Yanvarın 19-u səhər saatlarında guya Azərbaycan Ordusunun bölmələri tərəfindən atəş açılması və nəticədə qarşı tərəfin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat yalandır. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. “Yayılan məlumatı qəti surətdə təkzib edirik”, – nazirlikdən bildirilib.
Read More »QHT-lər 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar dünya ictimaiyyətinə müraciət edib
Azərbaycan QHT-ləri 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar dünya ictimaiyyətinə müraciət edib. Bu barədə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyindən məlumat verilib. Agentliyin kollektivi və 300-ə yaxın qeyri-hökumət təşkilatlarının nümayəndələri 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər. Ziyarətdə Agentliyin icraçı direktoru Aygün Əliyeva və kollektivi, qeyri-hökumət təşkilatları və media nümayəndələri iştirak ediblər. Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü …
Read More »Qaxda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 5 nəfər saxlanılıb
Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin satışı, saxlanılması və daşınmasında şübhəli bilinən 5 nəfər tutulub. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, əvvəlcə daxil olmuş əməliyyat məlumatları əsasında keçirilən tədbirlər zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 4 nəfər, Balakən və Zaqatala rayon sakinləri – Elşad Atakişiyev, Tural Məmmədov, Nadir Cumaliyev və …
Read More »Ukrayna, Gürcüstan və Moldova səfirləri Şəhidlər xiyabanını ziyarət edib
Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski, Gürcüstan səfiri Zurab Pataradze və Moldova səfiri George Leuka 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqələr Şəhidlər xiyabanını ziyarət ediblər. Boyukmillet.com-un xəbərinə görə, diplomatlar şəhidlərin xatirəsini ehtiramla anıb, məzarları önünə güllər düzüblər. Qeyd edək ki, 1987-ci ilin sonlarında yenidən ortaya atılmış qondarma Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, torpaqlarımızın işğalına, Ermənistanda və Dağlıq Qarabağda …
Read More »Bakıda banka basqın olub
Bakıda banka basqın edən şəxs zərərsizləşdirilib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, bu gün saat 12 radələrində bir nəfər naməlum şəxs banklardan birinin Yasamal rayonu ərazisində yerləşən filialına gələrək əlindəki dəmir linglə oranın işçilərini hədələyərək pul tələb edib. Orada xidmətdə olan DİN-in Baş Mühafizə İdarəsinin əməkdaşlarının operativ və çevik hərəkətləri sayəsində həmin şəxs tutularaq …
Read More »Bakının daşınmaz əmlak bazarında qiymətlər necə dəyişib?
Ötən ilin dekabr ayında Bakının daşınmaz əmlak bazarında qiymətlər noyabr ayına nisbətən 0,49 %, illik müqayisədə isə 10,83 % artıb. Bu barədə “Report”a daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov bildirib. İlkin və təkrar mənzil bazarı Onun sözlərinə görə, ötən ilin dekabr ayında paytaxtda təkrar mənzillərin qiyməti (1 kvadrat metrə görə dəyişən struktur ilə orta qiymət) 0,69 %, il ərzində isə 11,79 % artıb: “Təkrar mənzil bazarında yeni tikililərdə …
Read More »Azərbaycanın Misirdəki səfirliyində 20 Yanvar faciəsi yad edilib
Azərbaycanın Misirdəki Səfirliyində 20 Yanvar qurbanlarının xatirəsinə həsr edilmiş foto-sərgi təşkil olunub. Səfirlikdən verilən məlumata görə, tədbirdə Azərbaycan icması, yerli mətbuat və ölkədə akkreditə olan diplomatik korpusunun nümayəndələri, ziyalılar iştirak ediblər. Səfir Elxan Poluxov çıxışında faciə qurbanlarının əziz xatirələrini bir dəqiqəlik sükutla yad edib, Yanvar hadisələri və onun gedişatı haqqında qonaqlara ətraflı məlumat verib. Qanlı Yanvar hadisələri nə qədər faciəli …
Read More »Azərbaycanda vəhdət namazı qılınıb
Ucar, Göyçay, Kürdəmir və Zərdab rayonunda fəaliyyət göstərən din xadimləri və dini icma sədrlərinin iştirakı ilə Zərdab şəhər “Cümə” məscidində vəhdət namazı qılınıb. Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən (DQİDK) məlumat verilib.Bununla bağlı keçirilən tədbirdə Vətən müharibəsində şəhid olanların xatirəsinə ucadılmış abidə ziyarət olunub.O cümlədən, şəhidlərimizin, o cümlədən 20 Yanvar qurbanlarının xatirəsi yad edilib və ruhlarına dualar oxunub.
Read More »Avropa İttifaqının səfirləri Şəhidlər xiyabanını ziyarət edib
Avropa İttifaqına (Aİ) üzv olan ölkələrin Azərbaycandakı səfirləri 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqələr Şəhidlər xiyabanını ziyarət ediblər. Boyukmillet.com xəbər verir ki, avropalı diplomatlar şəhidlərin xatirəsini ehtiramla anıb, məzarları önünə güllər düzüblər. Ziyarətdə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko, Almaniya səfiri Ralf Horlemann, İsveç səfiri Tobias Lorentzson, Slovakiya səfiri Milan Layçak, İtaliya səfiri Klaudio Taffurin və başqa diplomatlar iştirak …
Read More »Azərbaycan Premyer Liqası Avropa reytinqində 14 pillə irəliləyib
Futbol üzrə Azərbaycan Premyer Liqası Avropanın illik reytinqində 14 pillə irəliləyib. Boyukmillet.com xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) araşdırmasına görə, Azərbaycan liqası 349,25 xalla qitənin 2022-ci il üçün reytinq cədvəlində 21-ci yerdə qərarlaşıb. 45 çempionatın yer aldığı siyahıya İngiltərə Premyer Liqası başçılıq edir. “Böyük beşlik” ölkələrinin digər təmsilçiləri İspaniya, Almaniya, İtaliya və Fransa ardıcıllığı ilə sıralanıblar. Türkiyə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar