Cümə axşamı , 9 Aprel 2026

autor

Səfir: “Çanaqqalada şəhid olmuş azərbaycanlılara həsr edilmiş abidənin açılışı yaxın aylarda olacaq”

Çanaqqalada şəhid olmuş azərbaycanlılara həsr edilmiş abidənin açılışı yaxın aylarda olacaq. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Qərbi Azərbaycan İcmasının rəhbər heyəti ilə görüşdə deyib. “Türkiyə Şuşa Bəyannaməsi ilə əlaqələri müttəfiqlik səviyyəsinə çatdırılmış qardaş Azərbaycanın haqlı mübarizəsində hər zaman yanındayıq”, – səfir bildirib. O, bundan sonra da Türkiyənin qardaş Azərbaycanın yanında olacağını vurğulayıb: “Tarixin hər dövründə …

Read More »

Azərbaycanda ötən il vergi ödəyicilərinə 1 milyona yaxın xidmət göstərilib

Vergi ödəyicilərinə xidmət mərkəzlərində 2022-ci il ərzində ümumilikdə 481 032 şəxs qəbul edilib və onlara 910 986 sayda xidmət göstərilib. Boyukmillet.com xəbər verir ki, göstərilən xidmətlərdən 241 mindən çoxu şifahi (vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması), 214 mindən çoxu isə elektron xidmətlər (bəyannamələrin və hesabatların, habelə müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə köməklik göstərilməsi) olub. Ötən il …

Read More »

İstanbulda “Türk dünyası ilə birlikdə böyüyən Türkiyə” adlı seminar keçirilir

Türkiyənin İstanbul şəhərində “Türk dünyası ilə birlikdə böyüyən Türkiyə” adlı seminarın açılışı olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatından (TDT) bildirilib. Qeyd olunub ki, tədbir Əhməd Yəsəvi Universiteti və Türk Dövlətləri Təşkilatının əməkdaşlığı, TDT Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımın rəhbərliyi ilə keçirilir. İclasda Azərbaycan da təmsil olunur.

Read More »

“CinemaPlus”da “Babylon” filminin premyeradan öncə nümayişi keçirilib

“28 Mall” ticarət mərkəzində yerləşən “CinemaPlus” premium kinoteatrında tarixi komediya-dram janrında olan “Babylon” Amerika filminin premyeradan öncə nümayişi keçirilib. Boyukmillet.com xəbər verir ki, film 1920-ci illərin sonlarında, Hollivudun səssiz kinodan səsli kinoya keçidi zamanı, bir çox personajların yüksəlişi və enişindən bəhs edir. Rejissor və ssenari müəllifi Demyen Şazelldir. Baş rollarda Bred Pitt, Marqo Robbi, Dieqo Calva, Cin Smart, Covan Adepo və …

Read More »

Türkiyə PA: “İsveç hakimiyyətindən sözünün üstündə durmasını gözləyirik”

“İsveç hakimiyyətindən sözünün üstündə durmasını gözləyirik”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya idarəsinin rəhbəri Fəxrəddin Altun xarici KİV-ə açıqlamasında deyib. O bildirib ki, İsveç NATO-ya üzv olmaq üçün öhdəliklərini yerinə yetirməlidir: “İsveç Alyansa üzv olmaq istədiyini bildirəndə biz də öz narahatlığımızı ortaya qoyduq. Sonra birlikdə mexanizm yaratdıq. İsveç bəzi addımlar atıb, amma bunlar kifayət deyil”.

Read More »

AQTİ Naxçıvanda çalışmaq üçün işçi axtarır

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) Naxçıvanda çalışmaq üçün işçi axtarır. Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib. Bildirilib ki, AQTİ qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahələrdə çalışmaq istəyən, müvafiq ixtisasa yiyələnmiş ali təhsilli mütəxəssisləri əməkdaşlığa dəvət edir. Namizədlərdən müvafiq sahəyə uyğun ali təhsil və ixtisası üzrə iş təcrübəsi tələb olunur. Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərəcək AQTİ laboratoriyasına entomoloq, fitohelmintoloq, herboloq, virusoloq, …

Read More »

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

Yanvar ayının 23-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Cəlilabad rayonunun Məlikqasımlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb. Bu barədə  DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib. Keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində dövlət sərhəd xətti istiqamətində kolluq ərazidə gizlədilmiş 1 ədəd bağlamada ümumi çəkisi 5 kiloqram …

Read More »

Qərbi Azərbaycan İcmasında Türkiyənin Azərbaycandakı səfiri ilə görüş keçirilib

Qərbi Azərbaycan İcmasında Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı ilə görüş keçirilib. Boyukmillet.com xəbər verir ki, C.Bağcı, səfirliyin müşaviri Zeynep Kıvılcım və lll katib Gencehan Babiş İcmanın binasını ziyarət edib. Görüşdə İcmanın əsas orqanlarının rəhbərləri – İdarə Heyətinin sədri Əziz Ələkbərli, İdarə Heyətinin sədr müavini Ramil Həsən, Müşahidə Şurasının sədri Misir Mərdanov, Ağsaqqallar Şurasının sədri Əhliman Əmiraslanov, Qadınlar Şurasının sədri Məlahət …

Read More »

Xankəndi-Laçın yolunda BQXK-yə məxsus 5 avtomobilin hərəkətinə şərait yaradılıb

Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus 5 avtomobilin hərəkət etməsinə şərait yaradılıb. “Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub. Belə ki, 5 minik avtomobili Xankəndidən Laçın istiqamətinə keçid edib. Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur. Xatırladaq ki, …

Read More »