Cümə axşamı , 9 Aprel 2026

autor

Azərbaycanla Türkiyə arasında diplomatik əlaqələrin qurulmasından 31 il ötür

Bu gün Azərbaycanla Türkiyə arasında diplomatik əlaqələrin qurulmasının 31 il ötür. Boyukmillet.com xəbər verir ki, iki qardaş ölkə arasında diplomatik münasibətlər 1991-ci ilin noyabrın 9-da qardaş ölkənin Azərbaycanın müstəqilliyini tanımasından bir neçə ay sonra – 1992-ci il yanvarın 14-də qurulub. Həmin ilin avqustunda Azərbaycan Türkiyədə səfirlik açıb. 1993-cü ilin yanvar ayında isə İstanbul şəhərində, 2004-cü ilin aprelində isə Qars şəhərində …

Read More »

Bakıda Uşaq Reabilitasiya Mərkəzində körpə ana südündən boğularaq ölüb

Bakıda körpə ana südü qəbul edərkən boğularaq ölüb. “Report”un əldə etdiyi məlumata görə, hadisə yanvarın 13-də paytaxt ərazisində yerləşən 1 saylı Uşaq Reabilitasiya Mərkəzində qeydə alınıb. Belə ki, Şəki rayon sakini, 2022-ci il təvəllüdlü M.Leylimov ana südü qəbul edərkən asfiksiyadan (boğulma) keçinib. Faktla bağlı araşdırma aparılır.

Read More »

Türkiyə, Rusiya və İran rəsmiləri Moskvada görüşəcəklər

Türkiyə, Rusiya və İran rəsmiləri fevralın 10-da Moskvada görüşəcəklər. Boyukmillet.com “Mehr”ə istinadən xəbər verir ki, tərəflər taxılın dünyaya ədalətli paylanması və ərzaq böhranının qarşısının alınması yollarını müzakirə edəcəklər. İclasda, həmçinin bank-maliyyə, logistika və gömrük sahəsində problemlər haqqında fikir mübadiləsi aparılacaq. Görüşdə iştirak edəcək rəsmilərin adları açıqlanmayıb.

Read More »

BQXK-yə məxsus avtomobillər Xankəndidən Laçın istiqamətinə maneəsiz hərəkət edib 

Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin növbəti dəfə hərəkət etməsinə şərait yaradılıb. “Report”un aksiya keçirilən ərazidə olan əməkdaşı xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub. Belə ki, 4 minik və 1 yük avtomobili Xankəndidən Laçın istiqamətinə keçid edib. Bu, bir daha göstərir ki, yolda humanitar məqsədli maşınların keçidi üçün …

Read More »

Türkiyə hərbçisi şəhid olub

Türkiyə hərbçisi tankçı çavuş Selçuk Kurt şəhid olub. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Milli Müdafiə Nazirliyi açıqlayıb. Türkiyə mətbuatının yaydığı məlumata görə, hərbçi Suriyanın İdlib şəhərində PKK/YPG terrorçularının hava hücumuna məruz qalıb.

Read More »

Daxili işlər naziri Əlahiddə Çevik Polis Alayında əməliyyat müşavirəsi keçirib

Yanvarın 13-də Azərbaycanın daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi ilə DİN-in Əlahiddə Çevik Polis Alayında 2022-ci ildə görülmüş işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib. Bu barədə “Report”a DİN-in Mətbuat Xidmətindən məlumat verilib. Tədbirdə çıxış edən nazir V.Eyvazov ölkədə mövcud olan sabitliyin və təhlükəsizlik şəraitinin daha da möhkəmləndiyini, ictimai asayişin ötən ildə də etibarlı qorunduğunu, əldə …

Read More »

İlham Əliyev: “Ermənistanın yolun guya blokada şəraitində olması barədə iddiaları yalandır”

“Ermənistanın yolun guya blokada şəraitində olması barədə iddiaları yalandır”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev almaniyalı həmkarı Frank-Valter Ştaynmayerlə telefon danışığı zamanı deyib. Telefon danışığı əsnasında Azərbaycanın ərazisində olan Xankəndi-Laçın yolundakı vəziyyət müzakirə olunub. Dövlət başçısı bildirib ki, Ermənistanın yolun guya blokada şəraitində olması barədə iddiaları yalandır, yolda Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə və eləcə də …

Read More »

Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib

Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib. Boyukmillet.com xəbər verir ki, Müdafiə Nazirliyi Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Xankişiyev Mətin İsrəfil oğlunun vəfat etməsi barədə məlumatı təsdiq edib. “Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Xankişiyev Mətin İsrəfil oğlunun tənəffüs yollarının mədə möhtəviyyatı ilə tutulması nəticəsində mexaniki asfiksiya səbəbindən vəfat etməsi barədə məlumatı təsdiq edirik”, – …

Read More »

Almaniya gələn həftə Ukraynaya “Leopard” tanklarının göndərilməsi ilə bağlı qərar verəcək

Almaniya hakimiyyəti gələn həftə Ukraynaya “Leopard” tanklarının göndərilməsi ilə bağlı qərar verəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə “Bloomberg” hökumətdəki adı açıqlanmayan mənbələrə istinadən məlumat yayıb. Agentlik vurğulayıb ki, çox güman ki, yanvarın 20-də ABŞ-ın Ramşteyn aviabazasında Ukraynaya dəstək üzrə təmas qrupunun növbəti görüşünə qədər qərar veriləcək.

Read More »

TDT Qarabağda təbii sərvətlərin qanunsuz istismarını pisləyib

Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycanın Qarabağ iqtisadi rayonunda təbii sərvətlərin qanunsuz istismarı ilə bağlı bəyanat yayıb. Boyukmillet.com xəbər verir ki, TDT-nin Baş katibliyi Azərbaycanda vətəndaş cəmiyyəti nümayəndələrinin dinc etirazlarına səbəb olan, Ermənistan və digər cinayətkar ünsürlər tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda təbii sərvətlərin qeyri-qanuni istismarından, ətraf mühitə mənfi təsirindən ciddi narahatdır və beynəlxalq hüququn tələblərini pozan bu cür qanunsuzluqları pisləyir. …

Read More »