Çərşənbə , 8 Aprel 2026

autor

Azərbaycanda daşınmaz əmlakın qeydiyyatına sərf olunan vaxt 7 dəfə azaldılıb

Azərbaycanda daşınmaz əmlak üzərində hüquqların “bir pəncərə” prinsi əsasında dövlət qeydiyyatına alınması sahəsindəki islahatlar nəticəsində prosedurların sayı 4-dən 1-ə, sərf olunan vaxt isə 7 gündən 1 günə endirilib. Boyukmillet.com xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədri, “Əmlakın qeydiyyatı və icarəsi” işçi qrupunun rəhbərinin müavini Nigar Alimova Biznes mühiti və …

Read More »

Azərbaycan XİN: “Ermənistan minalarla bağlı öhdəliyini öz üzərindən atır”

“Ermənistan Baş nazirinin minalarla bağlı Beynəlxalq Ədalət Məhkəməsinin qərarını təhrif edən açıqlaması göstərir ki, Ermənistan tərəfi bu məsələdə yenə də öhdəliyi öz üzərindən atır”. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. “Halbuki, Məhkəmədə dinləmələr bir daha göstərib ki, Ermənistan mina istehsal etmədiyi və basdırmadığı barədə beynəlxalq təşkilatlara açıqladığı hesabatlar yalan üzərində qurulub. Qərardan göründüyü kimi, Ermənistan …

Read More »

Avropa İttifaqının ali nümayəndəsi İranı kəskin tənqid edib

“İran Rusiyanı müasir silahlarla təmin etməklə beynəlxalq hüququn norma və prinsiplərini pozur. Narahatçılığımızı birbaşa İran rəsmilərinə və beynəlxalq ictimaiyyətə bildirsək də, nəticə əldə edə bilməmişik”. Boyukmillet.com xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borel BMT-nin Nyu-Yorkdakı qərargahında jurnalistlərin suallarını cavablandırarkən deyib. “İranın Rusiyanı silahla təmin etməsi ilə bağlı narahatlığımı hər fürsətdə …

Read More »

Azərbaycan XİN Nikol Paşinyana cavab verib

“Ermənistanın baş naziri Nikol Paşinyanın Beynəlxalq Ədalət Məhkəməsinin qərarı ilə bağlı 23 fevral 2023-cü il tarixli şərhləri məhkəmənin qərarı ilə tərs-mütənasibdir və Ermənistan tərəfinin növbəti dəfə arzularının reallıq kimi təqdimatı cəhdidir”. Boyukmillet.com xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin N.Paşinyanın Beynəlxalq Ədalət Məhkəməsinin qərarı ilə bağlı bəyanatına dair şərhində bildirilib. Qeyd olunub ki, ilk növbədə qeyd edək ki,Paşinyanın guya …

Read More »

ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistana üçtərəfli görüş təklifi göndərib

“Bildiyim qədəri ilə üçtərəfli görüş barədə təklif Azərbaycan və Ermənistan tərəfinə çatdırılıb”. Boyukmillet.com  xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib. Onun sözlərinə görə, belə görüşlərdə potensial iştirak tərəflərin gündəliyində olmalıdır: “Biz son həftələrdə müşahidə etdiyimiz tərəqqinin davamını görməyə ümid edirik. Problemin hərtərəfli həlli üçün tərəfləri dəstəkləməyə hazırıq”. Qeyd edək ki, N.Prays daha əvvəl …

Read More »

Azərbaycanda ekoloji təmiz nəqliyyat vasitələri ilə bağlı 4 istiqamət müəyyən olunub

Azərbaycanda ekoloji təmiz nəqliyyat vasitələri ilə bağlı Yol Xəritəsində bu nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması və təşviqi ilə bağlı 4 istiqamət müəyyən olunub. Boyukmillet.com xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynov bu gün keçirilən “Rəqəmsal İdarəetmə Platforması və yeni iqtisadi təşəbbüslərin təqdimatı” mövzusunda konfransda deyib. O, bildirib ki, bunlar elektrik mühərrikli və hibrid nəqliyyat vasitələri sahəsində təhlillər və qiymətləndirmənin …

Read More »

ABŞ Azərbaycana daha 5 minaaxtaran it verib

ABŞ Azərbaycana daha 5 minaaxtaran it verib. Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib. Bildirilib ki, işğaldan azad edilmiş ərazilən bərpası və keçmiş məcburi köçkünlərin təhlükəsiz qayıdışının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən aparılan əməliyyatların genişləndirilməsi, maddi-texniki bazanın və potensialın artırılması istiqamətində işlər davam etdirilir. ABŞ Marşal İrsi İnstitutu (Marshall Legacy Institute, MLI) ilə ANAMA …

Read More »

Aksiya başlayandan bəri Xankəndi-Laçın yolundan 585 erməni əsilli şəxsin humanitar məqsədlə istifadəsinə şərait yaradılıb

Bugünədək 585 erməni əsilli şəxsin Xankəndi-Laçın yolunda aksiyanın təşkil olunduğu ərazidən humanitar məqsədlə istifadəsinə şərait yaradılıb. “Report”un aksiya yerinə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, onlar aksiyanın təşkil olunduğu ərazidən istifadə zamanı Rusiya sülhməramlılarına və Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) aid avtomobillərdən yararlanıblar. Hazırkı vaxtadək ərazidən ümumi olaraq 3 000-dək avtomobilin keçidi təmin olunub. Bu bir daha onu sübut edir …

Read More »

İslam İnkişaf Bankı Qrupunun prezidenti Azərbaycana səfər edəcək

İslam İnkişaf Bankı (IsDB) Qrupunun prezidenti Məhəmməd Əl-Cəsser fevralın 25-də Azərbaycana səfər edəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə bank məlumat yayıb. Səfərin məqsədi IsDB ilə Azərbaycan arasında əməkdaşlığın inkişaf etdirilməsi, həmçinin potensial əməkdaşlıq sahələrinin genişləndirilməsidir. İslam İnkişaf Bankının rəhbəri Azərbaycan rəsmiləri, eləcə də tərəfdaşlıq əlaqələrinin dərinləşdirilməsi məqsədilə ölkənin iri şirkətlərinin rəhbərləri ilə görüşlər keçirəcək. Məhəmməd Əl-Cəsser, həmçinin Azərbaycanda IsDB …

Read More »

FHN-in Türkiyədəki səhra hospitallarında 1623 nəfərə tibbi xidmət göstərilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Türkiyədə fəaliyyət göstərən mobil səhra hospitallarında 319-u uşaq olmaqla 1623 nəfərə tibbi xidmət göstərilib. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin mobil səhra hospitalları zəlzələnin ciddi zərər vurduğu Kahramanmaraş rayonunda fəaliyyətini davam etdirir. Belə ki, hospitallarda …

Read More »