Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 38 044 nəfərə çatıb. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 4 …
Read More »“Teknofest İzmir” zəlzələ səbəbindən ertələnib
Martın 16-19-da Türkiyənin İzmir şəhərində keçirilməsi planlaşdırılan “Teknofest” Aerokosmik və Texnologiya festivalı ertələnib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Teknofest”in tviter səhifəsində bildiriş paylaşılıb. “16-19 mart tarixlərində keçirməyi planlaşdırdığımız “Teknofest İzmir” ölkə olaraq yaşadığımız zəlzələ fəlakətinin gətirdiyi ortaq acıları səbəbi ilə irəli tarixə ertələnib”, – bildirişdə qeyd olunub. Texnologiya şənliyinin baş tutacağı dəqiq tarix açıqlanmayıb.
Read More »Hatayda yeniyetmə 260 saat sonra dağıntılar altından sağ çıxarılıb
Türkiyənin Hatay şəhərinin Antakya rayonunda 12 yaşlı yeniyetmə zəlzələdən 11 gün keçməsinə baxmayaraq, dağıntılar altından sağ çıxarılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb. Xarici vətəndaş olduğu bildirilən Osman Halebiye 260 saat dağıntılar altında qalıb. Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan …
Read More »Şotlandiya və İngiltərədə Otto fırtınası gözlənilir
Mövsümün ilk qasırğası olan Otto fırtınasının cümə günü Şotlandiya və İngiltərənin bəzi bölgələrini vuracağı gözlənilir. Met Office, Şotlandiyanın şimalındakı açıq sahillərdə 60-70 mil / saat 80 mil / saata qədər küləyin ola biləcəyini söylədi. Boyukmillet.com xəbər verir ki, demək olar ki, bütün Şotlandiya üçün 03:00-15:00, Sərhədlər və İngiltərənin şimal-şərqi üçün isə 05:00-14:00 arasında sarı siqnal verildi. Potensial təsirlərə Şimal dənizi …
Read More »Ülviyyə Zülfiqar: Müraciətimizin BMT-nin sənədi kimi yayılması ilə 190-dan çox ölkə Qərbi Azərbaycan barədə xəbər tutdu
Qərbi Azərbaycan İcmasının beynəlxalq ictimaiyyətə müraciətinin Birləşmiş Millətlər Təşkilatının (BMT) rəsmi sənədi kimi yayılması ilə 190-dan çox ölkə Qərbi Azərbaycan, oradan qovulmuş soydaşlarımızın taleyi və geri qayıtmaq arzusu barədə xəbər tutmuş oldu.Boyukmillet.com xəbər verir ki, bunu AZƏRTAC-ın sorğusuna cavab olaraq Qərbi Azərbaycan İcmasının sözçüsü Ülviyyə Zülfiqar bildirib.O qeyd edib ki, beynəlxalq müstəvidə Qərbi Azərbaycanla bağlı aparılan işlər Qayıdış Konsepsiyasının qəbulu …
Read More »Zəlzələdən sonra Bakıdan Türkiyəyə 127 TIR humanitar yardım göndərilib
“Dağıdıcı zəlzələdən sonra Bakıdan Türkiyəyə 127 TIR humanitar yardım göndərilib”. Boyukmillet.com xəbər verir ki, bunu “Report” a açıqlamasında Azərbaycan-Türkiyə Yüzyılı Birlik və Dayanışma Platformasının üzvü Öndər Aksoy deyib. O, hazırda Bakıda yardım toplanması kampaniyasının ilk gün olduğu kimi sürətlə davam etdiyini söyləyib. Platforma nümayəndəsi bildirib ki, insanlar əllərindən gələn köməyi edirlər. Gətirilən yardımlar könüllülər tərəfindən çeşidlənərək qutulara yığılır. İndiyə qədər rəsmi olaraq …
Read More »Azərbaycan Kahramanmaraşda növbəti 300 çadırlıq şəhərcik qurub
Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən Kahramanmaraşda növbəti çadır şəhərciyi qurulub. Bu barədə FHN-dən məlumat verilib. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyi tərəfindən qardaş ölkəyə göndərilmiş çadırların Nazirliyin qüvvələri tərəfindən qurulması prosesi həyata keçirilir. Belə ki, FHN-in qüvvələri tərəfindən Kahramanmaraş rayonunda yerləşən Kahramanmaraş Sütçü İmam Universitetinin …
Read More »Zakir Həsənov azad edilmiş ərazilərə gedib, aparılan tikinti işləri ilə tanış olub
Müdafiə naziri Zakir Həsənov azad edilmiş ərazilərdə aparılan tikinti işləri ilə tanış olub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunda aparılan islahatlar çərçivəsində müasir hərbi infrastrukturun yaradılması, eləcə də bölmələrin döyüş hazırlığının yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir. Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər …
Read More »Ağdamın işğaldan azad edilmiş ərazilərinə ilk köç 2025-ci ildə olacaq
İşğaldan azad edilmiş Ağdam şəhərinə və rayonun digər kəndlərinə köçün 2025-ci ildən həyata keçirilməsi nəzərdə tutulur. Boyukmillet.com xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Namiq Hümmətov bildirib. O, bu barədə Şəhərsalma Məsələləri üzrə İşçi Qurupun Ağdamda keçirilən iclasında danışıb. Xatırladaq ki, işğaldan azad edilmiş ərazilərə ilk köç Zəngilan rayonunun Ağalı kəndinə baş tutub.
Read More »Azərbaycan və Polşanın iqtisadi zonaları əməkdaşlıq edəcək
Azərbaycanın Ələt Azad İqtisadi Zonası (AİZ) ilə Polşanın iqtisadi zonası arasında anlaşma memorandumunun imzalanması gözlənilir. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan və Polşa arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Bakıda keçirilən 8-ci iclasında Komissiyanın həmsədri, fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib. “Ələt AİZ iqtisadi inkişaf, Polşa biznesi ilə əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradacaq”, – deyə o qeyd edib. Bundan …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar