“Hazırda paytaxt Bakıda istismar müddətini başa vurmuş 11 minə yaxın yaşayış binası var. Bu binaların 100-dən çoxu qəzalı vəziyyətdədir. Bunlar, 4, 5 və 9 mərtəbəli binalardır. Bir çox binalar10-15 ildir ki, istismar müddətini başa vurub. Düşünürəm ki, bu gün köhnə binaların monitorinqi aparılsa, bu say daha da yüksək olacaq. Hazırda ən təhlükəli məqam bu cür binalarla bağlıdır. Əgər təbii fəlakət …
Read More »Bu gün akademik, əməkdar elm xadimi, Milli Aviasiya Akademiyasının rektoru Arif Paşayevin doğum günüdür
Arif Paşayev 15 Fevral 1934-cü ildə Bakıda ziyalı ailəsində doğulub. O 1959-cu ildən AMEA-nın Fizika institutunda elmi fəaliyyətə başlayıb. Həmin vaxtdan Arif Paşayev yarımkeçirici materialların elektrofiziki parametrlərini kontaktsız ölçmək üçün cərəyan burulğanlarından istifadə edən qurğular, mikrominiatür dəqiq çeviricilər yaradıb seriya ilə istehsala buraxıb. Bu qurğular dünyanın bir çox elm mərkəzlərində, gəmiqayırmada, maşınqayırmada, hərbi sənayedə və digər istehsalat sahələrində müvəffəqiyyətlə tətbiq …
Read More »Ankarada Mövlud Çavuşoğlu ilə Ararat Mirzoyan arasında görüş başlayıb
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş başlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Haberturk” məlumat yayıb. Bildirilib ki, nazirlərin təkbətək görüşündən sonra nümayəndə heyətləri arasında görüş olacaq Daha sonra Türkiyə və Ermənistan XİN başçıları birgə mətbuat konfransı keçirəcəklər.
Read More »AK rəhbəri: “Rusiyaya qarşı onuncu sanksiyalar paketi 11 milyard avroluq məhdudiyyətləri nəzərdə tutur”
Rusiyaya qarşı onuncu sanksiyalar paketi 11 milyard avroluq ticarət məhdudiyyətlərini nəzərdə tutur. Boyukmillet.com xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen deyib. Daha əvvəl Rusiyanın dörd bankının sanksiyalara məruz qala biləcəyi barədə məlumat yayılmışdı. Bundan əlavə, paketə Rusiya KİV-lərinin yayım lisenziyalarının dayandırılması da daxil edilə bilər.
Read More »Vilayət Zahirov: “Elə bələdiyyə sədrləri var ki, verdiyimiz müəyyən təklifləri qəbul etmirlər”
“Bu gün elə bələdiyyə sədrləri var ki, doğrudan da prinsipiallıq edərək müstəqil fəaliyyət göstərirlər. 40-a yaxın bələdiyyə sədri haqqında məhkəməyə iddia ərizəsi vermişik. Çünki həmin bələdiyyə sədrləri özlərini tam müstəqil hesab edərək bizim verdiyimiz müəyyən təklifləri qəbul etmirlər”. Boyukmillet.com xəbər verir ki, bunu ədliyyə nazirinin müavini Vilayət Zahirov Milli Məclisdə “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi”nin müzakirəsi zamanı …
Read More »“Gent” “Qarabağ”la oyun üçün Bakıya yola düşüb
Belçikanın “Gent” komandası “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu üçün Bakıya yola düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə klubun rəsmi tviter hesabı paylaşım edib. Saat 19:45-də baş məşqçi Heyn Vanhazebrukun mətbuat konfransı təşkil olunacaq. Qeyd edək ki, fevralın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq. Cavab görüşü fevralın 23-də Gentdə olacaq.
Read More »İstanbul Fond Birjasında ticarət bərpa olunub
Fevralın 8-də ticarətin müvəqqəti dayandırıldığı İstanbul Fond Birjası fəaliyyətini bərpa edib. Boyukmillet.com xəbər verir ki, birja hazırda fəaliyyət göstərir. Xatırladaq ki, fevralın 6-da Türkiyədə baş vermiş dağıdıcı zəlzələdən sonra İstanbul Fond Birjası səhm bazarlarında əməliyyatların, həmçinin səhm və törəmə maliyyə alətləri bazarında səhm indekslərinin müvəqqəti dayandırılması barədə qərar qəbul edib.
Read More »Vüqar Əhmədov Tərtər və Ağdam rayonlarından olan vətəndaşları qəbul edəcək
“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov fevralın 16-da saat 10:00-da Tərtər şəhərində Tərtər və Ağdam rayonlarından olan vətəndaşları qəbul edəcək. Bu barədə “Report”a qurumdan məlumat verilib. Qəbul Tərtər şəhəri, Heydər Əliyev prospekti 2 ünvanında yerləşən “Azərişıq” ASC-nin Tərtər Elektrik Şəbəkəsinin inzibati binasında keçiriləcək. Qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşları qəbulu cədvəlinə əsasən baş tutacaq. …
Read More »Tehranda bəsicin bazasının qapısı yandırılıb
İranın paytaxtı Tehranın Kerman küçəsindəki bəsic qüvvələrinə məxsus “Əmin İslam Pənah” adlı bazanın üzərindəki lövhə və banerlərə od vurulub. Boyukmillet.com xəbər verir ki, bu barədə “Azadİran” məlumat yayıb. Bildirilib ki, Tehran rejiminin “Əzab (Fəcr) ongünlüyü” (1979-cu il inqilabının qələbəsi on günlüyü) təbliğat banerlərinin məhv edilməsi və yandırılması davam edir. Tehranda gənclərin bəsicin bazasının qapısını yandırması da bu aksiyaların tərkibi sayılır. …
Read More »Deputat: “Bələdiyyələrin icra aparatlarında əməkdaşların sayının şişirdilməsi ciddi problemdir”
“Bələdiyyələrin icra aparatlarında olan əməkdaşların sayının şişirdilməsi ilə bağlı məsələ ciddi problemdir. Hazırda bunun qanunvericiliklə tənzimlənməsi yoxdur”. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Kamran Bayramov bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinin müzakirəsi zamanı deyib. Deputat bildirib ki, bu gün hər hansı bələdiyyə heç bir məhdudiyyət olmadan istənilən sayda bələdiyyə qulluqçusunu işə qəbul …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar