Cümə axşamı , 9 Aprel 2026

autor

Azərbaycan neftinin qiyməti 90 dollara yaxınlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,45 ABŞ dolları, yaxud 0,55 % artaraq 89,94 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərraclarda “Brent” markalı neftin mart fyuçersləri 87,28 ABŞ dollarına satılıb. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti …

Read More »

Rusiya ötən ilin oktyabrından bəri Ukraynaya 728 raket hücumu həyata keçirib

Rusiya ötən ilin oktyabrından bu il yanvarın 26-dək Ukrayna ərazisinə, təxminən, 728 raket buraxıb. Boyukmillet.com xəbər verir ki, məlumatı UNIAN yayıb. Bildirilib ki, Rusiya Ukrayna ərazisinə 2022-ci il oktyabrın 10-11-də 111 raket, oktyabrın 17-22-də 49, oktyabrın 31-də 50, noyabrın 15-17-də 120, noyabrın 23-də 70, dekabrın 5-də 70, dekabrın 16-da 76, dekabrın 29-31-də 89, 2023-cü il yanvarın 14-də 38, yanvarın 26-da …

Read More »

Xankəndi-Laçın yolunda aksiya 47 gündür davam edir

Havanın soyuq və şaxtalı olmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası qırx yeddi gündür davam edir, gənc aktivistlər gün ərzində olduğu kimi, yüksək fəallıq göstərirlər. “Report”un aksiyanı işıqlandıran əməkdaşı xəbər verir ki, 2022-ci il dekabrın 12-də səhər saatlarından başlayan aksiya ötən gecə boyu da davam edib. Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl …

Read More »

Dövlət Departamenti: “ABŞ Azərbaycan-Ermənistan sülh danışıqlarına sadiqdir”

“ABŞ Azərbaycan-Ermənistan sülh danışıqlarına sadiqdir”. Boyukmillet.com xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel brifinqdə deyib. “Biz tərəfdaşların, o cümlədən Avropa İttifaqının regionda etimadın yaradılması və Ermənistanla Azərbaycan arasında birbaşa dialoq üçün əlverişli mühitin təmin edilməsi istiqamətində səylərini alqışlayırıq. Biz bilavasitə bütün tərəfdaşlarımızla və effektiv olduqda regiondakı tərəfdaşlarımızla sıx işləməyə davam edirik”, – xarici siyasət idarəsinin nümayəndəsi vurğulayıb.

Read More »

Bakıda Aİ Nümayəndəliyinin 15 illiyi münasibətilə konsert təşkil edilib

Beynəlxalq Muğam Mərkəzində Avropa İttifaqının (Aİ) Bakıdakı nümayəndəliyinin açılmasının 15 illiyi qeyd edilib. Boyukmillet.com xəbər verir ki, bununla əlaqədar konsert təşkil olunub. Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko açılış nitqində Aİ-nin Azərbaycandakı ofisinin ölkənin dövlət orqanları, müxtəlif qurumları və digər strukturları ilə əməkdaşlığı fəal şəkildə inkişaf etdirdiyini bildirib. O, həmçinin Avropa İttifaqının yüksək səviyyəli rəsmilərinin, yəni Avropa Şurasının rəhbəri Şarl Mişelin …

Read More »

Sabirabadda axtarışda olan 34 yaşlı kişinin meyiti tapılıb

Sabirabadda axtarışda olan 34 yaşlı kişinin meyiti tapılıb. Boyukmillet.com xəbər verir ki, Saatlı rayonunun Cəfərxan kənd sakini, 1989-cu il təvəllüdlü Şükürov Sübhan Ümidvar oğlunun meyiti Sabirabad rayonunun Qaratəpə kəndi ərazisində aşkar edilib. İlkin məlumata görə, S. Şükürov yanvarın 24-də evdən çıxıb bir daha qayıtmayıb. Onun tapılması istiqamətində axtarışlar aparılırmış. Mərhumun ruhu xəstə olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Read More »

Müvəqqəti işlər vəkili: “Hindistan Azərbaycanla ticarət əlaqələrini genişləndirməyə çalışır”

“Hindistan Azərbaycanla ticarət əlaqələrini genişləndirməyə ümid edir”. Boyukmillet.com xəbər verir ki, bunu Hindistanın Azərbaycandakı müvəqqəti işlər vəkili Vinay Kumar ölkənin Respublika Gününün 74 illiyi münasibətilə keçirilmiş tədbirdə deyib. Onun sözlərinə görə, iki ölkə arasında ticarət dövriyyəsinin həcmi əhəmiyyətli dərəcədə artaraq 2005-ci ildəki təqribən 50 milyon ABŞ dollarından 2021-ci ildə 739 milyon ABŞ dollarına çatıb, 2022-ci ildə isə artım davam edib …

Read More »

İsmayıllı sakinlərindən qanunsuz ov tüfəngləri götürülüb

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatla bağlı keçirilən əməliyyatlar nəticəsində rayon sakinlərindən müxtəlif markalı ov tüfəngləri aşkarlanaraq götürülüb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən “Report”a məlumata görə, müvafiq icazələri olmayan şəxslər tərəfindən mülki silahın saxlanılması, daşınması və satılması hallarının qarşısının alınması məqsədilə son iki gün ərzində keçirilən tədbirlər zamanı rayon sakinləri – Asiman Gərayev, …

Read More »

Azərbaycan və Türkiyə BTQ üzrə yük daşımalarını optimallaşdıracaq

Azərbaycan və Türkiyə Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yük daşımalarının optimallaşdırılması istiqamətində zəruri addımların atılmasını razılaşdırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə razılıq “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmovun TCDD Taşımaçılık şirkətinin nümayəndə heyəti ilə görüşündə əldə edilib. “Bu gün TCDD Taşımaçılık şirkətinin nümayəndə heyəti ilə görüşdük. Türkiyəli həmkarlarla Transxəzər Beynəlxalq Nəqliyyat marşrutu çərçivəsində birgə fəaliyyət proqramını geniş …

Read More »

Türkiyədə Azərbaycanın maddi-mədəni irsi təqdim olunub

Türkiyənin İstanbul şəhərində “Yıldız sarayı foto kolleksiyasında XIX əsr türk dünyasının mədəni irsi” adlı fotosərgi çərçivəsində Azərbaycanın maddi-mədəni irsi təqdim olunub. Boyukmillet.com xəbər verir ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təqdim etdiyi sərgi üçün Yıldız sarayının kolleksiyasından Osmanlı Sultanı II Əbdülhəmidin dövründə çəkilmiş 75 fotoşəkil seçilib. Bu kolleksiya 918 albom və 36 585 fotoşəkildən ibarət dünyanın ən zəngin foto …

Read More »