Bazar , 5 Aprel 2026

autor

Vensə Qarabağla bağlı kitab hədiyyə etdi – Paşinyan işdən çıxardı

Ermənistanın Baş naziri Nikol Paşinyanın qərarı ilə “erməni soyqırımı muzeyi”nin direktoru Edita Qzoyan vəzifəsindən azad olunub. Boyukmillet.com“Qafqazinfo”a istinadən xəbər verir ki, bu barədə məlumatı brifinqdə Paşinyan özü açıqlayıb.  Bildirilib ki, buna səbəb ABŞ vitse-prezidenti Ceyms Devid Vensin fevralda İrəvana səfəri zamanı Qzoyanın ona Qarabağın tarixi barədə kitab hədiyyə etməsi olub.  Paşinyan onun bu addımının Ermənistanın xarici siyasətinə zidd olduğunu vurğulayıb: …

Read More »

Fevralda 6 000-ə yaxın əcnəbi Azərbaycanda müvəqqəti yaşama icazəsi ilə bağlı müraciət edib

Ötən ay 5875 əcnəbi Azərbaycanda müvəqqəti yaşama icazəsinin alınması (uzadılması) ilə bağlı müraciət edib. Bu barədə “Report”un sorğusuna cavab olaraq Dövlət Miqrasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, fevral ayında DMX-yə daimi yaşama icazəsinin alınması (uzadılması) ilə bağlı 481 müraciət daxil olub. Eyni zamanda müvafiq dövr ərzində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün işəgötürənlər …

Read More »

Paşinyan Erməni Apostol Kilsəsini Azərbaycanla müharibəni qızışdırmaq cəhdində ittiham edib

Ermənistanın Baş naziri Nikol Paşinyan Erməni Apostol Kilsəsinin rəhbərliyini Qarabağ hərəkatını aktuallaşdırmaq cəhdlərində ittiham edib. Boyukmillet.com-un Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, o, bu barədə bu gün keçirilən brifinqdə bildirib. “Bu yaxınlarda liturgiyada iştirak edərkən “Artsax Respublikası”nın deyildiyini eşitdim. Bu nə deməkdir? Bu, yalnız və yalnız müharibəyə çağırış deməkdir. Ktriç Nersisyan (II Qareginin dünyəvi adı) və digər din xadimləri müharibə …

Read More »

Rusiya İrana humanitar yardımı Azərbaycan vasitəsilə çatdıracaq

Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) təyyarəsi humanitar yardımı İrana Azərbaycan vasitəsilə çatdıracaq. Bu barədə Rusiya FHN-in mətbuat xidməti məlumat verib. “Azərbaycana dərman preparatlarının çatdırılması nazirlik tərəfindən həyata keçiriləcək. Daha sonra isə onlar İran hökumətinin səlahiyyətli nümayəndələrinə təhvil veriləcək. Rusiya FHN-nin “İl-76″ təyyarəsi ümumi çəkisi 13 tondan çox olan humanitar yükü çatdıracaq”, – məlumatda bildirilib.//Report

Read More »

AMB maliyyə bazarında davranış standartları üzrə yeni sənəd hazırlayıb

Azərbaycan Mərkəzi Bank (AMB) maliyyə bazarlarında fəaliyyət göstərən institutlar üçün bazar davranışlarına dair yeni metodoloji sənədi hazırlayıb. Boyukmillet.com xəbər verir ki, bunu AMB-nin Bazar davranışlarının tənzimlənməsi departamentinin Bazar davranışları siyasəti şöbəsinin rəisi Ülvi Qurbanov Bakıda keçirilən “Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik məsələləri” mövzusunda forumda bildirib. Onun sözlərinə görə, sənəd banklar, sığorta şirkətləri, investisiya və broker …

Read More »

Azərbaycan-Aİ əməkdaşlığı hər iki tərəfin ortaq maraqlarını əks etdirir – BƏYANAT

Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı hər iki tərəfin ortaq maraqlarını əks etdirir. Boyukmillet.com  xəbər verir ki, bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Avropa Şurasının Prezidenti Antonio Koştanın birgə mətbuat bəyanatında yer alıb. Prezidentlər Azərbaycan-Avropa İttifaqı (Aİ) tərəfdaşlığının strateji əhəmiyyətini vurğulayaraq, təhlükəsizlik, enerji və nəqliyyat sahələri də daxil olmaqla, son dövrdə keçirilmiş yüksəksəviyyəli görüşlərin müsbət dinamikasına əsaslanaraq siyasi dialoqun və praktiki əməkdaşlığın daha …

Read More »

Tramp: ABŞ və İsrailin İrana qarşı əməliyyatı məqsədlərə çatdıqdan sonra yekunlaşacaq

Birləşmiş Ştatlar Prezidenti Donald Tramp bildirib ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı məqsədlərinə çatana qədər davam edəcək. Boyukmillet.com-un məlumatına görə, o, bu barədə Kentukki ştatının Hibron şəhərində çıxışında deyib. “İş bitənə qədər getməyəcəyik. Bu, çox sürətli olacaq”, – Amerika lideri bildirib. Tramp həmçinin son 11 gündə ABŞ-nin Silahlı Qüvvələrinin İranı faktiki məhv etdiyini iddia edib. Onun sözlərinə görə, …

Read More »

Paşinyan Avropa Parlamentində: Ermənistan və Azərbaycan arasında sülh faktiki olaraq təmin olunub

Ermənistanın Baş naziri Nikol Paşinyan martın 11-də Avropa Parlamentində çıxış edib. O, çıxışında Ermənistan–Azərbaycan münasibətləri, regional nəqliyyat layihələri və ölkəsinin Avropa İttifaqına inteqrasiya planlarından danışıb. Paşinyan bildirib ki, onun 2023-cü ildə Avropa Parlamentinə son səfərindən sonra Ermənistanda və Cənubi Qafqazda “yüzillik, hətta minillik əhəmiyyətli” dəyişikliklər baş verib. Onun sözlərinə görə, ən mühüm dəyişiklik Ermənistan və Azərbaycan arasında sülhün əldə olunmasıdır. “Bu dəyişikliklərin …

Read More »

Əkrəm İmamoğlu haqqında 2 430 il həbs istənilən iş üzrə məhkəmə başlayıb

İstanbul 40‑cı Ağır Cinayətlər Məhkəməsində İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) keçmiş sədri, prezidentliyə namizəd Əkrəm İmamoğlu da daxil olmaqla korrupsiyada ittiham olunan 402 nəfərin məhkəməsi başlayıb. Türkiyə mətbuatının yazdığına görə, bütün proses təxminən 12 il davam edəcək. İstanbul Baş Prokurorluğu tərəfindən hazırlanmış 3 800 səhifəlik ittiham aktında İBB daxilində korrupsiya halları, “cinayətkar təşkilat” qurulması və İmamoğlunun bu təşkilatın rəhbəri olması iddia edilir. Ona görə …

Read More »

Gəncədə “qara bazar”da qiyməti 1,6 milyon manat olan 27 kq heroin aşkarlanıb

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib. Bu barədə  Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, tədbir zamanı 33 yaşlı Ədil Ədilov narkokuryerlikdə şübhəli bilindiyi üçün saxlanılıb. Onun əlindəki idman çantasından yüksək təsiredici xassəyə malik 27 kiloqram 475 qram narkotik vasitə olan heroin aşkarlanıb. Saxlanılan şəxs ifadəsində narkotikləri sosial şəbəkədə tanış olduğu şəxsiyyəti …

Read More »