“Cənubi Qafqazda çoxtərəfli əməkdaşlıq davam edir”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib Onun sözləinə görə, Azərbaycan, Gürcüstan və İranla əməkdaşlıq edir: “Ümid edirik ki, gələcəkdə Ermənistan da bizə qoşular. Beləliklə, orta dəhlizin əhəmiyyəti daha da artar”. M.Çavuşoğlu bildirib ki, Türk Dövlətləri Təşkilatı kifayət qədər nüfuzlu təşkilatdır: “Bir çox dövlət bu təşkilatın üzvü olmaq istəyir”
Read More »Azərbaycanda İranın casus şəbəkəsinə qarşı əməliyyat keçirilib, 7 nəfər saxlanılıb
Bu gün Azərbaycanda İranın casus şəbəkəsinə qarşı xüsusi əməliyyat keçirilib. Boyukmillet.com-un məlumatına görə, Daxili İşlər Nazirliyi (DİN) tərəfindən əməliyyat keçirilən məkanlar arasında “SalamNews” informasiya agentliyi və “İnteraz” da var. Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilən xüsusi əməliyyat tədbirləri nəticəsində Bakıda və respublikanın digər bölgələrində 7 nəfər – A. T. Kərimov, E. A. Rəhimov, İ. Ə. Ələkbərov, M. N. Cəfərov, …
Read More »Azərbaycanda ictimai nəqliyyatda diferensial tariflər tətbiq olunacaq
Tarif (Qiymət) Şurasının bu gün keçirilmiş iclasında sosial baxımdan həssas qrupların mənafeyinin qorunması məqsədilə tariflərin diferensiallaşdırılmasının, gediş sayına və vaxt limitinə görə fərqlənən çoxpilləli tariflərin tətbiqinin, gediş haqqının nağdsız qaydada ödənilməsini təmin edən zəruri işlərin qısa müddətdə başa çatdırılmasının zəruriliyi vurğulanıb. Boyukmillet.com xəbər verir ki, iclasda daşıyıcı şirkətlərin müraciətlərinə baxılıb və ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib.
Read More »Azərbaycanda metro və avtobuslarda minimum gediş haqqı 40 qəpiyə çatdırılıb
Tarif (qiymət) Şurasının bu gün keçirilmiş növbəti iclasında daşıyıcı şirkətlərin müraciətlərinə baxılıb və ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib. Boyukmillet.com xəbər verir ki, müraciətlərdə sonuncu tənzimləmədən ötən müddətdə ehtiyat hissələrinin idxal qiymətinin və təmir xərclərinin artmasının sərnişindaşımada maya dəyərinə ciddi təsiri, daşıyıcı şirkətlərin maliyyə vəziyyəti, avtobus parklarının yenilənməsi və xidmətin davamlılığının təmin edilməsi ilə bağlı məsələlərin tarif …
Read More »Azərbaycanda ipoteka kreditləri üzrə müraciətlərin yenidən qəbuluna başlanılır
Fevralın 1-də saat 10:00-dan Azərbaycanda adi ipoteka kreditləri, fevralın 2-də, saat 10:00-dan isə güzəştli ipoteka kreditləri üzrə müraciətlərin yenidən qəbuluna başlanılacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə İpoteka, Kredit və Zəmanət Fondu məlumat yayıb. Məlumata görə, “Elektron ipoteka və kredit zəmanət” sistemindən istifadənin daha da asanlaşdırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə əlavə tədbirlər görülüb. İpoteka kreditlərinin verilməsi şərtləri …
Read More »Azərbaycan Beynəlxalq Məhkəməyə Ermənistanın minalar yerləşdirməsi ilə bağlı yeni faktlar təqdim edib
“Azərbaycanın Beynəlxalq Məhkəmədə Ermənistana qarşı iddia qaldırmasında məqsəd erməni tərəfinin yerləşdirdiyi minaların partlaması nəticəsində azərbaycanlıların qətlə yetirilməsinə və əlil olmasına son qoymaqdır”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Beynəlxalq Ədalət Məhkəməsində keçirilən dinləmələrdə çıxışı zamanı deyib. “Azərbaycan bu gün yalnız bir məqsədlə məhkəməyə müraciət edib: 2020-ci ilin noyabrında üçtərəfli bəyanatın imzalanmasından sonra Ermənistanın yerləşdirdiyi …
Read More »Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın Ermənistana qarşı iddiası üzrə dinləmələr başlayıb
Birləşmiş Millətlər Təşkilatının (BMT) Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın Ermənistana qarşı iddiası üzrə dinləmələr başlayıb. Boyukmillet.com xəbər verir ki, bu, Ermənistan tərəfindən azərbaycanlıların hüquqlarının qəsdən pozulmasına cavab olaraq “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiya çərçivəsində təxirəsalınmaz tədbirlərin görülməsi məqsədilə Azərbaycan tərəfinin qaldırdığı ikinci iddiadır. Dinləmələr Haaqadakı Sülh Sarayında keçirilir. Prosesə hakim Coan Donohyu sədrlik edir. Xatırladaq ki, 2021-ci …
Read More »DTX: “İrandakı terror hadisəsi ilə bağlı rəsmi mənbələrə istinad olunmayan məlumatlar yayımlanır”
Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) Azərbaycanın İrandakı Səfirliyində törədilmiş terror aktı ilə bağlı cinayət işi üzrə araşdırmalar davam etdirilir. Boyukmillet.com-un xəbərinə görə, DTX-nin saytında yer alan açıqlamada bildirilib ki, həmin hadisə barədə araşdırmalara dair dəqiqləşdirilməmiş və rəsmi mənbələrə istinad edilməyən məlumatların yayımlanması istintaqın aparılmasına mane olmaqla əhali arasında çaşqınlığa və şayiələrin yayılmasına səbəb olur: “İranda baş vermiş hadisə ilə əlaqədar dövlət …
Read More »Azərbaycan XİN İrana səyahət etmək istəyənlərə xəbərdarlıq edib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İrana səyahət etmək istəyənlərə xəbərdarlıq edib. Boyukmillet.com-un xəbərinə görə, nazirliyin yaydığı xəbərdarlıq mətnində deyilir: Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İrandakı Səfirliyinə qarşı silahlı terror hücumu olub. Terror aktı nəticəsində səfirliyin mühafizə xidmətinin rəhbəri Əsgərov Orxan Rizvan oğlu şəhid olub və iki nəfər yaralanıb. İran İslam Respublikasındakı qeyri-sabit vəziyyət və …
Read More »Pakistanda məsciddəki partlayışda ölənlərin sayı 90-a çatıb
Pakistanın Peşavar şəhərində yerləşən məsciddə baş verən partlayış nəticəsində ölənlərin sayı 90 nəfərə çatıb. Boyukmillet.com xəbər verir ki, 200-dən çox insan xəsarət alıb. Bir neçə nəfərin durumu ağır olaraq qalır, yaralıların müalicəsi isə davam etdirilir. Xatırladaq ki, yanvarın 30-da Pakistanın şimal-qərbində, Peşavar şəhərində yerləşən məsciddə terror aktı baş verib. Məlumata görə, polis və hərbçilər də daxil olmaqla insanların sıx olduğu …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar