Almatıda məhkəmə “Amir Kapital” maliyyə piramidası ilə əlaqəli 10 milyon dollardan çox məbləğdə kriptoaktivlərin və Almatı vilayətindəki torpaq sahəsinin həbsinə sanksiya verib. “Report”un Qazaxıstan KİV-lərinə istinadən məlumatına görə, bu barədə Maliyyə Monitorinqi Agentliyi məlumat yayıb. “Özünü beynəlxalq investisiya fondu kimi təqdim edən “Amir Kapital” şirkəti üç il ərzində Qazaxıstan, Belarus, Rusiya və Qırğızıstan vətəndaşlarının vəsaitlərini kriptovalyuta ticarəti, mayninq və müxtəlif …
Read More »“Xeyirxahlıq” adı altında satılan “uşaqlar” – Qanundankənar follikul donorluğu – ARAŞDIRMA
Son vaxtlar sosial şəbəkələrdə, müxtəlif özəl klinikaların follikul donorluğu (yumurta hüceyrəsi-red) haqqında elanları ən çox yayılan elanlar sırasında yer alıb. “Donorluq” adı altında müxtəlif spekulyasiyalara yol verilir. Qanun boşluğunun, nəzarətin olmaması bu sahəni müxtəlif “işbazlar” üçün qazanc yerinə çevirib. Müəyyən məbləğlər müqabilində donorluq təklif olunur və narahatlıq doğuran hal ondan ibarətdir ki, bu proses qanunla tənzimlənmir. Bu sahədə ixtisaslaşan mütəxəssislər …
Read More »Azərbaycan gömrüyü mobil telefonların sərnişinlərə paylanmaqla ölkəyə keçirilməsinin qarşısını alıb
Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat tədbirləri nəticəsində ölkə ərazisinə gömrük nəzarətindən və gömrük ödənişlərindən yayındırılmaqla paylama üsulu ilə gətirilməyə cəhd göstərilən xeyli miqdarda mallar aşkar edilib. Boyukmillet.com Komitəyə istinadən xəbər verir ki, Ciddə-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı digər sərnişinlərə payladığı 5 ədəd “İphone17”, 4 ədəd “İphone16”, 15 ədəd “apple” markalı qələm, …
Read More »KTM-də azyaşlının bağırsağından maqnitlər və batareya çıxarılıb
Kliniki Tibbi Mərkəzdə (KTM) 9 yaşlı uşağın bağırsağından maqnitlər və batareya çıxarılıb. KTM-dən verilən məlumata görə, sentyabrın 11-də azyaşlı qarın nahiyəsində kəskin ağrı, ürəkbulanma, qusma və bədən hərarətinin yüksəlməsi şikayətləri ilə KTM-in Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə gətirilib. Valideynlə aparılan söhbət zamanı məlum olub ki, uşaq autizm spektr pozuntusundan əziyyət çəkir və yad cisim udmağa meyillidir. Aparılan rentgenoloji müayinədə …
Read More »Masazırda küçədə 13 F-1 qumbarası və digər hərbi sursatlar aşkar edilib
Masazırda hərbi sursatlar aşkar edilib. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində hərbi sursatların aşkar edilməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib. Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra …
Read More »Vaşinqtonda Tramp və Epşteynin əl-ələ tutduqları heykəl götürülüb
Kapitolinin qarşısında daha əvvəl ABŞ Prezidenti Donald Tramp və yetkinlik yaşına çatmayanlara təcavüzdə ittiham olunan Cefri Epşteynin əl-ələ tutaraq qoyulmuş bürünc heykəl bir gün sonra götürülüb. Boyukmillet.com-un məlumatına görə, bu barədə “Axios” xəbər yayıb. Daha əvvəl bildirilib ki, heykəl Milli Park Xidmətinin verdiyi icazə əsasında bazar günü axşama qədər Kapitoli təpəsində qala bilər.
Read More »Mehriban Əliyeva BMT Baş Assambleyası çərçivəsində xüsusi sessiyada iştirak edib
Sentyabrın 24-də Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində “Xərçəngdən və digər ağır xəstəliklərdən əziyyət çəkən uşaqların həyatda qalması və əzablarının azaldılması üzrə qlobal hərəkat” (Global Movement to Improve Survival and Reduce Suffering for Children with Cancer and Other Catastrophic Diseases) adlı xüsusi sessiya təşkil olunub. Boyukmillet.com xəbər verir ki, Özbəkistan Respublikası və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təşkil olunan tədbirdə …
Read More »Ermənistanda arxiyepiskop hakimiyyəti devirməyə çağırışda təqsirli bilinib
Məhkəmə Erməni Apostol Kilsəsinin Şirak yeparxiyasının başçısı arxiyepiskop Mikael Acapaxyanı hakimiyyəti devirməyə çağırışda təqsirli hesab edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb. Birinci instansiya məhkəməsinin sədri Armine Meliksetyan qeyd edib ki, arxiyepiskop barəsində həbs-qətimkan tədbiri dəyişməz qalır. Onun sözlərinə görə, əlavə dinləmələr sentyabrın 29-da saat 15:30-da təyin olunub. Qeyd edək ki, M.Acapaxyan iyun ayının sonunda hakimiyyəti …
Read More »İran kəşfiyyatı İsrailin nüvə mərkəzləri ilə bağlı məxfi sənədlər əldə edib
İran kəşfiyyatı İsrailin nüvə və hərbi mərkəzləri ilə bağlı məxfi sənədləri, alimlərin və hərbçilərin adlarını əldə edib. Boyukmillet.com bu barədə yerli KİV-ə istinadən xəbər verir. “Ölkəyə daşınan sənədlər fondunda İsraillə bağlı milyonlarla səhifəlik müxtəlif və dəyərli məlumatlar var. Bu sənədlərdə rejimin əvvəlki və hazırkı silah layihələri, köhnə nüvə silahlarının modernləşdirilməsi və yenidən işlənməsi layihələri, ABŞ və Avropanın bir sıra ölkələri …
Read More »Binəli Yıldırım: Ermənistan-Azərbaycan münasibətləri sabitlik və əməkdaşlıq üçün yeni səhifə ola bilər
Ermənistan-Azərbaycan münasibətləri sabitlik və əməkdaşlıq üçün yeni səhifə ola bilər. Boyukmillet.com xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Çoxtərəflilik yolayrıcında: Çağırışlar və sülhə gedən yol” adlı tədbirdə çıxışı zamanı deyib. “Bu nailiyyət təkcə milli maraqları təmin etmir, həm də regional inteqrasiyaya və iqtisadi …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar