Cümə axşamı , 9 Aprel 2026

autor

Əli Əhmədov “Şərəf” ordeni ilə təltif edilib

Əli Cavad oğlu Əhmədov “Şərəf” ordeni ilə təltif edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, o, Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə təltif olunub. Qeyd edək ki, Ə.Əhmədov 1953-cü il yanvarın 27-də anadan olub. Sabah onun 70 yaşı tamam olur. Ə.Əhmədov Yeni Azərbaycan Partiyası Sədrinin müavini və Azərbaycan Baş …

Read More »

Azərbaycan Prezidenti: “Cənub Qaz Dəhlizi bütöv bir regionun inkişafına töhfə verir”

Cənub Qaz Dəhlizi ölkələrimizi birləşdirir və bütöv bir regionun inkişafına töhfə verir. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 26-da Yunanıstan Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Xristos Kapodistriasın etimadnaməsini qəbul edərkən deyib. Cənub Qaz Dəhlizinin ümumi maraq kəsb edən layihə olduğunu bildirən dövlət başçısı, həmçinin Yunanıstanın Azərbaycan qazının digər Avropa ölkələrinə çatdırılmasında tranzit ölkə …

Read More »

“Müstəqil Azərbaycan dövləti Heydər Əliyevin gərgin zəhmətinin, qətiyyətli siyasətinin bəhrəsidir” – RƏY

“Müstəqil Azərbaycan dövləti Ulu Öndər Heydər Əliyevin gərgin zəhmətinin, qətiyyətli siyasətinin bəhrəsidir”. Bu sözləri “Report”a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. Onun sözlərinə görə, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı Azərbaycan tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi daxil …

Read More »

Şahin Bağırov Goranboyda vətəndaşları qəbul edib

Bu gün Dövlət Gömrük Komitəsi (DGK) sədrinin I müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov Goranboy şəhərində vətəndaşları qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə DGK məlumat yayıb. Məlumata görə, Komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Goranboy, Xocalı rayonları və Naftalan şəhər sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən işə qəbul, idxal-ixrac əməliyyatları və digər gömrük məsələləri …

Read More »

Vilayət Eyvazov Qəbələdə sıra baxışı keçirib

Azərbaycanın daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq yanvarın 25-də və 26-da Qəbələ Rayon Polis Şöbəsində (RPŞ) növbəti qəbul keçirib. Boyukmillet.com xəbər verir ki, nazir əvvəlcə Qəbələ şəhərindəki ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad edib. Sonra RPŞ-nin inzibati binasında Şəki, Balakən, Qax, Oğuz, Zaqatala və Qəbələ şəhər …

Read More »

Ayxan Abbasov “Qarabağ”la oyun haqqında: “Nə etsək də, o qol sayılmayacaqdı”

“Meydançada iki top olduğundan, nə etsək də, o qol sayılmayacaqdı”. Bunu “Report”a açıqlamasında “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov “Qarabağ”a 2:3 hesabı ilə məğlub olduqları Azərbaycan Premyer Liqasının XIX tur matçının 59-cu dəqiqəsində sərbəst zərbə zamanı vurduqları qolun hesaba alınmaması ilə bağlı danışarkən deyib. Görüşdə hesab 1:2 olarkən “Qarabağ”ın müdafiəçisinin geriyə ötürməsi zamanı qapıçı topa əllə müdaxilə etdiyi üçün baş hakim …

Read More »

Hacıqabul gölünün bərpası ilə bağlı İşçi Qrup yaradılacaq

“Hacıqabul gölünün mövcud vəziyyəti və bərpası ilə bağlı İşçi Qrup yaradılacaq”. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib. Onun sözlərinə görə, göl quruyub və ətrafındakı torpaqlardan başqa məqsədlər üçün istifadə olunur: “Artıq Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə müəyyən danışıqlar aparılıb. Məsələ ilə bağlı İşçi Qrup yaradılacaq və arayış hazırlanacaq. Ötən …

Read More »

Ermənilərin dəyişdirdikləri Azərbaycan toponimləri ilə bağlı tədqiqatlara başlanılıb

Ermənilərin dəyişdirdikləri Azərbaycan toponimləri ilə bağlı tədqiqatlara başlanılıb. Boyukmillet.com xəbər verir ki, bunu Nəsimi adına Dilçilik İnstitutunun Toponimika şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İsmayılov deyib. O, Qərbi Azərbaycanla bağlı aparılacaq tədqiqatlar, görüləcək işlər haqqında məlumat verib: “Azərbaycan Prezidenti İlham Əliyev Qərbi Azərbaycana qayıdışla bağlı səsləndirdiyi fikirlərdə bu torpaqlardan deportasiyaya, soyqırımına məruz qalmış Azərbaycan əhalisinin taleyi ilə bağlı son …

Read More »

Ermənilərə yeni tapşırıq verəcək missiya – Rusiya və İran, yeni Ermənistanınız mübarək! – ŞƏRH

Ermənistan və ermənilik öz mahiyyətini yenidən göstərməyə başlayıb. Söhbət Ermənistanın baş naziri Nikol Paşinyanın xanımı Anna Akopyanın İranda böyük təmtəraqla qarşılanmasından, onun Azərbaycana qarşı böhtan dolu çıxışlarından, bu ölkənin xarici işlər naziri Ararat Mirzoyanın Avropa İttifaqında keçirdiyi görüşlərdə Azərbaycan və regional məsələlərlə bağlı saxta açıqlamalarından, Ruben Vardanyanın Azərbaycanda quldurluğu davam etdirməsinə Rusiyanın göz yummasından, habelə erməni müxalifəti və liderlərinin çoxsaylı …

Read More »