Prezident İlham Əliyev Yaponiyanın İmperatoru Əlahəzrət Naruhitoya təbrik məktubu ünvanlayıb. Boyukmillet.com-un xəbərinə görə, məktubda deyilir: “Əlahəzrət, Yaponiyanın milli bayramı – Təvəllüd Gününüz münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Yaponiya xalqına daim əmin-amanlıq və …
Read More »Sabahdan nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi ilə bağlı yeni qaydalar qüvvəyə minir
Sabahdan nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi ilə bağlı yeni qaydalar qüvvəyə minir. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, yeni qaydalara əsasən, nəqliyyat vasitələrinin küləyə qarşı olan ön şüşəsinin yuxarı hissəsinə istehsalçı zavod tərəfindən quraşdırılmış günlüklərin hündürlüyü səviyyəsində, nəqliyyat vasitələrinin konstruksiyasında günlüklər nəzərdə tutulmadıqda isə 15-sm-dən çox olmamaq şərtilə plyonka çəkilməsinə yol verilir. Eləcə də nəqliyyat vasitələrinin …
Read More »Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları keçirib
Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin döyüş hazırlığı planına əsasən Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri ilə təlim-məşq uçuşları həyata keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Plana uyğun olaraq helikopterlər bazalanma aerodromlarından müəyyən edilmiş marşrutlar üzrə uçuşlar edib.Helikopter ekipajlarının döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən məşqlərdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.
Read More »Ombudsman Xocalı faciəsinin 31-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Xocalı faciəsinin 31-ci ildönümü ilə əlaqədar bəyanat yayıb. Boyukmillet.com xəbər verir ki, bəyanatda deyilir: “Ötən əsrin ən böyük faciələrindən biri kimi tarixdə iz salan Xocalı soyqırımı erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifələrindəndir. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan …
Read More »Zəngilanda 30 il sonra ilk körpə dünyaya gəlib
Zəngilan rayonunun Ağalı kəndində 30 il sonra ilk körpə dünyaya gəlib. Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, fevralın 15-də anadan olmuş ilk körpə Zeynallı Turan Teymur oğlunun doğumu 22.02.2023-cü ildə valideynləri hər hansı quruma getmədən nazirliyin müasir innovativ “Mobil əhali” tətbiqi üzərindən dövlət qeydiyyatına alınıb və doğum haqqında elektron şəhadətnamə onların şəxsi kabinetində yerləşdirilməklə təqdim olunub.
Read More »Türkiyədə zəlzələdən sonra dağıntılar altından 1 874 kimsəsiz uşaq çıxarılıb
Türkiyədə baş vermiş zəlzələdən sonra dağıntılar altından 1 874 kimsəsiz uşaq çıxarılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi məlumat yayıb. Qeyd edilir ki, 1 353 uşaq ailələrinə təhvil verilib. Eyni zamanda 99 uşaq azyaşlılar üzrə müəssisələrin himayəsinə göndərilib. Hazırda zəlzələ zamanı xəsarət alan 422 uşağın müalicə prosesi davam edir. Nazirlik müalicə prosesisinə nəzarət edir. …
Read More »BQXK-nın avtomobillərində erməniəsilli şəxslər Xankəndidən Laçın istiqamətinə aparılıb
Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus ümumilikdə 6 avtomobilin hərəkət etməsinə şərait yaradılıb. “Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub. Belə ki, 6 minik avtomobili Xankəndidən Laçın istiqamətinə keçid ediblər. Avtomobillərin içərisində erməniəsilli şəxslər olub. Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün …
Read More »Türkiyədə zəlzələdə ölənlərin sayı 43 556 nəfərə çatıb
Türkiyədə zəlzələdə ölənlərin sayı 43 556 nəfərə çatıb. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu bildirib. Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 6 000-dən çox afterşok …
Read More »Səfir: “Küveyt və Azərbaycan arasında bir sıra sahələrdə böyük tərəqqiyə nail olunub”
Küveyt və Azərbaycan arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə böyük tərəqqiyə nail olunub. Boyukmillet.com xəbər verir ki, bunu Küveytin respublikamızdakı səfiri Abdullah Mohamed Abdullah Almauidi bu ölkənin milli bayramı – Dövlət müstəqilliyinin 62-ci ildönümü münasibətilə rəsmi qəbulda deyib. Diplomat ölkələrimiz arasında gündən-günə genişlənən əlaqələrin qarşılıqlı səfərlərin, yüksəksəviyyəli görüşlərin ikitərəfli münasibətlərin daha sürətlə inkişafına əlverişli zəmin yaratdığını qeyd edib. Azərbaycan və …
Read More »Dumanlı hava ilə bağlı bəzi yollarda görmə məsafəsi məhdudlaşacaq
Fevralın 23-də ölkə ərazisində dumanlı hava şəraiti ilə əlaqədar olaraq əsasən gecə və səhər saatlarında magistral avtomobil yollarının bəzi yerlərində görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı ehtimalı var. Boyukmillet.com xəbər verir ki, gecə və səhər dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar