs saxlanılıb
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində sosial şəbəkə vasitəsilə tanış olduğu əcnəbi narkotacirdən onlayn yolla narkotik alan şəxs saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, ŞPŞ-nin əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Rahil Cabbarlı saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı təmiz çəkisi 865 qram …
Read More »Ötən gün 21 kq-dan çox narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
Polis əməkdaşlarının fevralın 24-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 21,3 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 3,3 kiloqramdan artıq heroin, 18 kiloqramdan çox marixuana, həmçinin 222 ədəd yüksək təsiredici xassəyə malik həblər olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Read More »Sabahın hava proqnozu açıqlanıb
Fevralın 26-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 3-6° isti, gündüz 9-14° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında hava …
Read More »Xankəndi-Laçın yolunda BQXK-nin 5 avtomobilinin hərəkət etməsinə şərait yaradılıb
Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus ümumilikdə 5 avtomobilin hərəkət etməsinə şərait yaradılıb. “Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub. Belə ki, 5 minik avtomobili Xankəndidən Laçın istiqamətinə keçid ediblər. Avtomobillərin içərisində erməniəsilli şəxslər olub. Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün …
Read More »Azərbaycanın Fransadakı səfirliyində Xocalı soyqırımının qurbanları anılıb
Fransanın paytaxtı Parisdə Azərbaycanın Fransadakı səfirliyinin və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbirdə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev, Türkiyənin Fransadakı səfiri Ali Onaner, Fransanın dövlət və ictimaiyyət nümayəndələri, akkreditə olunmuş diplomatik nümayəndəlik və beynəlxalq təşkilatların nümayəndələri, professorlar, KİV nümayəndələri iştirak …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar