Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində hərbi yol polisinin bir qrup şəxsi heyəti ilə təlim-metodiki toplantı keçirilib. Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib. Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Təlim-metodiki toplantıda sürücülər tərəfindən yol hərəkəti qaydalarına əməl …
Read More »Qubada 2 nəfər sürücü narkotikin təsiri altında avtomobil idarə edərkən saxlanılıblar
Qubada 2 nəfər sürücü narkotikin təsiri altında avtomobil idarə edərkən saxlanılıblar. DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan “Report”a verilən məlumata görə, Quba rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı “VAZ-2107” markalı nəqliyyat vasitəsinin sürücüsü Laçın Manafov və “NİVA” markalı avtomobilin sürücüsü Emin Daşdəmirov yol hərəkəti qaydalarını kobud şəkildə pozduqlarına görə Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən nəzarət-yoxlama …
Read More »Bakıda itkin düşən şəxs psixiatrik xəstəxanaya yerləşdirilib
Bakıda itkin düşən şəxs psixiatrik xəstəxanaya yerləşdirilib. Boyukmillet.com xəbər verir ki, yanvarın 26-da paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsi, A.İsmayılov küçəsi ev 21 ünvanında yaşayan 1988-ci il təvəllüdlü Z.Hüseynov yaşadığı ünvandan çıxaraq geri qayıtmayıb. Faktla bağlı Səbail RPİ-nin 8-ci PB-nin əməkdaşları tərəfindən aparılmış axtarış zamanı müəyyən edilib ki, Z.Hüseynov 1 saylı psixiatrik xəstəxanaya yerləşdirilib və hazırda orada müalicə alır.
Read More »Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
Azərbaycanın Müdafiə Nazirliyi həftəlik icmalını yayıb. Boyukmillet.com nazirliyə isitnadən icmalı təqdim edir:
Read More »İsmayıllı sakinlərindən 3 tüfəng götürülüb
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatla bağlı keçirilən əməliyyatlar nəticəsində rayon sakinlərindən ov tüfəngləri aşkarlanaraq götürülüb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan “Report”a verilən məlumata görə, rayon sakinləri- Bədəl Əliyev, Vüqar Nuriyev və Fəxrəddin Əliyevdən müvafiq sənədləri olmayan “İJ”, eləcə də “TOZ” markalı tüfənglər aşkar edilib. Həmin şəxslər barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib.
Read More »Sabahın hava proqnozu açıqlanıb
Bakıda və Abşeron yarımadasında yanvarın 30-da dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən “Report”a verilən məlumata görə, lakin gecə və səhər bəzi yerlərdə zəif duman, çiskinli olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-5° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 % …
Read More »Sonun başlanğıcı – Axırını tezləşdirən Tehran rejimi
İran hakimiyyəti 1979-cu ildən bəri buraxdığı səhvlərin cavabını alır. Molla rejimi iqtidara gələndən nəinki bölgə, eləcə də dünya üçün təhlükə mənbəyi olub. İslam inqilabının ilk illərində bu rejim az qala dünyanın yarısına ölüm elan etmişdi: “Amerikaya ölüm!”, “İsrailə ölüm!”, “İngiltərəyə ölüm!”. Bir müddət sonra isə daha da irəli gedərək Kərbəla və Nəcəfi azad etmək iddiası ilə İraqa qarşı müharibəyə başladı. …
Read More »İsraildə terrordan sonra vətəndaşların silah alması asanlaşdırılacaq
Yeni terror aktlarından sonra İsrail hökuməti vətəndaşların silah əldə etmələrini asanlaşdırmaqla ekstremizmlə mübarizə tədbirlərini gücləndirmək qərarına gəlib. Bu barədə “Report” Baş nazir Benyamin Netanyahunun ofisinin bəyanatına istinadən xəbər verir. Netanyahu vurğulayıb ki, İsrail Qüdsdəki terror hücumlarına sərt, sürətli və dəqiq cavab verəcək. Nazirlər Kabinetinin Təhlükəsizlik Məsələləri üzrə keçirilən iclasının yekununda qəbul edilən qərara əsasən, qanuna tabe olan israillilər üçün silah …
Read More »“Taliban” qızların qəbul imtahanlarında iştirakını qadağan edib
Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” hərəkatı qızların ali məktəblərə qəbul imtahanlarında iştirakını qadağan edib. Boyukmillet.com xəbər verir ki, ölkənin Ali Təhsil Nazirliyi bütün özəl ali məktəblərə və təhsil müəssisələrinə qızların qəbul imtahanlarına buraxılmasının qarşısını almağı əmr edib. Qeyd edək ki, “Taliban” ölkədə hakimiyyəti ələ keçirdikdən sonra qadınların ali və orta təhsilə çıxışını məhdudlaşdırmaq üçün sistemli şəkildə işlər görür.
Read More »Pakistanda qəzaya düşən avtobus yanıb, 41 sərnişin ölüb
Pakistanın Bəlucistan əyalətində avtobusun qəzaya uğraması nəticəsində azı 41 nəfər həlak olub. Boyukmillem.com xəbər verir ki, bu barədə “Dawn” qəzeti məlumat yayıb. Qeyd olunub ki, Kvettadan Kəraçi şəhərinə hərəkət edən və içərisində 48 sərnişinin olduğu avtobus magistral yolda körpünün dayağına çırpılaraq xəndəyə düşüb və yanıb. İlkin məlumata görə, qəza avtobus sürücüsünün sürət həddini aşması səbəbindən baş verib.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar