Bazar ertəsi , 6 Aprel 2026

autor

Bakıda Üzeyir Hacıbəyli və litvalı bəstəkarın şərəfinə konsert keçiriləcək

Bakıda oktyabrın 10-da Litva səfirliyinin təşkilatçılığı ilə iki görkəmli bəstəkarın – Üzeyir Hacıbəylinin və Mikaloyus Konstantinas Çyurlyonisin (Mikalojus Konstantinas Čiurlionis) əsərlərinin səsləndiriləcəyi konsert keçiriləcək. Bu barədə  Litvanın Azərbaycandakı səfiri Kestutis Vaşkelyaviçyus (Kęstutis Vaškelevičius) bildirib. Konsert litvalı dirijor Vilmantas Kalyunasın (Vilmantas Kaliūnas) rəhbərliyi altında Azərbaycan Filarmoniya Orkestrinin ifasında keçiriləcək. “Bu ilin sentyabrında iki görkəmli bəstəkarın – Üzeyir Hacıbəylinin 140 illiyini və …

Read More »

TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri açıqlanıb

Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) Yunanıstanın Kipoi çıxış nöqtəsindən oktyabrın 6-da 379 milyon 981 min 291 kVt/saat həcmində sifariş alıb. Bu barədə Boyukmillet.com TAP-ın elektron platformasına istinadən xəbər verir. Bu, ötən həftənin bazar ertəsinin sifariş göstəriciləri ilə müqayisədə 0,002 % azdır. Kipoi çıxış nöqtəsindən oktyabrın 7-dən 13-dək 331 milyon 019 min 866 kVt/saat həcmində sifariş alınıb. Bu, sentyabrın 30-nə olan sifariş göstəriciləri ilə müqayisədə 12,89 % azdır. Oktyabrın 1-nə olan …

Read More »

Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Oktyabrın 6-10 tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək. Bu barədə Müdafiə Nazirliyindən (MN) məlumat verilib. Bildirilib ki, nazirlik partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır.

Read More »

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (06.10.2025)

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Boyukmillet.com xəbər verir ki, avronun məzənnəsi 0,03 % artaraq 1,9927 manat, 100 Rusiya rublunun məzənnəsi isə 0,2 % artaraq 2,0663 manat təşkil edib. ValyutaMəzənnə1 ABŞ dolları1,70001 Avro1,9927100 Rusiya rublu2,06631 Avstraliya dolları1,12241 Belarus rublu0,55921 Bolqarıstan levi1,01901 BƏƏ dirhəmi0,4628100 Cənubi Korea vonu0,12031 Çexiya kronu0,08221 Çin …

Read More »

Qəzzada aclıqdan ölənlərin sayı 460-a çatıb

Son 24 saat ərzində İsrail qüvvələrinin hərəkətləri nəticəsində ən azı 65 fələstinli həlak olub, daha 153 nəfər yaralanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Qəzzanın Səhiyyə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, münaqişə nəticəsində həlak olan qəzzalıların ümumi sayı 67 139 nəfərə çatıb, 170 000-ə yaxın yaralı var. Səhiyyə Nazirliyi onu da vurğulayıb ki, son 24 saat ərzində daha bir …

Read More »

Yaxın Şərqdə sülh prosesinin birinci mərhələsi bu həftə başa çatacaq

Bir həftə ərzində ABŞ prezidenti Donald Trampın İsrail-Fələstin münaqişəsinin həlli və Fələstinin HƏMAS radikal hərəkatının əlində olan girovların azad edilməsini davam etdirən planının birinci mərhələsi başa çatacaq. Boyukmillet.com-un məlumatına görə, amerikalı lider bunu Virciniya ştatında ABŞ Hərbi Dəniz Qüvvələrinin şərəfinə keçirilən paradda deyib. Tramp qeyd edib ki, o, danışıqlar aparan tərəflərdən tez hərəkətə keçməyi xahiş edib: “Vaxt tükənir. Əks halda …

Read More »

Avstraliyada kişi evinin pəncərəsindən insanlara 100-dən çox atəş açıb

Avstraliyanın cənub-şərq sahilində yerləşən Sidney şəhərində öz mənzilindən atəş açan yaşlı kişi saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Sky News Australia” xəbər yayıb. Qeyd olunub ki, hadisə nəticəsində ən azı 16 nəfər yaralanıb, bir neçə avtomobilə, o cümlədən taksi və polis maşınına ziyan dəyib. İri çaplı tüfəngdən ətrafa 100-dən çox atəş açan kişi artıq həbs edilib. Onun evindən bir …

Read More »

Britaniyadan casuslarla bağlı Çinə jest

Britaniya hakimiyyət orqanları Çinlə yaxşı ticarət və diplomatik münasibətləri saxlamaq məqsədilə bu ölkə üçün casusluqda şübhəli bilinən şəxslərin təqibindən imtina ediblər. Boyukmillet.com xəbər verir ki, bu barədə “Financial Times” mənbələrə istinadən məlumat yayıb. Qeyd olunub ki, ölkə Prokurorluğu iki britaniyalıya qarşı Çinin xeyrinə Rəsmi Sirrlər Qanununu pozduqları üçün ittihamları ləğv edib. Bu iş 2024-cü ilin aprelində açılıb. Kristofer Berri və …

Read More »

Paşinyan kabab çəkib videosunu paylaşdı, Ermənistanda narazılıq doğurdu – VİDEO

Ermənistanın baş naziri Nikol Paşinyan şənbə günü Göyçə gölü (Sevan) sahilində kabab bişirərkən çəkdiyi videonu sosial media hesabında paylaşıb. Boyukmillet.com xəbər verir ki, kadrda Paşinyan ailəsi ilə birlikdə göl mənzərəli villada istirahət edir və kabab hazırlayır. Baş nazirin bu paylaşımı ölkə ictimaiyyətində böyük narazılıq doğurub. Onun paylaşımına yüzlərlə erməni vətəndaş etiraz və tənqid dolu şərhlər yazıb. Sosial şəbəkə izləyicilərinin çoxu yazır …

Read More »

Gürcüstanda təxribat üçün nəzərdə tutulmuş silah və partlayıcı maddələr aşkarlanıb

Gürcüstanın hüquq-mühafizə orqanlarının əməkdaşları Tbilisi yaxınlığında oktyabrın 4-də baş vermiş iğtişaşlarda istifadə üçün nəzərdə tutulmuş külli miqdarda silah-sursat anbarı aşkar ediblər. Boyukmillet.com xəbər verir ki, bunu brifinqdə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) rəhbərinin birinci müavini Laşa Maqradze deyib. Onun sözlərinə görə, xidmətin məlumat əsasında apardığı əməliyyat-axtarış tədbirləri zamanı külli miqdarda odlu silah, döyüş sursatı, detonatorlu partlayıcı maddə aşkar edilib. “Təhlükəsizlik …

Read More »