ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton Çinə gömrük rüsumlarını 100 % artıracaq və noyabrın 1-də və ya ondan əvvəl ixrac nəzarəti tətbiq edəcək. Boyukmillet.com-məlumatına görə, o, bununla bağlı “Truth Social”da paylaşım edib. Trampın sözlərinə görə, Çinin son dərəcə aqressiv mövqe tutduğu sonradan məlum olub. O, noyabrın 1-dən etibarən Çinin istehsal etdiyi bütün məhsullara ixrac nəzarəti tətbiq edəcəyini açıqlayıb. ABŞ …
Read More »Ermənistanın Gəncədə törətdiyi dördüncü terrordan beş il ötür
Vətən müharibəsi dövründə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından beş il ötür. Boyukmillet.com xatırladır ki, 2020-ci ilin oktyabrın 11-də gecə saat 02.00 radələrində şəhərin mərkəzi düşmənin ballistik raket hücumuna məruz qalıb. Belə ki, oktyabrın 10-dan humanitar atəşkəs rejiminin tətbiq edilməsinə baxmayaraq, Ermənistan ordusu Azərbaycanın yaşayış məntəqələrini intensiv atəşə tutmaqda davam …
Read More »Daxili qoşunların fəaliyyət prinsipləri müəyyənləşdiriləcək
Daxili qoşunların fəaliyyətinin əsas prinsipləri müəyyənləşdiriləcək. Bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” yeni qanun layihəsində öz əksini tapıb. Qanun layihəsini Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev təqdim edib. Layihəyə əsasən, daxili qoşunların fəaliyyətinin əsas prinsipləri aşağıdakılar olacaq: – qanunun aliliyi, humanizm, qanun qarşısında bərabərlik, insan və onun konstitusion hüquq …
Read More »Bakıda polisə silahlı müqavimət göstərən şübhəli zərərsizləşdirilərək saxlanılıb
Bakıda polisə kəsici alətlə müqavimət göstərən şübhəli şəxs saxlanılıb. DİN-in Mətbuat Xidmətindən Musavat.com-a bildirilib ki, gecə saatlarında narkotik vasitələrlə əlaqəli şübhəli şəxs saxlanılarkən cinayət təqibindən yayınmağa çalışıb. Əvvəllər dəfələrlə məhkum olunan 1986-cı il təvəllüdlü Rahib Məmmədov əlindəki kəsici alətlə (rezakla) polis əməkdaşlarına müqavimət göstərib. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, şübhəli müqaviməti davam etdirdiyinə görə polis tərəfindən xidməti tabel silahı tətbiq edilməklə zərərsizləşdirilib. …
Read More »Çin ABŞ bayrağı altında üzən gəmilər üçün rüsum tətbiq edir
Çin ABŞ bayrağı altında üzən gəmilər üçün xüsusi liman rüsumu tətbiq edir. Boyukmillet.com yerli KİV-lərə istinadən xəbər verir ki, bu barədə Çin Nəqliyyat Nazirliyi məlumat yayıb. Qeyd edək ki, Çin ticarət üzrə “qara siyahı”ya ölkə şirkətlərinin daxil edilməsinə görə ABŞ-yə etiraz bildirib. ABŞ bu sanksiyaları oktyabr ayının əvvəlində Çin, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərindən olan 29 təşkilata qarşı tətbiq edib.
Read More »İlham Əliyev MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında iştirak edir
Düşənbədə MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilir. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.
Read More »Şahin Şıxlinski ilə bağlı qərar verildi – FOTO
Rusiyanın Sverdlovsk vilayət məhkəməsində Azərbaycan diasporunun rəhbəri Şahin Mutvalı oğlu Şıxlinskinin apellyasiya şikayətinə baxılıb. Boyukmillet.com APA-ya istinadən xəbər verir ki, Şıxlinskinin vəkili birinci instansiya məhkəməsinin hökmündən yuxarı instansiya məhkəməsinə şikayət verərək, müvəkkilinin barəsində həbs qətimkan tədbirinin daha yüngülləşdirilməsini istəyib. Sverdlovsk vilayət məhkəməsi iş materiallarına qapalı iclasda baxaraq apellyasiya şikayətini təmin etmək üçün heç bir əsas tapmayıb. Ş. Şıxlinski 2025-ci il dekabrın 30-dək həbsdə qalacaq. Qeyd …
Read More »İsraildə saxlanılan azərbaycanlılar azad edilib – FOTO
İsrailin saxladığı “Global Sumud” humanitar flotiliyasının azərbaycanlı üzvləri — Pərvin Əzimov və Orxan Səmədzadə azad edilərək Türkiyəyə qaytarılıblar. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir: “İsraildəki səfirliyimizin gördüyü tədbirlər nəticəsində Pərvin Əzimov və Orxan Səmədzadə azad olunması və öz arzuları ilə Türkiyəyə qaytarılması təmin edilib”. Məlumata görə, hər iki şəxs “Global Sumud” adlı humanitar missiya çərçivəsində …
Read More »Azərbaycanda deputat mandatından İSTEFA VERİR
Milli Məclisin deputatı Ramil Həsən vəzifəsindən istefa verir. Bu barədə o, parlamentin bugünkü iclasında bildirib. Qeyd edək ki, Ramil Həsən iyul ayında Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Qazaxstanın paytaxtı Astana şəhərində keçirilən 14-cü plenar sessiyasında təşkilatın yeni Baş katibi seçilib. O, yeni vəzifəyə seçilməsi ilə əlaqədar vəzifəsini tərk edəcəyini bildirib.
Read More »Naxçıvanda xaricə qanunsuz miqrasiya vədi ilə dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Naxçıvanda xaricə qanunsuz miqrasiya vədi ilə dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. “Report”un yerli bürosu xəbər verir ki, Sədərək Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 33 yaşlı Vüsal Quliyev məsuliyyətə cəlb edilib. Aparılan araşdırmalarla müəyyən edilib ki, həmin şəxs bir vətəndaşı xarici ölkə ərazisinə qanunsuz yolla keçirəcəyini vəd etməklə, ona qarşı dələduzluq törədib və 1 800 ABŞ dolları məbləğində …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar