Keçən ilin dekabr ayından etibarən tibbi müdaxiləyə ehtiyacı olan 99 xəstəni təxliyə etmişik, xəstəxanalara dərman vasitələri, ərzaq və uşaq qidaları çatdırmışıq. Boyukmillet.com-un xəbərinə görə, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Bakı ofisinin İctimaiyyətlə əlaqələr departamentinin BQXK-nın Laçın yolu boyu həyata keçirdiyi əməliyyatlara dair açıqlamasında bildirilib. Qeyd edilib ki, BQXK bu dövr ərzində Laçın yolunda neytral humanitar vasitəçi olaraq əməliyyatlar …
Read More »Vətən müharibəsinin 3780 iştirakçısına əlillik təyin olunub
“Vətən müharibəsindən sonra 3780 nəfər müharibə iştirakçısına müxtəlif dərəcədə əlillik təyin olunub”. Boyukmillet.com xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov jurnalistlərə açıqlamasında deyib. “Əlilliyin dəyişdirilməsi ilə bağlı təkrar müraciət mövcuddur. Əlillik təyin olunan şəxslərin səhhətində müəyyən dəyişikliklər olarsa təbii ki, yenidən müraciət edə bilərlər”, – o vurğulayıb.
Read More »İlham Əliyev azad olunmuş ərazilərdə bərpa işlərində alman şirkətlərinin təmsilçiliyi üçün geniş imkanların olduğunu bildirib
Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin həyata keçirilməsində alman şirkətlərinin təmsilçiliyi üçün geniş imkanların olduğunu bildirib. Boyukmillet.com xəbər verir ki, bunu dövlət başçısı Münxendə Almaniyanın Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru Mixael Harms ilə görüşü zamanı bəyan edib. Dövlət başçısı, eyni zamanda, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində Azərbaycan iqtisadiyyatının inkişafı üçün strateji prioritetlərin …
Read More »Azərbaycan internet bazarına 3-cü “Backbone” provayderi gəlir
Azərbaycanın internet bazarına ölkəmizi beynəlxalq internet şəbəkəsinə bağlayan 3-cü magistral (Backbone) internet provayderi daxil olur. Boyukmillet.com hökumətdəki mənbələrə istinadən xəbər verir ki, bu səlahiyyətin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Aztelekom” MMC-yə verilməsi üçün işlər aparılır. “Report”un sorğusuna cavab olaraq “Aztelekom”dan bildirilib ki, hazırda mümkün imkanlar araşdırılır: “Ölkədə telekommunikasiya sahəsində sağlam rəqabətin təmin edilməsi üçün fərqli operatorların fəaliyyət göstərməsi vacib …
Read More »MM media subyektlərinin əldə etdikləri gəlirlərin vergidən azad olunmasını I oxunuşda təsdiqləyib
Milli Məclis (MM) Azərbaycanda media subyektlərinin əldə etdikləri gəlirlərin vergidən azad olunması məsələsini I oxunuşda qəbul edib. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı Vergi Məcəlləsinə təklif edilən dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Layihənin qeyd hissəsində əsaslandırılıb ki, “Media haqqında” qanunun 4-cü maddəsində medianın inkişafının təşviqi və media subyektlərinin fəaliyyətini stimullaşdırması nəzərdə tutulur. Həmin qanuna uyğun olaraq Vergi Məcəlləsinə …
Read More »Azərbaycan xilasediciləri Türkiyədə dağıntılar altından 53 nəfəri sağ, 741 nəfərin cəsədini çıxarıb
Azərbaycan xilasediciləri Türkiyədə dağıntılar altından 53 nəfəri sağ, 741 nəfərin cəsədini çıxarıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Qeyd olunub ki, Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan FHN-in çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər. Nazirliyin xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri …
Read More »Azərbaycanda İsveçrənin “Diprospan” adlı dərman vasitəsinin bəzi seriyaları satışdan çıxarılıb
İsveçrənin “Diprospan” ticarət adlı dərman vasitəsinin bəzi seriyaları geri çağrılıb. Bu barədə Analitik Ekspertiza Mərkəzindən məlumat verilib. Bildirilib ki, mərkəz tərəfindən Azərbaycan Nazirlər Kabinetinin 2019-cu il 27 noyabr tarixli 460 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin geri çağırılması Qaydası”nın 9.1 bəndi rəhbər tutularaq, U038559 seriyalı, son istifadə tarixi 10/2023 olan, W002245 seriyalı, son istifadə tarixi 11/2023 olan, W009991 seriyalı, …
Read More »Hərbi Prokurorluq: “Qaradağlı soyqırımını törətməkdə cinayətləri sübuta yetirilən 12 nəfər beynəlxalq axtarışdadır”
“Qaradağlı soyqırımını törətməkdə cinayətləri sübuta yetirilən 12 nəfər beynəlxalq axtarışdadır”. Bunu “Report”a açıqlamasında Hərbi prokurorunun böyük köməkçisi – Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri Firad Əliyev deyib. O bildirib ki, Azərbaycan xalqına qarşı törədilmiş sülh və insanlıq əleyhinə, eləcə də müharibə, terrorçuluq cinayətlərinin və digər cinayətlərin istintaqının aparılması, onlara hüquqi qiymət verilməsi, həmin cinayətlərin təşkili və törədilməsində iştirak etmiş şəxslərin müəyyənləşdirilərək qanunvericiliyə …
Read More »Azərbaycan FHN-nin Türkiyəyə göndərdiyi xilasedicilərin sayı və yardımın həcmi açıqlanıb
Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq Fövqəladə Hallar Nazirliyi tərəfindən Türkiyəyə göndərilən xilasetmə və tibbi personal, humanitar yardımın siyahısı açıqlanıb. FHN-dən verilən məlumata görə, göndərilən yardımların siyahısı aşağıdakı kimidir: Xilasetmə və tibbi personal 760 nəfər, xilasetmə iti 8 baş, mobil səhra hospitalı (7 konteynerlə) 2 ədəd, xüsusi təyinatlı xilasedici nəqliyyat vasitəsi 3 ədəd, xadır (müxtəlif ölçülü) 2630 ədəd, qızdırıcı 707 ədəd, çarpayı …
Read More »FHN-in Türkiyədəki mobil səhra hospitallarında 729 nəfərə tibbi xidmət göstərilib
Fövqəladə Hallar Nazirliyinin Türkiyədə fəaliyyət göstərən mobil səhra hospitallarında 729 nəfərə tibbi xidmət göstərilib. Bu barədə FHN-dən məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin mobil səhra hospitalları zəlzələnin ciddi zərər vurduğu Kahramanmaraş rayonunda fəaliyyətini davam etdirir. Belə ki, hospitallarda …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar