Cümə axşamı , 9 Aprel 2026

autor

“Bir milyondan artıq soydaşımız Qəbri Azərbaycana dönmək istəyir”- İcma Sədri

“Qərbi Azərbaycandan olan soydaşlarımızın Qərbi Azərbaycan İcmasına müraciətlərinin sayı günbəgün artır. Orta hesabla hər gün 250-300 soydaşımız İcmaya gəlir, rəsmi şəkildə müraciət yazır”. araz.az qeyd edir ki, bunu Qərbi Azərbaycan İcmasının sədri, Millət vəkili Əziz Ələkbərli bildirib.O əlavə edib ki, müraciət edən insanlar qeydiyyata düşmək və öz tarixi torpaqlarına dönə bilmək, orda qoyub gəldikləri əcdadlarının qəbirlərini ziyarət etmək üçün kütləvi …

Read More »

Yaqub Eyyubovun oğlunun bankdakı bir milyard dolları donduruldu

Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubovun oğlunun hesabına stop qoyulub.   Boyukmillet.com “Unikal.az”a istinadən xəbər verir ki, Yaqub Eyyubovun ölkədən çıxararaq Latviyanın paytaxtı Riqa şəhərindəki bankda oğlunun adına qoyduğu bir milyard dollar vəsait dondurulub. Qeyd edilir ki, Yaqub Eyyubov baş nazirin birinci müavini kimi hökumətin Silahlı Qüvvələrə nəzarət edən mühüm şəxsidir. O hərbi təlimlərdə, eləcə də bir sıra yoxlama-nəzarət prosesində …

Read More »

Türkiyədə tanınmış teatr rejissoru Tofiq Kazımovun 100 illiyi qeyd edilib

Beynəlxalq Türk Mədəniyyət Təşkilatında (TÜRKSOY), Azərbaycanın Türkiyədəki səfirliyi, Azərbaycan Mədəniyyət Nazirliyi, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə ölkəmizin tanınmış teatr rejissoru Tofiq Kazımovun anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbir iştirakçıları öncə Tofiq Kazımovun yaradıcılığını əks etdirən fotosərgi ilə tanış olublar. TÜRKSOY-un Baş katibi Sultan Rayev, Azərbaycanın Türkiyədəki …

Read More »

Macarıstan XİN: “Azərbaycan qazının tədarükü ilə bağlı danışıqlara başlanılıb”

Azərbaycan qazının, eləcə də Türkiyənin dəniz limanlarına çatdırılan mayeləşdirilmiş təbii qazın (LNG) tədarükü ilə bağlı kommersiya danışıqlarına başlanılıb. Boyukmillet.com xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto Budapeştdə Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varankla görüşdən sonra keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, Azərbaycan qazının Avropaya tədarükünün genişləndirilməsi boru kəməri infrastrukturuna böyük investisiyalar tələb edəcək və Macarıstan …

Read More »

Tbilisidə iki gün Kikabidze ilə vida mərasimi keçiriləcək

Yanvarın 15-də vəfat edən aktyor və müğənni Vaxtanq Kikabidze ilə vida mərasimi yanvarın 17-i və 18-də Tbilisinin mərkəzindəki Kaşveti kilsəsində keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə opera müğənnisi və Kikabidzenin dostu Paata Burçuladze bildirib. “Ayın 17-18-də saat 16:00-da Kaşveti kilsəsində vida mərasimi olacaq, 19-da isə saat 14:00-da filarmoniyanın böyük konsert zalından mərhumun cənazəsi çıxarılacaq”, – P.Burçuladze “Mtavari Archi” telekanalının efirində …

Read More »

Rauf Denktaş vəfatının 11-ci ildönümündə anıldı – FOTO

Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) qurucu prezident Rauf Raif Denktaş vəfatının 11-ci ildönümündə məqbərəsində təşkil edilən mərasim və Atatürk Mədəniyyət Mərkəzində təşkil edilən proqramla anılıb.  Boyukmillet.com xəbər verir ki, anım mərasiminə Denktaşın ailəsi, KKTC prezidenti Ersin Tatar, parlamentin sədri Zorlu Töre, Baş nazir Ünal Üstel, Yargıtay sədri Narin Şefik, Türkiyənin Lefkoşadakı səfiri Metin Feyzioğlu, Kıbrıs Sİlahlı Qüvvələrinin komandanı general-mayor Sezai Öztürk …

Read More »

Antalyada Asiya Parlament Assambleyasının 13-cü Baş Assambleyası keçirilir – FOTO

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun ev sahibliyi ilə ötən gün Antalyada keçirilən Asiya Parlament Assambleyasının (APA) 13-cü Baş Assambleyasının ikinci günü keçirilib. Boyukmillet.com  xəbər verir ki, “Beynəlxalq dinamikanın dəyişməsində çoxtərəfliliyin təşviq edilməsi” mövzusunda keçirilən Baş Assambleyaya APA-ya üzv 27 ölkənin parlament nümayəndə heyəti qatılıb. Müxtəlif zallarda keçirilən sessiyalarda qonaq nümayəndə heyətlərinin rəhbərləri təqdimatlarla çıxış ediblər. Baş Assambleya çərçivəsində ikitərəfli və …

Read More »

Ankarada Xalq artisti Tofiq Kazımovun 100 illik yubileyinə həsr olunan tədbir keçirilir

Türkiyənin paytaxtı Ankarada Azərbaycanın görkəmli teatr rejissoru və pedaqoqu, Xalq artisti Tofiq Kazımovun 100 illik yubileyinə həsr olunan tədbir keçirilir. Boyukmillet.com xəbər verir ki, yubiley mərasiminin təşkilatçıları Beynəlxalq Türk Mədəniyyət Təşkilatı (TÜRKSOY) və Azərbaycanın müvafiq qurumlarıdır. Tədbirdə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, diplomatlar, teatrşünaslar, T.Kazımovun sənət yoldaşları iştirak edirlər. TÜRKSOY-un baş katibi Sultan Rayev çıxışında bildirib ki, T.Kazımov dünyada tanınan …

Read More »

Zelenski 162 nəfər azərbaycanlıya Ukrayna vətəndaşlığı verib

2022-ci ildə Ukrayna vətəndaşlığını alan Azərbaycan vətəndaşlarının sayı məlum olub. Ukrayna Dövlət Miqrasiya Xidmətindən “Report”un Şərqi Avropa bürosunun sorğusuna cavab olaraq bildirilib ki, il ərzində ümumilikdə 162 nəfər Azərbaycan vətəndaşı Ukrayna vətəndaşlığını alıb. Bunlardan 14 nəfər Ukrayna prezidenti fərmanı ilə vətəndaşlıq alıb. Vətəndaşlıq alanlardan 2-si uşaqdır. Qeyd edək ki, 2022-ci ilin əvvəlindən Rusiyanın geniş miqyaslı hücumu nəticəsində Ukraynada müharibə gedir.

Read More »

Azərbaycanda startap məktəbi fəaliyyətə başlayacaq

Bu il Azərbaycanda startap məktəbinin (“StartUp School“) fəaliyyətə başlaması nəzərdə tutulur. Boyukmillet.com xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı rəhbərlik etdiyi qurumun 2022-ci ildəki fəaliyyətinin yekunlarına həsr olunmuş mətbuat konfrasında bildirib. “Ötən il bizim enterpriseazerbaijan.com portalı ABŞ-ın Nevada Universiteti ilə anlaşma memorandumu imzalayıb. “StartUp Scholl” məhz bu sənəd çərçivəsində və İsrail-Azərbaycan Ticarət …

Read More »