Cümə axşamı , 9 Aprel 2026

autor

“Şimali Kiprin müstəqilliyinin qardaş Azərbaycanda qeyd edilməsi qürurvericidir” – Ufuk Turganer

Bakıda Şimali Kipr Türk Respublikasının (KKTC) müstəqilliyinin 39-cu ildönümü münasibətilə tədbir keçirilib. Boyukmillet.com xəbər verir ki, Şimali Kipr Türk Respublikasının ölkəmizdəki nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə bu ölkənin Bakıdakı təmsilçiliyinin rəhbəri xanım Ufuk Turganer, millət vəkilləri, Ombudsman Səbinə Əliyeva, Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə əvvəlcə Azərbaycanın və Şimali Kiprin Dövlət himnləri səsləndirilib. Şimali Kipr Türk …

Read More »

Miqrantlarla bağlı tədbir keçirilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyi tərəfindən icra olunan “Azərbaycanda yaşayan əcnəbilərin cəmiyyətə səmərəli inteqrasiyası üçün səylərin səfərbər edilməsi” layihəsinin yekun tədbiri keçirilib. Dövlət Miqrasiya Xidmətinin məsul əməkdaşlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, hüquq müdafiəçilərinin və hüquqşünasların iştirak etdiyi tədbirdə layihə çərçivəsində əldə olunan nəticələrə nəzər salınıb. Çıxış edən “Avrasiya Miqrasiya Təşəbbüsləri …

Read More »

Berlində “Azərbaycanda alman izləri” adlı tədbir keçirilib

Azərbaycanın Almaniyadakı səfirliyi Berlində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində “Azərbaycanda alman izləri” adlı tədbir keçirib. Boyukmillet.com xəbər verir ki, tədbir Azərbaycan və Almaniya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr olunub. Tədbirdə Bundestaq üzvləri, Almaniyanın Xarici İşlər Nazirliyi və digər dövlət qurumlarının yüksək vəzifəli təmsilçiləri, xarici diplomatlar, KİV nümayəndələri, elm və mədəniyyət xadimləri, eləcə də Almaniyada yaşayan Azərbaycan və türk …

Read More »

Türkiyə XİN başçısı britaniyalı həmkarı ilə Ukraynadakı savaşı müzakirə edib

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə britaniyalı həmkarı Ceyms Kleverli arasında görüş olub. Boyukmillet.com xəbər verir ki, Türkiyə xarici siyasət idarəsinin rəhbəri bu barədə tviterdə yazıb. “Buxarestdəki təmaslarımızı Britaniya XİN başçısı ilə davam etdirdik. Ukraynadakı son durumu, iqtisadi və təhlükəsizlik sahəsindəki əməkdaşlığımızı müzakirə etdik”, – o vurğulayıb.

Read More »

Baş prokurorun müavini beynəlxalq tədbirdə iştirak edib

Avstriyanın paytaxtı Vyana şəhərində Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) üzv dövlətlərin Assambleyasının 11-ci sessiyası keçirilib. Təşkilata üzv ölkələrin yüksək səviyyəli nümayəndələrinin iştirak etdiyi tədbirdə ölkəmizi Azərbaycan Baş prokurorunun müavini Heydər Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. 11-ci sessiyasının açılışında IACA-nın dekanı və icraçı direktoru Tomas Ştelzer çıxış edərək Akademiyanın inkişafı ilə bağlı görülən işlər, əldə edilən uğurlar və gələcək planlar …

Read More »

Elçin Mirzəbəyli: “İran və Ermənistanın siyasi rejimi mahiyyət etibarilə eynidir”

“İran və Ermənistanın siyasi rejimi mahiyyət etibarilə demək olar eynidir”. Boyukmillet.com xəbər verir ki, bunu siyasi analitik, ekspert Elçin Mirzəbəyli Bakıda “Urmiya gölünün qurudulması” ilə bağlı keçirilən ictimai müzakirədə çıxışı zamanı deyib. O qeyd edib ki, İran da ekoloji terror törədir, beynəlxalq mədəniyyət izlərini silir, bir millət olaraq yaddaşı silməyə və məhv etməyə cəhd göstərir: “Odur ki, ermənilərdən heç bir …

Read More »

Güneyli ekspert: “İran rejimi siyasətini yüz ildən çoxdur türk düşmənçiliyi üzərində qurub”

“İran rejimi siyasətini yüz ildən çoxdur Azərbaycan, türk düşmənçiliyi üzərində qurub”. Boyukmillet.com xəbər verir ki, bunu güney azərbaycanlı ekspert Babək Azəroğlu Bakıda “Urmiya gölünün qurudulması” ilə bağlı keçirilən ictimai müzakirədə çıxışı zamanı deyib. Onun sözlərinə görə, İran əlindən gəldiyi qədər türklərə ziyan vurmağa çalışır: “Urmiya gölünün qurudulması birbaşa bu siyasətə xidmət edir. Məqsəd insanları yaşadıqları yerdən didərgin salmaq və onların başını …

Read More »

Təbrizli deputat: “İranda müxalif düşüncəyə, çıxışa dözümsüz yanaşılır”

“İranda müxalif düşüncəyə, çıxışa dözümsüz yanaşılır”. Boyukmillet.com xəbər verir ki, bunu İran parlamentində Güney Azərbaycanın Təbriz, Üskü və Tufarqan şəhərlərini təmsil edən deputat Məsud Pezeşkian son etiraz aksiyalarından bəhs edərkən bildirib. Onun sözlərinə görə, universitet, parlament, dövlət idarələri və başqa bu kimi yerlərdə yeni, fərqli fikir irəli sürənləri İranın ali rəhbəri ayətullah Seyid Əli Xameneiyə qarşı müxalifətdə günahlandırırlar: “Ümumiyyətlə, bizim …

Read More »

“Gender Azərbaycan” portalının təqdimatı olub

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Gender Azərbaycan” portalının təqdimat mərasimi keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbirdə Dövlət Komitəsinin sədri Bahar Muradova, dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri və blogerlər iştirak ediblər. B.Muradova bildirib ki, portal gender məsələləri üzrə məsul şəxslər arasında koordinasiyanı və operativliyi gücləndirərək onların şəbəkələşməsini təmin etmək məqsədilə yaradılıb. …

Read More »

Çin Azərbaycanla Azad Ticarət Sazişinə qoşulmasının üstünlüklərini açıqlayıb

Azərbaycan Çinlə Azad Ticarət Sazişinə qoşularsa, bunun ikitərəfli ticarətə, eləcə də investisiya əməkdaşlığına əhəmiyyətli təkan verəcək. Boyukmillet.com xəbər verir ki, bunu Bakıda keçirilən “Ticarət və İxracat Forumu”nda (TEF-2022) Çinin Azərbaycandakı səfirliyinin iqtisadi-ticari məsələlər üzrə müşaviri Ma Çi deyib. O bildirib ki, bundan əlavə, bu ildən Çin CAREC (Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı) çərçivəsində üzv ölkələrin müvafiq qurumları üçün elektron …

Read More »