Şahin Soltan oğlu Bağırov Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri təyin edilib. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Şahin Bağırov Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsindən azad edilib. Qeyd edək ki, Ş.Bağırov 1965-ci ildə anadan olub, 1986-cı ildə Voronej Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirib. O, 1992-ci ildən gömrük orqanlarında fəaliyyətə …
Read More »Azərbaycanda alış-veriş zamanı polietilen torbaların qiymətləri məlum olub
Azərbaycanda sabahdan ticarət obyektlərində alış-veriş zamanı polietilen torbalar üçün ayrıca haqq alınacaq. Boyukmillet.com xəbər verir ki, fevralın 15-dən kiçik ölçülü torbalar 3 qəpiyə, böyük ölçülülər isə 5 qəpiyə satılacaq. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən “Report”a bildirilib ki, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən, sahibkarlar Azərbaycan qanunvericiliyinə əməl etməklə öz malları (məhsulları, işləri, xidmətləri) üçün qiymətləri (tarifləri) sərbəst müəyyənləşdirmək hüququna …
Read More »Azərbaycan Adıyaman, Kahramanmaraş və Hatayda konteyner şəhəri salacaq
Türkiyədə çoxsaylı insan tələfatına səbəb olan zəlzələlərdə qardaş ölkəyə ilk yardım əlini uzadan Azərbaycan Adıyaman, Kahramanmaraş və Hatayda konteyner şəhəri salacaq. Bunu “Report”un Ankara bürosuna açıqlamasında “Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri” Birliyinin (TÜİB) sədri Hüseyn Büyükfırat bildirib. Bununla əlaqədar hazırda Adıyamanda olan H.Büyükfırat deyib ki, zəlzələ baş verən ilk andan Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycandakı bütün aidiyyəti təşkilatlar səfərbər olub. …
Read More »Azərbaycan xilasediciləri Türkiyədə dağıntılar altından 51 nəfəri sağ, 655 nəfərin cəsədini çıxarıb
Azərbaycan xilasediciləri Türkiyədə dağıntılar altından 51 nəfəri sağ, 655 nəfərin cəsədini çıxarıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Qeyd olunub ki, Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan FHN-in çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər. Nazirliyin xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə …
Read More »Sabahdan marketlərdə polietilen torbalar ödənişli olacaq
Sabahdan Azərbaycanda marketlərdə alıcılara verilən polietilen torbalar ödənişli olacaq. Bu barədə “Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyindən bildirilib. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Ticarət Şəbəkələrinin İnkişafı” ictimai birliyinə məktub ünvanlanıb. Məktubda qeyd olunur ki, polietilen torba tullantılarının ətraf mühitə mənfi təsirlərini azaltmaq məqsədilə Nazirlər Kabinetinin 2021-ci il …
Read More »Gələn ay Azərbaycanda COVID-19-dan sonrakı dünyaya həsr olunan növbəti sammit keçiriləcək
Azərbaycanda gələn ay COVID-19-dan sonrakı dünyaya həsr olunan növbəti sammit keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bunu Prezident İlham Əliyev Qananın Azərbaycandakı səfiri Oheneba Lesli Akua Akyaa Opoku-Varenin etimadnaməsini qəbul edərkən deyib. Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində kontakt qrupu ölkələrinin iştirakı ilə gələn ay COVID-19-dan sonrakı dünyaya həsr olunmuş növbəti Sammitinə ev sahibliyi edəcəyini bildirən dövlət başçısı ölkələrimiz arasında siyasi əlaqələrin, iqtisadi-ticari, investisiya …
Read More »Hərbi qulluqçumuz Türkiyədə kursu birinciliklə bitirib
Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbi qulluqçusu kapitan Yaqubov Tural Ağaəli oğlu Türkiyə Respublikasında təşkil olunan kursu birinciliklə bitirib. Boyukmillet.com xəbər verir ki, Türkiyənin Hava Tədris Komandanlığının məktəblərindən birində keçirilən ingilis dili kursunda Azərbaycan, Türkiyə, Qırğızıstan, Gürcüstan, Ukrayna və Mavritaniyadan olan hərbi qulluqçular iştirak ediblər. Kursu müvəffəqiyyətlə bitirən hərbi qulluqçulara sertifikatlar təqdim olunub.
Read More »Ağsuda KOB dostu fəaliyyətə başlayıb
Ağsuda KOB dostu fəaliyyətə başlayıb. Boyukmillet.com xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Ağsu rayonunda sahibkarlarla görüş keçirilib. Görüşün məqsədi Ağsuda fəaliyyət göstərən sahibkarların biznesin qurulması və inkişaf etdirilməsi sahəsində ehtiyaclarını öyrənmək, qarşılaşdıqları çətinlikləri dinləmək, dövlət dəstəyi mexanizmləri, o cümlədən KOBİA-nın dəstək və xidmətləri barədə onları məlumatlandırmaqdır. Ağsu rayonunda fəaliyyət göstərən sahibkarların …
Read More »Azərbaycanın Baş prokuroru iranlı həmkarı ilə telefonla danışıb, səfirliyə qarşı törədilmiş terroru pisləyib
Fevralın 13-də qarşı tərəfin təşəbbüsü ilə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev ilə İran İslam Respublikasının Baş prokuroru Məhəmməd Cəfər Montazeri arasında telefon danışığı olub. Boyukmillet.com xəbər verir ki, baş prokuror Montazeri yanvarın 27-də Azərbaycanın Tehrandakı Səfirliyinin binasında törədilmiş cinayət hadisəsinə görə təəssüf hissi keçirdiyini bildirərək, Azərbaycan xalqına, zərərçəkmişlərin ailə üzvlərinə başsağlığını ifadə edib. İranın Baş prokuroru azərbaycanlı həmkarını cinayət …
Read More »Azərbaycanın könüllü həkimləri Kahramanmaraşda fəaliyyətə başlayıb, hospitala 300-dən artıq xəstə müraciət edib
Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gələn Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının həkimləri Kahramanmaraş şəhərində fəaliyyətə başlayıb. Boyukmillet.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Assosiasiyanın sədri Oktay Mehdiyev deyib. Onun sözlərinə görə, Assosiasiya üzvləri Türkiyədə təbii fəlakət baş verdiyi ilk gündən Fövqəlafə Hallar Nazirliyinə (FHN) müraciət edib: “Nazirlik müraciətimizi qəbul etdi və artıq 4 gündür Kahramanmaraşda FHN-in tərkibində fəaliyyət …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar