Cümə axşamı , 9 Aprel 2026

autor

FHN Bakı metrosunda təlim keçirəcək

Bu gün gecə saat 01:00 radələrində Fövqəladə Hallar Nazirliyi ilə “Bakı Metropoliteni” QSC metronun “28 May” stansiyasında “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı fəaliyyətin təşkili” mövzusunda birgə taktiki təlim keçirəcək. Boyukmillet.com xəbər verir ki, təlimə FHN-in xüsusi təyinatlı texnikaları və şəxsi heyətinin cəlb olunması nəzərdə tutulur.

Read More »

Azərbaycan Yüksək Liqası: “Neftçi” MOİK-ə qalib gəlib

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında III tura start verilib. Boyukmillet.com xəbər verir ki, Voleybol Mərkəzində baş tutan açılış oyununda “Neftçi” klubu MOİK-lə üz-üzə gəlib. Qarşılaşma “ağ-qaralar”ın 3:0 (25:19, 25:19, 25:15) hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, bu qələbə ilə ilk 3 xalını qazanan “Neftçi” turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. Aktivində 6 xalı olan “Murov” birinci, 3 xala sahib “Xarı bülbül” …

Read More »

Xankəndi-Laçın yolunda etiraz davam edir, aksiyaçılar dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar

Hazırda havanın soyuq və şaxtalı olmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası axşam saatlarında da davam edir, dinc etirazçılar aksiyanın keçirildiyi ilk gündən etibarən dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar. Boyukmillet.com xəbər verir ki, ekofəallar və gənc könüllülər dəyişməz şüarları ilə Azərbaycan cəmiyyətinin haqlı narazılığını dilə gətirir, ekoloji terrora son qoyulmasını, …

Read More »

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı istefalarla bağlı məlumatlara münasibət bildirib

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) istefalarla bağlı məlumatlara münasibət bildirib. Boyukmillet.com xəbər verir ki, ARKİ-nin Nizamnaməsinə əsasən səbəbindən asılı olmayaraq istənilən üzv olan şəxs istənilən vaxt üzvlükdən imtina etməklə əlaqədar ərizə ilə müraciət edə bilər. “Mətbuatda adları təqdim edilən ARKİ-nin bəzi üzvlərinin üzvlükdən imtina etməsi ilə əlaqədar bildiririk ki, üzvlükdən imtina ilə əlaqədar ARKİ-yə heç bir müraciət daxil olmayıb. Adları …

Read More »

Ağdam-Füzuli avtomobil yolunun inşası sürətlə davam etdirilir

2021-ci il oktyabr ayında təməli qoyulmuş Ağdam-Füzuli avtomobil yolunun inşası sürətlə davam etdirilir. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Məlumata görə, uzunluğu 64,8 km, hərəkət hissəsinin eni 15 metr təşkil edəcək yol 4 hərəkət zolaqlı olmaqla tikilir. Yol çiyinlərinin eni hər bir istiqamətdə 3,75 metr, ayırıcı zolağın eni 2 metr olmaqla yol yatağının …

Read More »

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının əsas məqamları açıqlanıb

Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının 26 yanvar 2023-cü ildə keçirilmiş iclasında “Qayıdış Konsepsiyası”nın layihəsinə baxılmışdır. Sənəd layihəsi səsə qoyularaq təsdiq edilib. Boyukmillet.com xəbər verir ki, daha sonra Konsepsiya İcmanın əsas orqanlarının genişləndirilmiş birgə iclasına təqdim edilib. İdarə Heyətinin sədri bildirib ki, “Qayıdış Konsepsiyası” əsas məramı indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz yurdlarına sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasını …

Read More »

Mövlud Çavuşoğlu: “İsveç NATO-ya üzv olmağı istəyib-istəmədiyini konkretləşdirməlidir”

“İsveç artıq radikallığı seçibsə, İslama qarşı çıxırsa, bu, onun öz işidir”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Türkiyəyə nəyisə izah etməyə ehtiyac yoxdur: “İsveç NATO-ya üzv olmağı istəyib-istəmədiyini konkretləşdirməlidir. Ümumiyyətlə, İsveçdəki hadisənin məqsədi bu ölkənin Alyansa üzvlüyünə mane olmaqdır”. M.Çavuşoğlu hesab edir ki, İsveçin NATO-ya üzvlük yoluna mina düzülür: …

Read More »

Misir Mərdanov: “Qərbi Azərbaycana Qayıdış İcması işini bundan sonra işini daha da sürətləndirəcək”

“Qərbi Azərbaycana Qayıdış İcması işini bundan sonra işini daha da sürətləndirəcək”. Boyukmillet.com xəbər verir ki, bunu Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri Misir Mərdanov bu gün keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, bu günü görən hər bir Azərbaycan vətəndaşı özünü xoşbəxt saymalıdır: “Bu addımı atmağımızda bizi dəstəkləyən Prezident İlham Əliyevə icmamız adından öz minnətdarlığımızı bildiririk”. “Fikrimcə, icma bundan sonra işini …

Read More »

Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında əsasnamə hazırlanacaq

Nazirlər Kabineti “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanunun 5.3-cü maddəsinə uyğun olaraq, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında əsasnamə layihəsini üç ay müddətində hazırlayıb Prezident İlham Əliyevə təqdim etməlidir. Boyukmillet.com xəbər verir ki, bu, dövlət başçısının bu gün imzaladığı “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” 2 dekabr 2022-ci il tarixli qanunun tətbiqi və “Kiçik …

Read More »

Nazirlərin fevral ayı üçün vətəndaş qəbulu cədvəli açıqlanıb – SİYAHI

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2023-cü ilin fevral ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəli açıqlanıb. Boyukmillet.com xəbər verir ki, vətəndaşların qəbulu müəyyən edilmiş günlərdə saat 10:00-da başlayır. Qəbul cədvəlini təqdim edirik: Qəbulun keçirildiyişəhər, rayonƏhatə olunanşəhər və rayonlarQəbulu keçirən mərkəzi icra hakimiyyəti orqanı və idarəetmə qurumuQəbulun keçirildiyigünİmişliİmişli, Sabirabad, Saatlı, Beyləqan, Füzuli, Xocavəndrəqəmsal inkişaf və …

Read More »