Meksikanın şimalındakı Çihuahua ştatının Syudad-Xuares şəhərindəki 3 saylı həbsxanaya yanvarın 2-də silahlı hücum nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Meksikanın müdafiə naziri Luis Kressensio Sandoval məlumat verib. Xatırladaq ki, hücum iştirakçılarının köməyi ilə 25 məhbus cəzaçəkmə müəssisəsindən qaçıb. Bildirilib ki, nəticədə 10 gözətçi, 7 məhbus və hücumda iştirak edən 2 şəxs həlak olub. Meksikanın …
Read More »Azərbaycandan Gürcüstana qanunsuz keçmək istəyən Nigeriya vətəndaşı saxlanılıb
Yanvarın 2-si saat 21:00 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin Balakən rayonunun Poçtbinə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən bir nəfər – Nigeriya vətəndaşı saxlanılıb. Boyukmillet.com xəbər verir ki, araşdırma zamanı saxlanılan şəxsin ölkə ərazisinə rəsmi qaydada gəlməsi, dövlət sərhədini pozaraq Azərbaycandan Gürcüstana, oradan isə Avropa ölkələrindən …
Read More »Salxab Məmmədov Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif olunub
Xalq rəssamı Salxab İsa oğlu Məmmədov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, o, Azərbaycan rəssamlıq sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub. Qeyd edək ki, Salxab Məmmədov 1943-cü il yanvarın 4-də Şəki şəhərində anadan olub. Sabah onun 80 yaşı tamam olur.
Read More »Ukrayna Baş Qərargahı Rusiyanın müharibədə itkilərinin sayını açıqlayıb
Rusiya Silahlı Qüvvələrinin son sutka ərzində itkiləri 750 hərbçi, 5 tank, 7 zirehli döyüş maşını, 6 artilleriya sistemi və 1 helikopter təşkil edir. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 108190 hərbçisi zərərsizləşdirilib. Ümumiyyətlə, Rusiya Silahlı Qüvvələrinin döyüş itkiləri indiyədək 3036 tank, 6100 zirehli …
Read More »NATO Baş katibi: “Bəzi ölkələr müdafiə xərclərinin artırılmasını tələb edir”
“NATO üzvü olan bir çox ölkə müdafiə xərclərinin ÜDM-in azı 2 %-nə qədər artırılmasını tələb edir”. Boyukmillet.com xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib. O, hazırkı mərhələdə alyansın hansı ölkələrinin bununla bağlı düzəlişlərdə israrlı olduğunu dəqiqləşdirməyib. “Deutche Welle”in diplomatik mənbələrə istinadən verdiyi məlumata görə, Şimali Atlantika Alyansının müdafiə xərclərinin artırılmasını istəyən ölkələr Polşa, Litva və Böyük Britaniyadır. Digər …
Read More »Azərbaycan Bolqarıstanın təbii qaza olan tələbatının təxminən 27 %-ni ödəyir
Bolqarıstan-Yunanıstan İnterkonnektoru (IGB) vasitəsilə tədarük edilən Azərbaycan təbii qazının həcmi Bolqarıstanın tələbatının təxminən 27 %-ni ödəyir və bu ölkədə “mavi yanacağ”la bağlı əlverişli qiymətlərin formalaşması üçün əsas yaradır. Boyukmillet.com xəbər verir ki, bu barədə Bolqarıstan mətbuatı məlumat yayıb. Ötən gün Bolqarıstanın Enerji və Su Tənzimləmə Komissiyası (EWRC) yanvar ayı üçün təbii qazın qiymətini 1 meqavat/saat üçün 179,33 leva (97,74 ABŞ dolları) səviyyəsində təsdiqləyib. Bu da …
Read More »Azərbaycanda ictimai iaşə dövriyyəsi 42 %-dək artıb
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 41,9 % artaraq 1 milyard 378,9 milyon manat olub. Boyukmillet.com xəbər verir ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 49,9 %-i hüquqi şəxslərin, 50,1 %-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 38 % artaraq 684 milyon manat olub.
Read More »Sabirabadda keçmiş məhkum saxlama məntəqəsində intihar edib
Sabirabad Rayon Polis Şöbəsinin Müvəqqəti Saxlama Məntəqəsində saxlanılan şəxs intihar edib. Boyukmillet.com xəbər verir ki, əvvəllər Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə 4 dəfə (3 dəfə CM-nin 177-ci və 1 dəfə CM-nin 234-cü) məhkum olunan 1984-cü il təvəllüdlü Əli Hüseynov məhkəmə qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 227-ci (Xırda talama) maddəsi ilə təqsirli bilinərək 2 aylıq həbs cəzası olub. O, özünü …
Read More »Xankəndi-Laçın yolunda etiraz aksiyası iyirmi üç gündür davam edir
Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası iyirmi üç gündür davam edir. Boyukmillet.com xəbər verir ki, keçən ilin dekabrın 12-də səhər saatlarından başlayan aksiya ötən gecə boyu da davam edib. Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan aksiyada gecə boyu heç bir insident baş verməyib. Etirazçılar həmişəki kimi bu səhəri də Azərbaycan Dövlət Himninin …
Read More »KİV: “Böyük Britaniya bu il ciddi ressesiya ilə üzləşə bilər”
Böyük Britaniya 2023-cü ildə “Böyük Yeddilik” (G7) ölkələri arasında ən ciddi ressesiya ilə üzləşə bilər. Boyukmillet.com xəbər verir ki, bu barədə “Financial Times” yazıb. Nəşrin əksər ekspertlərinin fikrincə, Britaniyada pandemiyanın nəticələri və Ukraynadakı münaqişə nəticəsində yaranan inflyasiya şoku İngiltərə Bankını yüksək faiz dərəcələrini saxlamağa sövq edəcək. Böyük Britaniya hökuməti isə sərt vergi siyasətinə riayət edəcək.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar