Çərşənbə , 8 Aprel 2026

autor

Aygün Əliyeva: “Xocalı soyqırımına hələ də beynəlxalq hüququ qiymət verilməyib”

“Xocalı soyqırımına hələ də beynəlxalq hüququ qiymət verilməyib”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva qurumda Xocalı soyqırımının növbəti ildönümünə həsr olunan tədbir çərçivəsində jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Azərbaycan müxtəlif dövrlərdə mərhələli şəkildə soyqırımlara məruz qalıb: “Xocalı faciəsi idə onların arasında ən dəhşətlisidir. Xocalı faciəsi dünya tarixində ən qanlı hadisələrdən …

Read More »

Rəşad Nəbiyev Göyçayda vətəndaşları qəbul edəcək

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev martın 2-də saat 09:30-da Göyçay şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Kürdəmir, Ucar, Zərdab, Ağdaş və Göyçay rayonlarının sakinlərini qəbul edəcək. Qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda mart ayı üzrə vətəndaşları qəbulu cədvəlinə əsasən həyata keçiriləcək. Nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı …

Read More »

Deputat: “Azərbaycan Laçın yolunda gömrük-sərhəd buraxılış məntəqəsi yaratmalıdır”

“Azərbaycan Laçın yolunda gömrük-sərhəd buraxılış məntəqəsi yaratmalıdır”. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Vahid Əhmədov parlamentin fevralın 24-də keçirilən plenar iclasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, bir neçə gün bundan əvvəl atəşkəs 15 dəfə pozuldu: “O cümlədən Sədərək, Şuşa və Kəlbəcərə atəş açıldı. Problem kifayət qədər ciddiləşib. Ona görə də Laçın yolunda nəzarət mexanizmini həyata keçirmək üçün Rusiya …

Read More »

Toivo Klaar Ermənistan Təhlükəsizlik Şurasının katibi ilə Brüssel razılaşmasının icrasını müzakirə edib

Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasından bildirilib. Qeyd olunub ki, tərəflər Ermənistan-Azərbaycan danışıqlarının Brüssel formatı çərçivəsində əldə olunmuş razılaşmaların icrasını müzakirə ediblər. Xatırladaq ki, T.Klaar Ermənistanda səfərdədir.

Read More »

İranda həkim polis idarəsində döyülərək qətlə yetirilib

İranın Sistan-Bəlucistan əyalətinin mərkəzi Zahidan şəhərində 24 yaşlı həkim İbrahim Riqi polis bölməsində döyülərək öldürülüb. Boyukmillet.com xəbər verir ki, məlumatı “RadioFarda” yayıb. Qeyd edilib ki, o, şəhərdəki etiraz aksiyaları zamanı iki dəfə saxlanılıb. İ.Riqi birinci dəfə girov qarşılığında zaminə buraxılıb, ikinci dəfə isə polis bölməsində döyülərək öldürülüb. Məhkəmə tibbi ekspertizası onun meyitinə baxış zamanı paltarının cırılmış halda olduğunu və döyülərək öldürüldüyünü …

Read More »

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Romada Xocalı soyqırımına həsr olunan tədbir keçirilib

Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Heydər Əliyev Fondunun və Azərbaycanın İtaliyadakı səfirliyinin birgə təşkilatçılığı ilə səfirliyin Mədəniyyət Mərkəzində anım tədbiri keçirilib. Tədbirdə İtaliya parlamentinin üzvləri, dövlət rəsmiləri, ictimai-siyasi xadimlər, diplomatik korpus təmsilçiləri, yerli KİV nümayəndələri və Azərbaycan icmasının üzvləri iştirak ediblər. Boyukmillet.com xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov Xocalı soyqırımının 31 il bundan öncə Ermənistanın …

Read More »

Samirə Musayeva: “Yeni vergi qanunvericiliyinin hazırlanması üçün xarici məsləhətçi dəvət edilib”

Azərbaycanda vergi qanunvericiliyinin tamamilə yeni struktur əsasında qurulması nəzərdə tutulur. Bu barədə “Report”a açıqlamasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva deyib. S. Musayeva bildirib ki, yeni vergi qanunvericiliyinin hazırlanması üçün xarici məsləhətçi şirkət dəvət edilib: “Qanunvericiliyin həm mahiyyət etibarilə, həm də də struktur olaraq dəyişilməsi nəzərdə tutulur. Vergi qanunvericiliyinin əlçatan, sadə və stabil olması bizim əsas …

Read More »

Nazir müavini bələdiyyələrin sayının azaldılması ilə bağlı təkliflərə münasibət bildirib

“Bələdiyyələrlə bağlı dəyişikliklərin edilməsi üçün yəqin ki, Milli Məclisin Regional məsələlər komitəsi müəyyən qanun layihələri hazırlaya bilər. Çünki parlament qanunverici orqan olduğundan buna səlahiyyəti var. Ədliyyə Nazirliyi olaraq biz də lazımi köməklikləri göstərməyə hazırıq”. Boyukmillet.com xəbər verir ki, bunu ədliyyə nazirinin müavini Vilayət Zahirov parlamentin fevralın 24-də keçirilən plenar iclasında “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi” ilə bağlı …

Read More »

Prezident İlham Əliyev estoniyalı həmkarını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Estoniya Prezidenti Alar Karisə təbrik məktubu ünvanlayıb.Boyukmillet.com xəbər verir ki, təbrik mətnində deyilir: “Hörmətli cənab Prezident, Estoniya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Azərbaycan ilə Estoniyanı dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. İnanıram ki, xoş ənənələrə malik əlaqələrimizin inkişafı, əməkdaşlığımızın genişləndirilməsi bundan sonra …

Read More »

Milli Məclis bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsini qəbul edib

Milli Məclis bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsini qəbul edib. Boyukmillet.com xəbər verir ki, məruzə parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Məruzəni ədliyyə nazirinin müavini Vilayət Zahirov təqdim edib. Sənəddə qeyd edilib ki, inzibati nəzarət tədbirləri çərçivəsində ümumilikdə 14 min hektar torpaq sahəsinin qanunsuz ayrılması ilə bağlı bələdiyyə aktlarının ləğv edilməsi məqsədilə Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrə təklif …

Read More »