Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası altımış bir gündür davam edir. “Report”un hazırda ərazidə olan əməkdaşı xəbər verir ki, havanın soyuq, qarlı və şaxtalı olmasına baxmayaraq, aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər. Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da heç bir insident baş …
Read More »Jurnalistlər Türkiyə səfirliyini ziyarət etdi – Zəlzələdə həyatını itirənlər ANILDI – VİDEO
Avropa.info xəbər portalının redaktoru Rəsul Mirhəşimlinin təşəbbüsü və təşkilatçılığı ilə bir qrup jurnalist bu gün Türkiyədə baş verən dəhşətli zəlzələdə həyatlarını itirənlərin xatirəsini yad etmək və qardaş ölkəyə dəstək ifadə etmək üçün Türkiyənin Bakıdakı səfirliyinin qarşısında toplaşıb. Boyukmillet.com xəbər verir ki, qardaş ölkədə baş verən zəlzələ zamanı dünyasını dəyişən soydaşlarımızın xatirəsi ehtiramla yad edilib, ruhlarına dualar oxunub. Tədbir iştirakçıları təbii fəlakət zamanı …
Read More »Quterreş: “BMT Türkiyə və Suriyaya donor dəstəyi verəcək”
“Bütün gücümüzlə Türkiyə hökumətini dəstəkləməyə hazırıq. Ümumdünya Ərzaq Proqramı (DƏP) dağıdıcı zəlzələdən zərər çəkmiş ən həssas ailələrə yardım məqsədilə Türkiyə və Suriyada humanitar ehtiyacları dəstəkləmək üçün 25 milyon dollar ayırıb”. Boyukmillet.com xəbər verir ki, bunu BMT-nin Baş katibi Antoniu Quttereş Nyu-Yorkda jurnalistlərə açıqlamasında deyib. Baş katib bildirib ki, Türkiyə və Suriyadakı zəlzələ dövrümüzün ən böyük təbii fəlakətlərindən biridir: “Bir neçə …
Read More »Şarl Mişel: “Aİ Ukraynaya həlledici olacaq yardımı göstərməlidir”
“Avropa İttifaqı yaxın həftələrdə Ukraynaya maksimum yardım göstərməlidir ki, bu da həlledici olacaq”. Boyukmillet.com xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Brüsseldə keçirilən və Ukrayna Prezidenti Volodimir Zelenskinin ilk dəfə şəxsən iştirak etdiyi Aİ sammiti çərçivəsində baş tutan mətbuat konfransında deyib. “Başa düşürük ki, qarşıdakı həftələr və aylar, şübhəsiz ki, həlledici olacaq. Biz Ukraynaya maksimum yardım göstərməyə …
Read More »Türkiyənin daxili işlər naziri Azərbaycan FHN-nin tibb personalına təşəkkür edib
Türkiyənin daxili işlər naziri Süleyman Soylu Azərbaycan Fövqəladə Hallar Nazirliyinin tibb personalına təşəkkür edib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”un Türkiyəyə ezam olunmuş əməkdaşı xəbər verir. “Bu, Azərbaycanın bizə verdiyi dəstəyə görə çox qiymətlidir. Həm insanımıza kömək edirsiz, həm də birlikdə çalışırıq. Allah sizdən razı olsun, minnətdaram. Qardaşın qardaşa borcu olmaz”, – Süleyman Soylu FHN-in Mobil səhra hospitalına gələrkən bildirib.
Read More »Türkiyədə zəlzələ nəticəsində həlak olan üç azərbaycanlının cənazəsi Vətənə gətiriləcək
Türkiyədə zəlzələ nəticəsində həlak olan üç nəfərin cənazəsinin Azərbaycana gətirilməsi istiqamətində müvafiq tədbirlər görülür. Boyukmillet.com xəbər verir ki, təbii fəlakət nəticəsində 4 Azərbaycan vətəndaşı – 1980-ci il təvəllüdlü Bünyatova Nailə Aydın qızı, 1973-cü il təvəllüdlü Məmmədova (Ökten) Rəna Xudaverdi qızı, 1975-ci il təvəllüdlü Məmmədova Sevinc Eldar qızı və 1976-cı il təvəllüdlü Karlı Leyla Vahid qızı həlak olub. Sonuncunun cənazəsi ailəsi …
Read More »Türkiyədə zəlzələ nəticəsində 4 azərbaycanlı həlak olub
Türkiyədə zəlzələ nəticəsində 4 azərbaycanlı həlak olub. Boyukmillet.com xəbər verir ki, bu günədək 4 nəfər Azərbaycan vətəndaşının – 1980-ci il təvəllüdlü Bünyatova Nailə Aydın qızı, 1973-cü il təvəllüdlü Məmmədova (Ökten) Rəna Xudaverdi qızı, 1975-ci il təvəllüdlü Məmmədova Sevinc Eldar qızı və 1976-cı il təvəllüdlü Karlı Leyla Vahid qızının vəfatı barədə məlumat mövcuddur. Vəfat edən şəxslərin yaxınları ilə əlaqə saxlanılıb. Karlı …
Read More »Babəkin Xəlilli kəndində fərdi yaşayış evində yanğın olub
Babək rayonunun Xəlilli kəndində fərdi yaşayış evində yanğın hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə 1960-cı il təvəllüdlü kənd sakini Əliyeva Gülüstan Əli qızına məxsus yaşayış evində yanğın hadisəsi baş verməsi ilə bağlı məlumat daxil olub. Hadisə yerinə Naxçıvan şəhər və Babək rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbələrinin yanğınsöndürmə avtomobilləri cəlb olunub …
Read More »Xankəndi-Laçın yolundakı etiraz aksiyası axşam saatlarında ruh yüksəkliyi ilə davam edir
Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası hazırda müşahidə olunan soyuq, qarlı və şaxtalı hava şəraitinə baxmayaraq, ruh yüksəkliyi ilə davam edir. Boyukmillet.com xəbər verir ki, etirazçılar aksiyanın keçirildiyi ilk gündən etibarən dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar. Hazırda rayon ərazisinə qar yağır, qar yağışı fevralın 7-si axşam saatlarından başlayaraq davam edir. Buna …
Read More »XİN: “Zəlzələ bölgəsindən 395 nəfər Azərbaycana yola salınıb, onlardan 183-ü ölkəyə çatıb”
“İndiyədək Türkiyənin zəlzələ bölgəsindən 395 nəfər Azərbaycana yola salınıb, onlardan 183-ü Vətənə çatıb”. Boyukmillet.com xəbər verir ki, Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermis dağıdıcı zəlzələdə zərər çəkmiş Azərbaycan Respublikası vətəndaşlarının təxliyə prosesi davam edir. Fevralın 8-də 190 nəfər Azərbaycan vətəndaşı və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları Qaziantep, Kahramanmaraş, Adana və Hatay vilayətlərindən yola çıxan avtobuslarla Azərbaycana …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar