Bu gün dünya şöhrətli azərbaycanlı alim, görkəmli elm xadimi, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin doğum günüdür. Boyukmillet.com xatırladır ki, alimin anadan olmasının 102-ci ildönümüdür. Qeyd edək ki, Lütfi Zadə (Lütfəli Rəhim oğlu Ələsgərzadə) 1921-ci il fevralın 4-də Bakı şəhərində anadan olub. O, 1944-cü ildə Tehran Universitetini elektrik mühəndisliyi ixtisası üzrə bitirib. 1944-cü ildən 1959-cu ilə qədər Massaçusets Texnologiya İnstitutunda və …
Read More »Xankəndi-Laçın yolunda sülhməramlılara məxsus 3 avtomobil maneəsiz hərəkət edib
Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 3 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb. “Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub. Belə ki, 1 minik və 2 yük maşını Xankəndidən Laçın istiqamətinə maneəsiz hərəkət edib. Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar …
Read More »BQXK-nin avtomobilləri Xankəndidən Laçın istiqamətinə maneəsiz keçib
Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus 8 avtomobilin hərəkət etməsinə şərait yaradılıb. “Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub. Belə ki, 7 minik və 1 yük avtomobili Xankəndidən Laçın istiqamətinə keçid edib. Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət …
Read More »Moldova Rumıniya vasitəsilə Azərbaycandan qaz almaq niyyətindədir
Moldova Azərbaycanın SOCAR və Rumıniyanın “Romgaz S.A.” şirkətləri arasında imzalanmış saziş sayəsində Rumıniya vasitəsilə Azərbaycandan qaz almaq niyyətindədir. Boyukmillet.com xəbər verir ki, bu barədə Moldova parlamentinin spikeri, hakim Fəaliyyət və Həmrəylik Partiyasının rəhbəri İqor Qrosu “TVR Moldova”nın efirində deyib. “Bu sazişə əsasən, Azərbaycan qazı Türkiyədən keçməklə Trans-Balkan qaz kəmərinə və Rumıniyaya keçəcək. Bu, Moldovanın onu satın almasına imkan verəcək. Biz …
Read More »Zəfər tarixinin qəhrəmanlarından biri-Goranboylu İŞ ADAMI
Haqqında söhbət açacağımız Mustafayev Fəxrəddin Abbas oğlu 7 aprel 1958-ci ildə Goranboy rayonunun Qarasüleymanlı kəndində anadan olub. Goranboy rayonunda orta məktəbi müvəffəqiyyətlə bitirib, texnikumda avtomobil nəqliyyatının istismarı üzrə təhsil alıb. Bundan sonra Kənd Təsərrüfatı Akademiyasının idarəetmə fakültəsini bitirib. Vətəninə, xalqına yararlı vətəndaş olmağa çalışan Fəxrəddin Mustafayev Birinci Qarabağ müharibəsi dövründə 43 nəfərlə billikdə vətənin müdafiəsinə qalxıb. Nizami ordunun olmadığı, silah-sursatın …
Read More »İstanbulda avtobus qəzasında yaralanan Azərbaycan vətəndaşı ölüb
Türkiyənin İstanbul şəhərinin Bağçalıevlər rayonunda marşrut avtobusunun dayanacaqda gözləyən sakinlərə, daha sonra isə mikroavtobusa çırpılması nəticəsində yaralanan Azərbaycan vətəndaşı Əhməd Rzayev həkimlərin müdaxiləsinə baxmayaraq, dünyasını dəyişib. Boyukmillet.com xəbər verir ki, beləliklə, hadisədə ölənlərin sayı 2-yə yüksəlib, yaralıların sayı isə 4 olub. Xatırladaq ki, hadisə ötən gün baş verib.
Read More »Şarl Mişel: “Biz Kremldən qorxmuruq”
“Bu gün biz açıq şəkildə 2 şeydən danışırıq. Birincisi, Prezident Zelenskiyə və Ukrayna xalqına mesajdır ki, Avropa İttifaqı ukraynalıları bütün istiqamətlərdə dəstəkləyəcək”. Boyukmillet.com xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel bu gün Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında deyib. “Biz qorxu hiss etmirik və Kremldən qorxmuruq, çünki Ukrayna və Aİ bir ailədir. İkincisi, …
Read More »Türkmənistan milli təhlükəsizlik naziri və Ali Məhkəmənin sədri vəzifələrindən azad ediliblər
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Ali Məhkəmənin sədri Quvançmırat Ussanepesovu və milli təhlükəsizlik naziri polkovnik Qurbanmirat Annaevi tutduqları vəzifələrdən azad edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkmənistan dövlət televiziyası məlumat yayıb. Bildirilib ki, məmurlar başqa işə keçidlə əlaqədar işdən çıxarılıb. S.Berdiməhəmmədov müvafiq sərəncam Türkmənistan Dövlət Təhlükəsizlik Şurasının 2022-ci ildə hüquq-mühafizə orqanlarının işinin yekunlarına həsr olunmuş iclasında imzalayıb.
Read More »Azərbaycan Gimnastika Federasiyasının XIII Ümumi Yığıncağı keçirilib
Azərbaycan Gimnastika Federasiyasının (AGF) XIII Ümumi Yığıncağı keçirilib. AGF-dən “Report”a verilən məlumata görə, tədbir Milli Gimnastika Arenasında baş tutub. Hesabat xarakteri daşıyan yığıncaqda qurumun İcra Komitəsinin üzvləri, təsisçi qurumların və federasiya üzvlərinin nümayəndələri iştirak ediblər. İclasda federasiyanın Baş katibinin 2022-ci ildə gimnastika idman növlərində əldə olunan nailiyyətlər, paytaxtda keçirilən beynəlxalq yarışlar, bölgələrdə yeni gimnastika bölmələrinin fəaliyyəti və AGF-in beynəlxalq arenadakı uğurlarından …
Read More »Xankəndi-Laçın yolundakı aksiya davam edir: etirazçılar yüksək fəallıq nümayiş etdirirlər
Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası ruh yüksəkliyi ilə davam edir. Boyukmillet.com xəbər verir ki, soyuq və şaxtalı hava şəraitinin müşahidə olunmasına baxmayaraq, aksiya iştirakçıları axşam saatlarında da yüksək fəallıq nümayiş etdirirlər. Onlar aksiyanın keçirildiyi ilk gündən etibarən dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar. Ekofəallar və gənc könüllülər dəyişməz şüarları ilə Azərbaycan …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar