Cümə axşamı , 9 Aprel 2026

autor

Ukraynanın UNİAN agentliyində 20 Yanvarla bağlı məqalə dərc edib

Ukraynanın UNİAN informasiya agentliyi 1990-cı ildə Sovet İttifaqının Qarabağ məsələsində ədalət tələb edən silahsız insanlara qarşı qoşun yeritdiyi və onlara qarşı vəhşicəsinə davrandığı 20 Yanvar hadisələrindən bəhs edən məqalə dərc edib. “Report”un Şərqi Avropa bürosunun əməkdaşı Mubariz Aslanovun yazdığı məqalədə 20 Yanvar tarixinin Azərbaycan tarixinə hüznlü, eyni zamanda, qəhrəmanlıq səhifəsi kimi yazıldığı qeyd edilir, şəhidlərin öz qanları ilə ölkənin yeni tarixini – qəhrəmanlıq, …

Read More »

Azərbaycanın şimal-qərb rayonlarında 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Qax, Zaqatala, Balakən, Şəki və Oğuz rayonlarında 20 Yanvar şəhidlərinin xatirəsi anılıb. Boyukmillet.com xəbər verir ki, beş rayonda keçirilən anım mərasimlərində yerli icra hakimiyyəti və hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə də idarə, müəssisə və təşkilatların kollektivləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirlər zamanı qeyd olunan rayonların şəhidlərin xatirəsinə ucaldılmış komplekslər və abidələr ziyarət olunub, önlərinə tər qərənfillər düzülüb. Anım mərasimləri zamanı …

Read More »

Ərdoğan Yunanıstanın Baş nazirinə xəbərdarlıq edib: “Səhv addımlar atma”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanın Baş naziri Kiriakos Mitsotakisə xəbərdarlıq edərək, səhv addımlar atmamağa çağırıb. “Bilin! Əgər ölkəmizlə bağlı səhv addım atsanız, o zaman reaksiya özünü çox gözlətməyəcək. Qarşısıalınmaz türklər hərəkətə keçəcək”, – deyə Türkiyə dövlət başçısı vurğulayıb. Ərdoğan bildirib ki, Ankaranın Afinanı “Tayfun” ballistik raketi ilə vurmaq məqsədi yoxdur. “Bu gün Yunanıstanda Türkiyənin Afinaya “Tayfun”la raket zərbəsi endirmə …

Read More »

İSBAM və Türkiyəli qonaqlar Şəhidlər Xiyabanını ziyarət etdi

İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri və Dünya Azərbaycanlıları Konqresi (DAK) İcra Aparatının rəhbəri Samir Adigozelli və İSBAM-ın dəvəti ilə Türkiyədən gəlmiş nümayəndə heyətinin üzvüləri ilə birgə 20 yanvar faciəsinin 33-cü il dönümü ilə bağlı Şəhidlər Xiyabanını ziyarət edib. Boyukmillet.com xəbər verir ki, Şəhidlər Xiyabanı Türkiyədən dəvət olunmuş qonaqlar Asimder Doğu və Güney Doğu Anadolu Bölgə sədri İrfan …

Read More »

İsveçrə Rusiya aktivlərinin Ukraynaya verilməsi ilə bağlı referendum keçirə bilər

İsveçrə dondurulmuş Rusiya aktivlərini Ukraynanın bərpasına sərf etməyə qarşı deyil, lakin bunun üçün referendum tələb oluna bilər. Boyukmillet.com xəbər verir ki, bu barədə İsveçrənin xarici işlər naziri İqnasio Kassis “Tages-Anzeiger” nəşrinə müsahibəsində bildirib. “Ukraynanın bərpasına kömək etməkdə ciddiyiksə, onu necə maliyyələşdirəcəyimizi düşünməliyik”, – deyən nazir əlavə edib ki, Qərb ölkələri Rusiyanın aktivlərinin müsadirə edilməsi addımını müzakirə edir. İ.Kassis vurğulayıb ki, …

Read More »

Azərbaycan “Trafigura Group”u ilə “yaşıl enerji” layihələri üzrə perspektivləri müzakirə edib

Azərbaycan və “Trafigura Group Pte Ltd” şirkəti arasında “yaşıl enerji” layihələri üzrə perspektivlər müzakirə edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twitter” hesabında yazıb. “Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda iştirakı çərçivəsində “Trafigura Group Pte Ltd”nin sədri və baş icraçı direktoru Ceremi Veirlə “yaşıl enerji” layihələri üzrə perspektivlər, sənaye məhsullarının istehsalı və potensial sahələrdə əməkdaşlıq …

Read More »

Litva Prezidenti: “20 Yanvar Sovet qoşunlarının Azərbaycana xalqına qarşı amansız qırğınının xatirəsidir”

“1990-cı il Qara Yanvar Sovet qoşunlarının Bakıya hücumu və Azərbaycana xalqına qarşı amansız qırğınının xatirəsidir”. Boyukmillet.com xəbər verir ki, bunu Litva Prezidenti Gitanas Nauseda tviterdə yazıb. O bildirib ki, sovetlərin Azərbaycanın müstəqilllik hərəkatını darmadağın etmək cəhdləri baş tutmadı: “33 ildən sonra təcavüzkar Ukraynada eyni vəhşiliyi törədir. Onlar o zaman uğur qazana bilmədilərsə, indi bunu heç bacarmayacaqlar”.

Read More »

Türkiyənin vitse-prezidenti: “20 Yanvar qəhrəmanlarının ağrıları hələ də ürəyimizi yandırır”

“Ağrıları hələ də ürəyimizi yandıran qəhrəmanlarımızın ruhu şad olsun, əziz Azərbaycanımız daim var olsun”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay tviterdə yazıb. “33 il öncə qardaşımız Azərbaycanın müstəqilliyi uğrunda canlarını fəda edən şəhidlərimizi yad edirəm”, – o bildirib.

Read More »

Ovçuluq təsərrüfatının ərazisində qanunsuz ov edən şəxs cəzalandırılıb

Ovçuluq təsərrüfatının ərazisində qanunsuz ov edən şəxs cəzalandırılıb. Boyukmillet.com xəbər verir ki, Mahmudçala Ovçuluq Təsərrüfatında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı ərazidə qanunsuz ov edən şəxs saxlanılıb. Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyev bildirib ki, araşdırma zamanı brakonyerin Biləsuvar rayon sakini Bəhruz Əhmədov olduğu müəyyən edilib və barəsində qanunamüvafiq tədbir görülüb.

Read More »