Bazar ertəsi , 6 Aprel 2026

autor

Tramp: Yaxın Şərq ölkələrinin liderlərini bir araya gətirməli və müharibəyə son qoymalıyıq

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Yaxın Şərq ölkələrinin liderlərini bir araya gətirməli və müharibəyə tez bir zamanda son qoyulmalıdır. Boyukmillet.com xəbər verir ki, o bu barədə sentyabrın 23-də Nyu-Yorkda Amerika Birləşmiş Ştatlarının Prezidenti və birinci xanım Melaniya Trampın adından BMT Baş Assambleyasının 80-ci sessiyası ilə əlaqədar təşkil olunan rəsmi qəbulda deyib. “Bu gün Yaxın Şərq ölkələrinin liderləri ilə gözəl bir …

Read More »

Lazada palçıqlı sel fəsadlar törədib, vəziyyətin sabitləşdirilməsi üçün tədbirlər görülür

Qusar rayonunun Laza kəndində palçıqlı sel fəsadlar törədib, kənd daxilində hərəkət çətinləşib. “Report”un Şimal bürosunun məlumatına görə, Qusarda yağan leysan yağışlarının səbəb olduğu palçıqlı sel rayonun ucqar yaşayış məntəqələrindən olan Laza kəndində ciddi problemlər yaradıb. Kənddə leysan yağışlarının yaratdığı fəsadlar sakinlərin gündəlik həyatına təsirsiz ötüşməyib. “Qızılqaya” dağ massivindən başlayaraq kəndin mərkəzindən keçən Laza çayı məcrasından çıxıb. Lazanı iki hissəyə ayıran çayın daşması …

Read More »

Gürcüstan aralarında azərbaycanlı da olan 20 əcnəbini deportasiya edib

Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya Departamenti ölkədə qanunsuz yaşayan 20 əcnəbini Gürcüstandan çıxarıb. “Report”un Gürcüstan bürosu xəbər verir ki, nazirlikdən verilən məlumata görə, ölkədən çıxarılan şəxslər Hindistan, Rusiya, Pakistan, Türkiyə, Türkmənistan, Azərbaycan, İran, Nigeriya və Tailand vətəndaşlarıdır. Gürcüstanda qanunsuz yaşadıqlarına görə onların qanunvericiliyə uyğun olaraq gələcəkdə ölkəyə girişləri də qadağan edilib. DİN-dən bildirilib ki, Miqrasiya Departamentinin əsas vəzifələrindən biri …

Read More »

İrandan Rusiyaya “kahı” aparan avtomobildə 29 kiloqram narkotik aşkar edilib

Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində növbəti dəfə külli miqdarda narkotik vasitə – marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Boyukmillet.com komitəyə istinadən xəbər verir ki, “Cənub Astara” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya “kahı” yükü aparan nəqliyyat vasitəsi gömrük yoxlamasına cəlb edilib. Rentgen qurğusu və kinoloji xidmət itinin tətbiqi …

Read More »

Güləşçimiz ölkəmizin 6 illik həsrətinə son qoydu-Video

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə dünya çempionatında Azərbaycan idmançısı Nürəddin Novruzov tarixə düşəcək uğura imza atıb. Boyukmillet.com xəbər verir ki, sərbəst güləş üzrə 61 kq çəki dərəcəsində mübarizə aparan Novruzov rəqiblərini məğlub edərək bürünc medal qazanıb. O, dünya çempionatının mükafatçıları sırasına daxil olub. Bu nəticə ilə o, Azərbaycanın sərbəst güləş tarixində son 6 ilin susqunluğunu pozub. Sonuncu dəfə böyüklər …

Read More »

Azərbaycan və Serbiya arasında 2025-2029-cu illəri əhatə edən fəaliyyət planı imzalanacaq

Azərbaycan və Serbiya arasında mədəniyyət sahəsi üzrə 2025-2029-cu illəri əhatə edən fəaliyyət planı yaxın dövrdə imzalanacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə Bakıda səfərdə olan Serbiya Milli Assambleyasının sədri Ana Brnabiç Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə birgə brifinqdə danışıb. O vurğulayıb ki, iki ölkə arasında təhsil sahəsində də əməkdaşlıq böyük önəm kəsb edir.

Read More »

MPK Azərbaycan paracüdoçusunun Avropa çempionatına buraxılmamasına münasibət bildirib

Azərbaycan Milli Paralimpiya Komitəsi (MPK) paracüdoçu İlkin Nəsibovun Avropa çempionatına buraxılmamasına münasibət bildirib. Boyukmillet.com xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. MPK bildirib ki, paralimpiya idman növlərində çıxış etmək istəyən hər idmançının həmin paraidman növünün tibbi təsnifatından keçməsi zəruridir: “Tibbi təsnifat təbii proses hesab olunur və bu, yalnız Azərbaycan idmançılarına deyil, bütün iştirakçılara şamil edilir. Gürcüstanın paytaxtı …

Read More »

Ət, heyvan və quş cəmdəklərinin ekspertiza aktı əsasında baytarlıq damğası ilə nişanlanması məcburi olacaq

Ətin, heyvan və quş cəmdəklərinin, digər ət məhsullarının ekspertiza aktı əsasında baytarlıq damğası və ştampları ilə nişanlanması məcburidir. Boyukmillet.com xəbər verir ki, bu barədə “Baytarlıq normalarına cavab verən məhsulların sahibinə həmin məhsulların satışına icazə verən ekspertiza aktının təqdim edilməsi və ya məhsulun (ətin, heyvan və quş cəmdəklərinin, digər məhsulların) üzərində nişan qoyulması Qaydaları”nda dəyişiklik edilməsi haqqında Baş nazir Əli Əsədovun …

Read More »

Agentlik: Dənizçi sənədlərinin saxtalaşdırılması hallarına qarşı sərt tədbirlər görüləcək

Son dövrlərdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) verdiyi dənizçi sənədlərinin saxtalaşdırılması hallarının artması müşahidə olunur. Boyukmillet.com xəbər verir ki, bu barədə agentliyin açıqlamasında bildirilir. Qurum bəyan edib ki, belə hallar qanun pozuntusu olmaqla yanaşı, ölkəmizin müvafiq sahə üzrə beynəlxalq öhdəliklərinin icrasına da zərər vurur, dəniz üzgüçülüyünün təhlükəsizliyi, insan həyatı və dəniz ətraf mühiti üçün …

Read More »

Azərbaycanın beynəlxalq dərəcəli şahmat hakimi vəfat edib

Azərbaycanın beynəlxalq dərəcəli şahmat hakimi Qüdrət İsmayılov vəfat edib. Bu barədə  Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Qeyd edək ki, Q.İsmayılov uzun illər Quba şahmat məktəbinə rəhbərlik edib, bu idman növünün inkişafı naminə müxtəlif layihələr reallaşdırıb.

Read More »